Azərbaycanda yeni dövlət rüsumları təklif olunur
Gündəm / İqtisadiyyat
Oxunub: 677
25 Ock 2019 | 15:00
Azərbaycanda yeni dövlət rüsumları təklif olunur
Azərbaycanda "Dövlət rüsumu haqqında” haqqında dəyişiklik edilə bilər.

Dəyişikliklər barədə qanun layihəsi Əqli Mülkiyyət Agentliyinin göstərdiyi, "Dövlət rüsumu haqqında” qanunda nəzərdə tutulan xidmətlərin, eləcə də bu hüquqi hərəkətlərə görə dövlət rüsumlarının məbləğinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Belə ki, "Əmtəə nişanları və coğrafi göstəriclər haqqında” və "Patent haqqında” qanunlara təklif olunan dəyişikliklərə əsasən bir sıra yeni hüquqi hərəkətlərə görə dövlət rüsumları müəyyən olunub və ya təkmilləşdirilib.

Layihədə ixtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının, coğrafi göstəricinin, əsərin, əlaqəli hüquqlar obyektinin inteqral sxem topologiyasının və məlumat toplularının qeydə alınması, müvafiq mühafizə sənədlərinin verilməsi və onlarla bağlı digər hüquqi hərəkətlər, habelə icazələrin bəzi növlərinin verilməsi, nəqliyyat vasitələrinə və onların idarə edilməsi ilə bağlı hüquqi və fiziki şəxslərə xidmətlərin göstərilməsi üçün yeni dövlət rüsumlarının dərəcələri müəyyən olunur.

Təklif olunur ki, ixtiranın, faydalı modelin, sənaye nümunəsinin qeydiyyatı, patentin verilməsi və dərc olunması ilə bağlı rüsumları ixtira üçün 20 manat, faydalı model üçün 15 manat, sənaye nümunəsi üçün 15 manat, patentə məxsus təsvirin düsturla birlikdə 30-dan artıq hər səhifəsi üçün 1 manat olsun.

Həmçinin patentin dublikatının və patentə görə hüquqların qismən başqa şəxsə keçməsinə dair patentin verilməsi üçün 10 manat, verilmiş patentlərə dəyişiklik edilməsi üçün 7 manat olması təklif olunur.

Dəyişiklik qəbul olunarsa, ixtira, faydalı model, sənaye nümunəsi ilə bağlı hüquqların verilməsi barədə müqavilələrin qeydiyyata alınması üçün dövlət rüsumunun bir ədəd ixtira, bir ədəd faydalı model və ya bir ədəd sənaye nümunəsinə dair iddia sənədi üzrə, ayrılıqda hər biri üçün 15 manat, bir ədəd ixtira patenti, bir ədəd faydalı model patenti və bir ədəd sənaye nümunəsi patenti üzrə, ayrılıqda hər biri üçün 25 manat, ixtira, faydalı model, sənaye nümunəsinə görə bir neçə iddia sənədi üçün (birdən artıq iddia sənədi üçün) 10 manat, ixtira, faydalı model və sənaye nümunəsinin bir neçə patenti üçün (birdən artıq hər patent) 10 manat olacaq.

Qeydə alınması, məlumatın dərci və şəhadətnamənin verilməsi üçün dövlət rüsumunun əmtəə nişanı üçün 45 manat, coğrafi göstərici üçün 30 manat, kollektiv nişan üçün 60 manat təklif olunur.

Dəyişiklik qəbul olunarsa, dövlət rüsumu reyestrdə və şəhadətnamədə qeydiyyatla bağlı məlumatlarda dəyişikliklər edilməsi üçün 25 manat, əmtəə nişanı və coğrafi göstəriciyə dair şəhadətnamələrin dublikatının və əmtəə nimanına hüquqların qismən başqa şəxsə keçməsinə dair şəhadətnamənin verilməsi üçün 10 manat təşkil edəcək.

Əmtəə nişanına dair hüquqların verilməsi barədə müqavilələrin qeydiyyatı üçün dövlət rüsumunun iddia sənədi üzrə bir ədəd əmtəə nişanı üçün 35 manat, iddia sənədləri üzrə bir neçə əmtəə nişanı üçün (birdən artıq hər əmtəə nişanı üçün) 20 manat, qeydə alınmış bir ədəd əmtəə nişanı üçün 60 manat, qeydə alınmış bir neçə əmtəə nişanları üçün (birdən artıq hər əmtəə nişanı üçün) 50 manat olması təklif edilir.

Dəyişiklik qəbul edilərsə, patent müvəkkillərinə şəhadətnamə verilməsi üçün dövlət rüsumu 10 manat olacaq.

Həmçinin təklif olunan qanun layihəsində Attestasiya komissiyasının qərarına görə Apellyasiya Şurasına etiraz vermək üçün dövlət rüsumu 30 manat müəyyən edlib. (Report)
Bugün, 18:03
Sabah Mərdəkan qəsəbəsində qaz olmayacaq
Bugün, 17:22
Azərbaycan idmançılarının növbəti reytinqi açıqlanıb
Bugün, 16:40
İlham Əliyevin sosial media hesablarında "ŞƏT plyus" formatında görüşündəki çıxışına dair paylaşım edilib
Bugün, 15:52
"Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribuna quraşdırılıb
Bugün, 15:15
Paşinyan: İrəvan kommunikasiya və ticarət layihələrinin icrası üçün Bakı və Ankara ilə sıx işləyir
Bugün, 14:45
İndiyədək Birinci və İkinci Qarabağ müharibəsində itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib
Bugün, 14:21
Ərdoğan: Türkiyə sülh və sabitlik naminə işləməyə davam edəcək
Bugün, 12:57
Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq
Bugün, 12:24
Kiyevdə Rusiya PUA-larının hücumundan sonra 16 mərtəbəli binada yanğın baş verib
Bugün, 11:46
Sahibə Qafarova Belqradda Qoşulmama Hərəkatının konfransında iştirak edir
Bugün, 11:08
Ceyhun Bayramov Abbas Əraqçi ilə regional məsələləri müzakirə edib
Bugün, 10:34
Bişkekdə İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub - YENİLƏNİB
Bugün, 10:15
İlham Əliyevin "ŞƏT plyus" formatında görüşdə çıxışı gözlənilir
Bugün, 09:50
Bişkekdə Hikmət Hacıyev Alen Simonyanla görüşüb
Bugün, 09:10
Rusiya "Ukrayna Dəmir Yolları"nın Kiyevdəki anbarına zərbə endirib, yeddi nəfər həlak olub
Dün, 18:54
Azərbaycan–Qırğızıstan müttəfiqliyi və ŞƏT platformasında yeni imkanlar - ŞƏRH
Dün, 18:13
Magistraturaya boş qalan plan yerlərinin nəticələri elan olunub
Dün, 16:55
Hakan Fidan: Rusiya və Ukrayna ilə "Taxıl sazişi"nə oxşar layihə üzrə danışıqlar davam edir
Dün, 16:25
İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü keçirilib - YENİLƏNİB
Dün, 15:50
Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar
Dün, 15:12
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib
Dün, 14:37
Ukrayna Rusiyanın S-400 radiolokasiya stansiyasına və komanda-qərargah maşınına zərbə endirib
Dün, 14:16
İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib
Dün, 13:52
Əli Əsədov Oljas Bektenovu təbrik edib
Dün, 13:16
Bişkekdə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüş olacaq
Dün, 12:55
Azərbaycanlı jurnalistlər Qüdsün Köhnə şəhərini ziyarət ediblər
Dün, 12:06
İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gəlib