Azərbaycanda ən çox bu məhsullar bahalaşıb - SİYAHI
xeber.info rəsmi məlumatlara istinadən bildirir ki, bu ilin martında ötən ilin martına nisbətən dəyəri 10 faizdən artıq yüksələn məhsullarının sayı 25-dən çoxdur. Bunların arasında həm kənd təsərrüfatı, həm də sənaye məhsulları var.
Dəyəri ən çox artan ərzaq məhsulu qarabaşaq yarmasıdır. Bu məhsul bir il ərzində 34 faiz bahalaşıb. Ötən ilin martında kiloqramı orta hesabla 1,96 manata satılan qarabaşağın qiyməti bu ilin martında 2,63 manata yüksəlib.
Duru yağlar da çox bahalaşıb. Günəbaxan yağının qiyməti son bir il ərzində 26 faiz artıb. Əvvəlki ildə litri 2,9 manat olan günəbaxan yağları bu il 3,65 manata satılır. Qarğıdalı yağı da çox bahalaşıb. Qarğıdalı yağının dəyəri 4,3 manatdan 5,05 manata qədər artıb. İl ərzində qarğıdalı yağı 16,8 faiz bahalaşıb.
Bu il süd məhsullarının və yumurtanın qiymətində ciddi artım müşahidə edilir. Süd məhsullarından kəsmiyin orta qiyməti martda 19,5 faiz artıb. Əvvəllər 7,6 manata satılan kəsmik ötən ay 9,07 manata alıcı tapıb. Şor da kəskin bahalaşıb. Şorun qiyməti 12,3 faiz dəyər qazanaraq 2,9 manatdan 3,25 manata yüksəlib.
Toyuq yumurtası isə 19,4 faiz bahalaşıb. Ötən ilin martında 10 ədədi 1,66 manat olan yumurta bu ilin martında 1,98 manata satılıb.
Bahalaşma "yarışında” meyvələr də geri qalmır. Bəzi meyvələrdə qiymət artımı iki rəqəmlə ifadə olunur. Meyvələrin arasında bahalaşma çempionu naringidir. Bu məhsulun dəyəri 28 faiz artaraq 2,34 manatdan 3 manata yüksəlib. Almanın qiyməti də xeyli dərəcədə artıb. Ötən ilin martında orta qiyməti 1,77 manat olan alma hazırda 2,05 manata alıcı tapır. Bir ildə alma 16 faizə yaxın bahalaşıb.
Tərərəvəzlər arasında da dəyəri kəskin artan məhsullar var. İstixana xiyarının qiyməti 27 faiz artaraq 3,94 manata, göy lobyanın qiyməti 23 faiz artaraq 2,4 manata, yerkökünün dəyəri 19 faiz artaraq 1,05 manata, çuğundurun qiyməti 13,4 faiz yüksələrək 0,85 manata, quru noxud 13,3 faiz bahalaşaraq 3,6 manata, mərci 13 faiz bahalaşaraq 2,85 manata çatıb.
Dəyəri on faizdən artıq yüksələn ərzaq malları arasında şəkər və şirniyyat məhsullarına da rast gəlinir. Şəkər tozu bir il ərzində 19,6 faiz bahalaşıb. Ötən ilin martında kiloqramı 1,07 manat olan şəkər tozunun qiyməti hazırda 1,3 manatdır.
Qənd 12,6 faiz bahalaşıb. Bir il ərzində qəndin kiloqramının dəyəri 1,77 manatdan 2 manata yüksəlib.
Son bir ildə əsas istehlak mallarından olan süfrə duzu 10,5 faiz (0,66 manatdan 0,73 manata), uşaq qidaları 10,7 faiz (9,4 manatdan 10,4 manata) bahalaşıb.
Ərzaq məhsulları arasında ucuzlaşan mallar da var. Amma bunların sayı olduqca azdır, ucuzlaşma nisbəti isə kiçikdir. Əsas ərzaq məhsulları arasında mal əti 2,3 faiz, mal ciyəri 1,14 faiz ucuzlaşıb.
Meyvələrdən şabalıd 4,7 faiz, tərəvəzlərdən badımcan 18,5 faiz, ağ kələm 8 faizə yaxın, şirin bibər 5 faiz, kartof 3 faiz dəyər itirib. Bu il quru meyvələrin bir çoxu dəyər itirib. O cümlədən xurma 7 faiz, alça 4 faiz ucuzlaşıb.
Ümumiləşdirsək, son bir ildə ərzaq məhsullarından tərəvəzlər 4,9 faiz, çörək 5 faiz, şəkər və şirniyyat məhsulları 5,5 faiz, süd və süd məhsulları 7,3 faiz, meyvələr 9,1 faiz dəyər qazanıb. Bu müddətdə yalnız ət və ət məhsulları 0,4 faiz ucuzlaşıb.
17-10-2026, 16:17
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib
17-10-2026, 14:22
Bakıda İndoneziya mətbəxi və mədəniyyəti festivalı keçirilib
17-10-2026, 13:11
Bazar günü Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq
17-10-2026, 12:47
Zabrat–Maştağa avtomobil yolununun bir hissəsi bağlanıb
17-10-2026, 11:42
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
17-10-2026, 11:04
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
17-10-2026, 10:31
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
17-10-2026, 09:54
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
17-10-2026, 09:28
Azərbaycan Premyer Liqasında bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq
16-10-2026, 18:12
Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
16-10-2026, 17:40
Surqutda “Qazprom”un müəssisəsi dron hücumuna məruz qalıb, güclü yanğın başlayıb
16-10-2026, 17:11
Avtomobil TIR-la toqquşdu - Ölən və yaralananlar var
16-10-2026, 16:28
Prezidentin AQEM Sammitində sülh, əməkdaşlıq, təhlükəsizlik çağırışları
16-10-2026, 15:54
Azərbaycanın Baş Qərargah rəisi NATO-nun nümayəndə heyəti ilə görüşüb
16-10-2026, 15:12
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər
16-10-2026, 13:34
Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
16-10-2026, 13:20
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
16-10-2026, 13:03
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
16-10-2026, 12:53
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
16-10-2026, 12:14
Ehtiyatda olan hərbçilərin tibb sahəsində xüsusi rütbələri ilə bağlı qanun layihəsi I oxunuşda təsdiqlənib
16-10-2026, 11:48
Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb
16-10-2026, 11:02
Mətbuat Şurası mediada süni intellektdən istifadə qaydalarını tənzimləyən prinsip hazırlayır
16-10-2026, 10:20
Azərbaycan XİN Pakistana başsağlığı verib
16-10-2026, 09:43
Yasamal və Xəzər rayonlarının bir hissəsində işıq olmayacaq
16-10-2026, 09:14
Mətbuat Şurasının IX qurultayı keçirilir
15-10-2026, 18:38
Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb
15-10-2026, 18:09
Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verilib