Millimizə çağırılmış futbolçu İngiltərə klubunun tarixinə düşüb - ARAŞDIRMA
Gündəm / İdman
Oxunub: 793
18 Ock 2019 | 16:21
Millimizə çağırılmış futbolçu İngiltərə klubunun tarixinə düşüb - ARAŞDIRMA

Avropa çempionatının elit-raund mərhələsinə hazırlıq məqsədilə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası sabahdan yanvarın 31-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq.

Oxu.Az xəbər verir ki, baş məşqçi Vüqar Məmməd toplanışa 24 futbolçu dəvət edib.

Bunlardan beşi Rusiya, Litva və İngiltərədə legioner həyatı yaşayan futbolçulardır. Bunlar Rusiyanın “Stroqino” klubundan Rüstəm Samuqullin, “Spartak-2”dən Elnur İbrahimov, Saratov “Sokol”undan Ruslan Qəribov, Litva “Yonava”sından Kamran Quliyev və İngiltərənin “Fayld” klubundan Sərhat Taşdəmirdir.



Təbii ki, bunlardan diqqəti cəlb edən İngiltərənin IV divizionunda çıxış edən “Fayld”ın futbolçusu Taşdəmirdir. Əvvəlcə onu qeyd edək ki, İngiltərənin sayca beşinci çempionatı olan Milli Liqanın iştirakçısı hazırda 29 turdan sonra əlli xal toplayıb və beşinci sıradadır.

Türk əsilli futbolçuya gəlincə, o, əvvəl İngiltərənin məşhur klublarından olan “Bləkbörn Rovers”də futbolun sirlərinə yiyələnib. Daha sonra Sərhat indiki klubu olan “sahilçilər”in akademiyasına qoşulub.



O, bu klubla peşəkar müqaviləsini 2017-ci ilin sentyabrında bağlayıb. İki illik müddətə bağlanan müqavilədə tərəflərin üçüncü il üçün də razılaşması nəzərdə tutulub. Həmin ilin sentyabrın 9-da “Bromli” ilə 2:2 hesabı ilə başa çatan matçın 53-cü dəqiqəsində meydana çıxan Sərhat 14 dəqiqə sonra qol vurub. O, bununla da komandasının tarixində qol vuran ən gənc futbolçu kimi statistikaya düşüb.



Ümumiyyətlə, 18 yaşlı sağ cinah yarımmüdafiəçisi iki mövsümə səkkiz qol vurub. Komanda yoldaşları tərəfindən “Tuqay” deyə çağırılan Sərhat Taşdəmir ötən mövsüm komandanın baş məşqçisi Deyv Çalinor tərəfindən ilin ən yaxşı gənc futbolçusu adlandırılıb. Klubunda iyirmi nömrəli formanı geyinən Taşdəmir komandasının son iki matçında ehtiyatda qalıb. Onun Böyük Britaniya vətəndaşlığı var.



Qeyd edək ki, U-19 millimiz Antalyada dörd yoxlama oyunu keçirəcək. Yığmamız yanvarın 21-də, 24-də, 27-də və 30-da müvafiq olaraq “Krasnodar-3” (Rusiya), Küveyt U-19, “Tromsö” (Norveç) və “Dinamo-2” (Rusiya) komandaları ilə qarşılaşacaq.
Bugün, 11:17
Nepal təbii fəlakətdən sonra 20 min evi yenidən inşa edəcək
Bugün, 09:54
Azərbaycan neftinin qiyməti 100 dolları keçib
Bugün, 09:26
"Sabah"ın UEFA Çempionlar Liqasındakı rəqibi "Vikinq" 3 futbolçu ilə müqavilə bağlayıb
Bugün, 08:58
Bu gün Bakı, Xırdalan, Ağdaş və Yevlaxın bir sıra ərazilərində işıq olmayacaq
Dün, 18:05
Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Dün, 17:36
“Nizami” metrostansiyası qarşısında avtobus dayanacağı ərazisi uzadılıb
Dün, 13:29
Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq
Dün, 12:45
Bakıda ustanı evin damında cərəyan vuraraq öldürüb
Dün, 12:18
İlham Əliyev: Azərbaycan dünyanın mina ilə ən çox çirklənmiş ölkələrindən birinə çevrilib
Dün, 11:27
Yeni tədris ili üzrə I sinfə elektron qəbul sabah başa çatacaq
Dün, 11:04
Axtarışda оlan 317 nəfər sərhəddə saxlanılıb
Dün, 10:06
İstisuda çimmək üçün icazə və ödəniş tələb olunmur – RƏSMİ
Dün, 09:43
Putin yenə Qarabağdan danışdı
1-09-2026, 18:03
Sabah Mərdəkan qəsəbəsində qaz olmayacaq
1-09-2026, 17:22
Azərbaycan idmançılarının növbəti reytinqi açıqlanıb
1-09-2026, 16:40
İlham Əliyevin sosial media hesablarında "ŞƏT plyus" formatında görüşündəki çıxışına dair paylaşım edilib
1-09-2026, 15:52
"Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribuna quraşdırılıb
1-09-2026, 15:15
Paşinyan: İrəvan kommunikasiya və ticarət layihələrinin icrası üçün Bakı və Ankara ilə sıx işləyir
1-09-2026, 14:45
İndiyədək Birinci və İkinci Qarabağ müharibəsində itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib
1-09-2026, 14:21
Ərdoğan: Türkiyə sülh və sabitlik naminə işləməyə davam edəcək
1-09-2026, 12:57
Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq
1-09-2026, 12:24
Kiyevdə Rusiya PUA-larının hücumundan sonra 16 mərtəbəli binada yanğın baş verib
1-09-2026, 11:46
Sahibə Qafarova Belqradda Qoşulmama Hərəkatının konfransında iştirak edir
1-09-2026, 11:08
Ceyhun Bayramov Abbas Əraqçi ilə regional məsələləri müzakirə edib
1-09-2026, 10:34
Bişkekdə İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub - YENİLƏNİB
1-09-2026, 10:15
İlham Əliyevin "ŞƏT plyus" formatında görüşdə çıxışı gözlənilir
1-09-2026, 09:50
Bişkekdə Hikmət Hacıyev Alen Simonyanla görüşüb