Baş pediatrdan qriplə bağlı valideynlərə ÇAĞIRIŞ
Gündəm / Səhiyyə
Oxunub: 829
28 Ock 2019 | 14:22
Baş pediatrdan qriplə bağlı valideynlərə ÇAĞIRIŞ



"Hazırda insanlar, o cümlədən uşaqlar arasında bir qrup xəstəliklər var. Onların çoxu mövsümi xəstəliklərdir. Bu xəstəliklər Səhiyyə Nazirliyinin diqqətindədir".

Bunu Medicina.az-a açıqlamasında baş pediatr Nəsib Quliyev bildirib.

N. Quliyev deyib ki, bu xəstəliklərə el arasında soyuqdəymə xəstəlikləri də deyilir. Soyuqdəymə xəstəliklərinin əmələ gəlməsini səbəbləri var. Birincisi, bu, bədənin soyuması ilə əlaqədar baş verən problemdir. İkincisi, bu xəstəlilər payız və qış mövsümündə uşaqların daha çox bir yerə cəmləşməsi ilə əlaqədar yayılır. Uşaqların biri xəstələnirsə, uşaq kollektivinə gedəndə digərlərini də yoluxdurur: "Biz onları kəskin respirator virus infeksiyaları adlandırırıq, hazırda o xəstəliklər mövcuddur. Hazırda o virusun Azərbaycanda törətdiyi heç bir epidemiya mövcud deyil. Əvvəlki illərdən heç bir ciddi fərq görünmür. Ayrı-ayrı qruplar şəklində xəstələnmə olsa da, şükür ki, ölkəmizdə sabitlikdir. Səhiyyə Nazirliyində hələ 2018-ci ilin oktyabr ayında qış mövsümündə əsasən dediyimiz viruslar tərəfindən törədilə biləcək infeksion xəstəliklərin qarşısının alınması üçün tədbirlər planı həyata keçirilir. Hazırda ölkəmizdən kənarda H1N1 virusunun yaydığı qrip yayılıb, ona "donuz qripi" deyilir. Ölkəmizdə "donuz qripi" qeydiyyata alınmayıb. Arzu edirik ki, Azərbaycanda heç rast gəlinməsin. Yəni dövlət, Səhiyyə Nazirliyi tərəfindən vacib olan bütün tədbirlər həyata keçirilir. Böyük ümid bəsləyirik ki, inşallah, Azərbaycanda belə stabil vəziyyət yaza kimi də davam edəcək".

Baş pediatr qeyd edib ki, uşaqlar arasında xəstəlik törədən virusların sayı bir deyil, minlərlədir. Onun sözlərinə görə, bunların hamısına qrip demək də düzgün deyil. Klassik qrip viruslarının 15-ə qədər ştampı var. Amma ondan paraqrip, rinoviruslar, rotaviruslar var ki, bunlar da buna bənzər xəstəliklər törədə bilər: "Bu gün ölkəmizdə konkret bir virusun epidemiyası mövcud deyil".

N. Quliyev valideynlərə tövsiyələrini də açıqlayıb: "Bizim xalqın gözəl bir sözü var. Deyilir ki, qışın tədbirini yayda görmək lazımdır. Yayda, yazda təbiətin bizə verdiyi fürsətlərdən istifadə edərək təzə tərəvəz və meyvələrin uşaqla tərəfindən daha çox istifadə edilməsini təmin etməliyik. Hava, Günəş, qum vannası var, təbiət bunların hamısını bizə bəxş edib. Başqa sözlə, biz uşaqların orqanizmini ilin fürsət olan gözəl fəsillərində möhkəmləndirərərk qışda xəstələnmələrinin sayını minimuma endirə bilərik. Hər bir valideyn bu fürsətlərdən özü və övladları üçün istifadə etməlidirlər. İkincisi, payız mövsümü başlayana kimi bağçalar, məktəblər, universitetlər işə başlayır. Heç zaman xəstələnən uşağı uşaq kollektivinə buraxmaq olmaz. Valideyn uşaqda hər hansı xəstəlik əlaməti görünən kimi onu bağçaya, məktəbə, universitetə yox, həkimin yanına aparmalıdır. Həm də xəstələnən uşağı kollektivə buraxanda digər uşaqları yoluxdurmaqla bərabər, uşağın özündə də fəsadlar yaranır. Xəstələnən uşaq ya xəstəxanada, ya da evdə tibb işçilərinin nəzarətində olmalıdır".

Baş pediatr uşaqların geyim və yeməklərinə də xüsusi diqqətlə yanaşılmasını tövsiyə edib: "Uşaqlar ilin fəslinə uyğun geyindirilməli, soyuqdəymədən qorunmalıdır. Bəzən valideynlər buna fikir vermirlər, arzuedilməz hallarla qarşılaşırlar. Payız-qış mövsümündə uşaqlar uşaq kollektivinə gedəndə onu ac yola salmaq olmaz. Mütləq səhər uşaqlar yemək yeməlidirlər. Ümumiyyətlə, uşaqlara qış fəslində də vitaminli qidalar, xüsusən C vitamini ilə zəngin qidalar verilməlidir. Valideynlər tibb işçiləri ilə məsləhətləşərək bunu edə bilərlər. Yəni elə xəstəliklər var ki, onlara qarşı peyvənd olunmalıdır. Mütləq uşaqlar peyvənd olunmalıdır. Uşaqları peyvənddən yayındırmaq çox böyük risklərlə nəticələnir. Bunu tibb işçiləri ilə bərabər valideynlər də diqqətdə saxlamalıdırlar".
Dün, 16:17
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib
Dün, 14:22
Bakıda İndoneziya mətbəxi və mədəniyyəti festivalı keçirilib
Dün, 13:11
Bazar günü Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq
Dün, 12:47
Zabrat–Maştağa avtomobil yolununun bir hissəsi bağlanıb
Dün, 11:42
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Dün, 11:04
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Dün, 10:31
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
Dün, 09:54
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
Dün, 09:28
Azərbaycan Premyer Liqasında bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq
16-10-2026, 18:12
Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
16-10-2026, 17:40
Surqutda “Qazprom”un müəssisəsi dron hücumuna məruz qalıb, güclü yanğın başlayıb
16-10-2026, 17:11
Avtomobil TIR-la toqquşdu - Ölən və yaralananlar var
16-10-2026, 16:28
Prezidentin AQEM Sammitində sülh, əməkdaşlıq, təhlükəsizlik çağırışları
16-10-2026, 15:54
Azərbaycanın Baş Qərargah rəisi NATO-nun nümayəndə heyəti ilə görüşüb
16-10-2026, 15:12
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər
16-10-2026, 13:34
Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
16-10-2026, 13:20
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
16-10-2026, 13:03
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
16-10-2026, 12:53
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
16-10-2026, 12:14
Ehtiyatda olan hərbçilərin tibb sahəsində xüsusi rütbələri ilə bağlı qanun layihəsi I oxunuşda təsdiqlənib
16-10-2026, 11:48
Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb
16-10-2026, 11:02
Mətbuat Şurası mediada süni intellektdən istifadə qaydalarını tənzimləyən prinsip hazırlayır
16-10-2026, 10:20
Azərbaycan XİN Pakistana başsağlığı verib
16-10-2026, 09:43
Yasamal və Xəzər rayonlarının bir hissəsində işıq olmayacaq
16-10-2026, 09:14
Mətbuat Şurasının IX qurultayı keçirilir
15-10-2026, 18:38
Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb
15-10-2026, 18:09
Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verilib