Regionların inkişafında yeni mərhələ: Yerli əhali iş yerləri ilə təmin ediləcək
Azərbaycanda regionların paytaxt səviyyəsində inkişafını təmin etmək üzrə proqramlar icra olunur. Bu proqramların tətbiqi ilk növbədə yeni iş yerlərinin yaradılması və ölkə üzrə bütün vətəndaşların sosial-iqtisadi vəziyyətinin stabilləşməsinə hesablanıb. Bu həm də əhali üçün gəlir mənbəyini təşkil edən müəssisələrin təkcə bir mərkəzdə toplanmasının qarşısını alır. Yəni, potensialı dəyərləndirilməmiş və ya istehsal prosesi zəif olan ərazilərdə biznesə təşviq edəcək mərkəzlərin yaradılması sadalanan prioritetlərin təşkilinə də təkan verəcək.
Aqropark və sənaye məhəllələrinin yaradılması dünya praktikasında...
Aqroparkların salınması inkişaf etmiş ölkələr tərəfindən artıq uzun illərdir ki, təbiq edilən praktikadır. Bununla da dövlət, biznesmen və fermerlərin qarşılıqlı əməkdaşlığı aqro-biznesin təşkilində stimul rolunu oynayır. Məhsulun istehsalı, yığımı və marketinqi vahid mərkəzdən tənzimlənir. Dövlət-özəl əməkdaşlığı fonunda investitiyaların cəlb edilməsi də intensivləşir.
Eləcə də, beynəlxalq müzakirələr zamanı sənaye məhəllələri sənayeləşmənin və regional inkişaf siyasətinin tətbiqində əsas vasitə olaraq qəbul edilib. Bu müxtəlif sənaye sahələri üzrə işçilərin eyni müəssisədə həmrəyliyini ortaya qoyması deməkdir ki, müvafiq praktikanın tətbiqi ilə daha məhsuldar işin ortaya qoyulduğu açıqlanıb.
Azərbaycan da inkişaf etmiş ölkələrin praktikasından istifadə edir
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Hacıqabul rayonuna səfəri zamanı regionların inkişafının təmin edilməsinin əsas məqsədlərimiz sırasında olduğunu bir daha təsdiqləndi. Rayon üzrə iki aqroparkın - “Azərsun Şamaxı Aqropark” və “Agro Dairy”nin təqdimatında iştirak edən Prezident İlham Əliyev bildirdi ki, bütövlükdə 50-yə yaxın aqroparkın yaradılması nəzərdə tutulur və onlardan bir çoxu artıq fəaliyyətdədir.
Onun sözlərinə görə, bütün ölkə üzrə aqroparklarda çalışanların sayı 7 mini ötüb və bunlar kəndlərdə yaşayan insanlar üçün iş yerləridir.
Bu cür aqroparkların və sənaye məhəllələrinin regionlarda fəaliyyəti kənd təsərrüfatının inkişafı və sənayeləşmə prosesinə təkan verməklə istehsalı artırmağa, daxili tələbatı tam şəkildə təmin etməyə, qeyri-neft sektoru üzrə fəaliyyəti stimullaşdırmağa, əhalinin rifah halının yaxşılaşdırılmasına şərait yaradır. Bununla da əhalinin böyük qismi yaşayış yerini tərk etmədən işlə təmin edilməklə ölkə iqtisadiyyatına faydasını artıracaq.
Böyük aqroparkların yaradılmasında əsas məqsəd ərzaq təhlükəsizliyini təmin etməklə yanaşı, kiçik fermer təsərrüfatlarına da dəstəyi ehtiva edir. Ən müasir aqrotexniki tədbirlərin tətbiqi ilə həm bol məhsul yetişdirilir və məhsuldarlıq artırılır, həm də kiçik biznes subyektləri daha əlverişli şərait yaradılır.
Prezident İlham Əliyevin təsdiqlədiyi kimi Hacıqabul Sənaye Məhəlləsində yaradılan beş müəssisəyə on milyonlarla manat sərmayə qoyulub. Gələcəkdə sahibkar bura öz sərmayələrini yönəltməklə müasir səviyyəli məhsullar istehsal edə biləcəklər.
Digər regionlarda da sahibkarların biznes fəaliyyətlərini genişləndirməyə imkan verəcək sənaye məhəllələrinin yaradılması onlara müasir texnologiyalar əsasında məhsul çeşidlərini də artırmağa şərait yaradacaq.
Ölkə vətəndaşlarının böyük qismi iqtisadi dövriyyəyə cəlb olunacaq
Nəticədə hazırda regionlar üzrə icra olunan layihələr ümumilikdə cəmiyyət həyatına müsbət təsir edəcək, onlara yaşadıqları ərazi üzrə məşğulluğunu təmin etməklə gəlir əldə etmə imkanları yaradacaq. Bu həm də regionlarda yeni və müxtəlif sahələrin inkişafına da təkan verəcək. Bütün bunlar həm də regionun ümumi iqtisadi inkişafı ilə yanaşı sosial və mədəni inkişafına da təsir edəcək.
Göründüyü kimi hazırda regionların sosial-iqtisadi inkişafı proqramı plan üzrə davam etdirilir. Regionların inkişafını təmin edəcək konsepsiyaların Qarabağda da tətbiq edilməsi və müvafiq təsərrüfatların yaradılması gözlənilir.
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritet”lərdə də dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin bərqərar edilməsində paytaxt və regionların tarazlı inkişafının təmin edilməsi xüsusilə diqqətdə saxlanılıb.
Uzunmüddətli dövrdə əsas məqsəd regionlarda inkişaf səviyyəsini paytaxtın inkişaf səviyyəsi ilə bərabərləşdirmək olacaq. Artıq regionlarda lazımi bütün iqtisadi və sosial infrastruktur formalaşdırılır.
Paytaxtla yanaşı regionlarda da böyük istehsal müəssisələrinin yaradılması, bu sahələrə, dolayısıyla regionlara investisiyaların cəlbinə də imkan verəcək. Bu ölkə üzrə işsizlik səviyyəsini minimuma endirməklə sosial rifah halının yaxşılaşdırılmasına, ölkə vətəndaşlarının böyük qisminin bütövlükdə iqtisadi dövriyyəyə cəlb olunmasını təmin edəcək.
Bugün, 10:39
İsrail Livanın cənubuna zərbələr endirməyə davam edir, azı 5 nəfər ölüb
Bugün, 10:08
Hidayət Heydərov "Böyük Dəbilqə" turnirində tatamiyə çıxmayıb
Dün, 18:25
Məzunları magistratura imtahanında ən yüksək və ən zəif nəticə göstərən ali məktəblər məlum olub
Dün, 17:44
Rəşad Nəbiyev Ağdamda vətəndaşları qəbul edəcək
Dün, 16:57
İntensiv yağış yağacaq, temperatur 4-7° enəcək
Dün, 16:36
Ölkə üzrə pensiyalar tam ÖDƏNİLDİ
Dün, 14:22
İsrail ordusu Livanda ciddi itkilər verdi
Dün, 13:26
İlham Əliyev otağındakı tək heykəldən danışdı: Babamın yadigarıdır
Dün, 12:49
Sahibə Qafarova jurnalistika tələbələrini Milli Məclisə dəvət etdi
Dün, 12:07
Naxçıvanda Prezident nümayəndəliyinin statusu artırılır
Dün, 11:10
İyunda qeyri-çimərlik ərazilərdə 12 nəfər batıb
Dün, 10:26
Oğuzda narkotik alverçiləri saxlanıldı
Dün, 09:53
Xankəndidə həyat canlanır: daha 18 ailə şəhərə köçürüldü
Dün, 09:06
Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək
18-06-2026, 18:41
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan hərbçiləri üçün təlim keçəcək
18-06-2026, 17:44
Kərim Vəliyev MDB iştirakçı dövlətləri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasına qatılıb
18-06-2026, 16:02
Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb
18-06-2026, 14:22
İsmayıl Kartal "Fənərbağça"nın baş məşqçi təyin olunub
18-06-2026, 12:54
Niamey aeroportunda partlayış və silah səsləri qeydə alınıb
18-06-2026, 12:21
TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub
18-06-2026, 11:08
İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı
18-06-2026, 10:17
Anar Əliyevin Salyanda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib
18-06-2026, 10:05
Lamiyə Əliqızı: 18 İyun – Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günü
18-06-2026, 09:14
Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilir
18-06-2026, 08:49
ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib
17-06-2026, 19:46
Xocalıda salınmış intensiv bağçılıq təsərrüfatları ilə tanışlıq olub
17-06-2026, 19:06
Binə qəsəbəsində yeni heyvan bazarı fəaliyyətə başlayıb
