"Başqasının kişisini yanımda "ərim" deyib gəzdirmirəm" - Sabina

Müğənni Sabina Selcan axşam.az saytına müsahibə verib. Müsahibədən kiçik bir hissəni təqdim edirik:
"HEÇ KİMİN KİŞİSİNİ "ƏRİM" DEYİB YANIMDA GƏZDİRMİRƏM"
- Klipinizdə xoşbəxt qadın obrazını yaratmışdınız...
- Bunu özüm istədim. Çünki həyatda o qədər çətin anlar yaşadım ki... İstədim klipdə xoşbəxt olum. Həyatda da xoşbəxt qadınam. Yalan danışmaram, kiminsə ailəsini dağıtmadım, başqasının kişisini yanımda "ərim" deyib gəzdirmirəm. Məni sevən həyat yoldaşım var.
- Deyirlər, həyat yoldaşınız türkdür və çox imkanlıdır. Hətta sizə 10 ev alıb.
- Sağ olsun, hər zaman yanımdadır. Mənə dəstək olur. Türkiyədə yaşayır. On ev azdır, iyirmincini aldırmağı düşünürəm.
Nəyi varsa, özünə qismət. Onun olan onundur, bununla öyünməyim. Bu sahədə irəli gedib, məşhurlaşıb, özüm qazanmaq istəyirəm. Sənətdə, həyatda həm maddi, həm mənəvi dəstəyimdir.
- O İstanbulda, siz burada... Darıxmırsınız?
- Tez-tez gedib-gəlirəm. O da buraya gəlir. Biz müasir həyat yaşayırıq. Elə olur ki, bir-birimiz üçün darıxırıq. Bir foto atıram. 4 saat sonra baxıram qapı döyüldü, açıram ki, gəlib. Hərdən şəkil atıram ki, bu gül nə qəşəngdir. Bir də görürəm mənə göndərib. Uzaqda qalmağın da müsbət tərəfləri bunlardır. Çox darıxır və nazımı çəkir.
- İndi şou-biznesdə çoxları sevgilisini "ərim" deyə təqdim edir. Rəsmi nikahınız var, yoxsa...
- Əlbəttə var. Bizim toyumuz olub. Böyük məclis etməsək də, kiçik yığıncaq keçirmişik. Yaxın qohumlarımız da iştirak ediblər. O, mənim ən ağır günlərimdə yanımda oldu. Onu sevməyə bilmərəm.
- Dedilər, klip təqdimatında sizə həyat yoldaşınızın adından gətirilən 501 qızılgül də reklam üçün idi. əslində özünüz sifariş etmişdiniz...
- Yazmışdı, səni 500 insanın içindən seçmişəm. 500 qırmızı, 1 ağ qızılgül... 500 digər həyatında olan qadınlar, 1 ağ gül isə mən idim. Özüm də təəccübləndirm... Deyir, dünyanı gəzmişəm. Yaşım az deyil, həyatımdan çoxları gəlib-gedib. Amma səni seçdim. Niyə özümə gül sifariş edim ki?
"DEDİ Kİ, SƏN MƏNİM OLMALISAN"
- Ən böyük hədiyyəsi nə olub?
- Mənim üçün ev, maşın, qızıl hədiyyə deyil. Ən önəmlisi yanımda olmağıdır. 4 ildir ən ağır günümdə yanımda idi. 3 ildir rəsmi evliyik. Tanışlığımız hava limanında olub. Əvvəl dost kimi danışdıq. Sonra qısqanclıqlar başladı. Geyimlərimə qarışdı, sözünə qulaq asdım. Qayıtdı ki, sən mənim olmalısan. Nə deyirdi edirdim, axırda gördüm ki, büründüm. İndi daha qapalı geyinirəm.
- Bəs dostluq etdiyiniz şou-biznes nümayəndəsi var?
- Dost dediyim yoxdur. Şəbnəm Tovuzlu ilə yaxınıq. Onu da müğənnilikdən əvvəl tanımışam, mənə bacı kimidir.
- "Qisas" adlı yeni mahnınız işıq üzü görüb. Həyatda kimdən qisas almısınız?
- Həyatda xoşbəxt olmağı seçmişəm. Heç kimə nifrət etmirəm. Qisas isə, gülərək almışam. Kim deyir qisas almıram, yalandır. İnsan hər bir formada qisasını alır. Bu yaxınlarda işıq üzü görüb. Bu qədər bəyəniləcəyini gözləmirdim. Mahnının sözləri hamıya aiddir. İstər qızlar, istər oğlanlar bir-birindən qisas almaq eşqi ilə yaşayır. Buna klip düşünmürəm. Çoxlu mahnılarım var. Hətta həyat yoldaşıma həsr etdiyim mahnı da var. Çox əla bəstədir. Körpədən tutmuş 60 yaşına qədər olan insan da sevəcək bunu.
Dün, 18:05
Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Dün, 17:36
“Nizami” metrostansiyası qarşısında avtobus dayanacağı ərazisi uzadılıb
Dün, 13:29
Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq
Dün, 12:45
Bakıda ustanı evin damında cərəyan vuraraq öldürüb
Dün, 12:18
İlham Əliyev: Azərbaycan dünyanın mina ilə ən çox çirklənmiş ölkələrindən birinə çevrilib
Dün, 11:27
Yeni tədris ili üzrə I sinfə elektron qəbul sabah başa çatacaq
Dün, 11:04
Axtarışda оlan 317 nəfər sərhəddə saxlanılıb
Dün, 10:06
İstisuda çimmək üçün icazə və ödəniş tələb olunmur – RƏSMİ
Dün, 09:43
Putin yenə Qarabağdan danışdı
1-09-2026, 18:03
Sabah Mərdəkan qəsəbəsində qaz olmayacaq
1-09-2026, 17:22
Azərbaycan idmançılarının növbəti reytinqi açıqlanıb
1-09-2026, 16:40
İlham Əliyevin sosial media hesablarında "ŞƏT plyus" formatında görüşündəki çıxışına dair paylaşım edilib
1-09-2026, 15:52
"Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribuna quraşdırılıb
1-09-2026, 15:15
Paşinyan: İrəvan kommunikasiya və ticarət layihələrinin icrası üçün Bakı və Ankara ilə sıx işləyir
1-09-2026, 14:45
İndiyədək Birinci və İkinci Qarabağ müharibəsində itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib
1-09-2026, 14:21
Ərdoğan: Türkiyə sülh və sabitlik naminə işləməyə davam edəcək
1-09-2026, 12:57
Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq
1-09-2026, 12:24
Kiyevdə Rusiya PUA-larının hücumundan sonra 16 mərtəbəli binada yanğın baş verib
1-09-2026, 11:46
Sahibə Qafarova Belqradda Qoşulmama Hərəkatının konfransında iştirak edir
1-09-2026, 11:08
Ceyhun Bayramov Abbas Əraqçi ilə regional məsələləri müzakirə edib
1-09-2026, 10:34
Bişkekdə İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub - YENİLƏNİB
1-09-2026, 10:15
İlham Əliyevin "ŞƏT plyus" formatında görüşdə çıxışı gözlənilir
1-09-2026, 09:50
Bişkekdə Hikmət Hacıyev Alen Simonyanla görüşüb
1-09-2026, 09:10
Rusiya "Ukrayna Dəmir Yolları"nın Kiyevdəki anbarına zərbə endirib, yeddi nəfər həlak olub
31-08-2026, 18:54
Azərbaycan–Qırğızıstan müttəfiqliyi və ŞƏT platformasında yeni imkanlar - ŞƏRH
31-08-2026, 18:13
Magistraturaya boş qalan plan yerlərinin nəticələri elan olunub
31-08-2026, 16:55
Hakan Fidan: Rusiya və Ukrayna ilə "Taxıl sazişi"nə oxşar layihə üzrə danışıqlar davam edir