"Guya bilmirdiz ki, 100 manata "Gucci" çantası olmaz?!..."
Gündəm / Sosial
Oxunub: 790
7 Şub 2019 | 21:12
"Guya bilmirdiz ki, 100 manata "Gucci" çantası olmaz?!..."

Xəbər verildiyi kimi bu günlərdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakıda "brend mallar" mağazası kimi məşhurlaşmış "Lady Sharm" mağazalar şəbəkəsinin bir qrup əməkdaşı saxlanılıb. Bəlli olub ki, Çindən gətirilən mallara gizli sexlərdə "Chanel", "Fendi", "Dolce & Gabbana", "Valentino", "Christian Dior" kimi tanınmış firmaların saxta etiketi vurulandan sonra mağazalarda dəyərindən dəfələrlə baha qiymətə satılırmış. Habelə bu mafiozlar özləri Bakıda gizli sexlər açaraq geyimlər istehsal edib, onların üzərinə məşhur brendlərin etiketlərini vuraraq maya dəyərindən on dəfələrlə baha satıb.

Qeyd edək ki, yerli telekanallarda hər gün reklam edilən mağazalar şəbəkəsinin müştəriləri arasında şou-biznes əhli də var. Belələləri hər gün "efirlərdə", müxtəlif iyrənc şou proqramlarda "Lady Sharm" mağazalarından aldıqları "bahalı" geyimləri ilə öyünürdülər.

xeber.info virtualaz.org-a istinadla xəbər verir ki, uzun illərdir müştəriləri aldadan mağazalar şəbəkəsi "Bandotdel"in keçirdiyi əməliyyata baxmayaraq hələ də fəaliyyətdədir, sex malları müsadirə edilsə də, tanınmış brendlərin reklamları vitrinlərdən yığışdırılmayıb.

"Gucci" çantası 100 manata?

...Metronun "Neftçilər" stansiyasının yaxınlığındakı "Lady Sharm" mağazasında bütün mallara hazırda 50 faiz endirim təklif edilir. Satıcılar deyirlər ki, "Chanel", yaxud "Christian Dior" firmasından olmasa da, geyimlər İtaliya və Türkiyədən gətirilib. "Sexlərdə etiketi dəyişdirilmiş mallar artıq yığışdırılıb", -mağazanın özünü təqdim etməyən satıcısı bizi müştəri zənn edib məlumat verir.

Ayaqqabı və çanta bölməsində məşhur brendlərin reklamları sökülməyib, satıcı bununla bağlı sualımıza bir qədər sərt cavab verir: "Guya bilmirdiz ki, 100 manata "Gucci" çantası olmaz? Yaxud 50 manata təmiz dəri ayaqqabı almaq istəyirdiz? Nə fərqi var, əsas keyfiyyəti yaxşı olsun".

Alıcılardan biri yun köynəyi noyabrda 157 manata aldığını, indi isə 35 manata endirilmə səbəbini soruşur. Satıcı deyir ki, payız-qış mövsümünün mallarına endirim var, yeni mallar gətirilməlidir.

"Siz bizim mağazalardan mal almısız",-satıcı müştərini sakitləşdirmək üçün bizdən kömək gözləyir. Cavab veririk ki, bu mağzada brend mallar satıldığına əmin olmamışıq.

"Müğənni zəng vurub deyir ki, biabır olmuşam..."

Satıcılardan biri səs-küylü xəbərlərdən şikayətlənir. Deyir ki, dünən mağazanın müştərisi olduğu müğənnilərdən biri zəng vurub biabır olduğunu deyib. "Baxırsan, yalnız brend firmaların adını eşidiblər, amma biabrıçılıqdan danışırlar. Malın keyfiyyətinə fikir verin, brend olub-olmadığını neyləyirsiz", -satıcı deyinir.

Deyirlər ki, rəhbərliyin hansısa əməlinə görə satıcıları qınamaq, onlara əsəbləşmək doğru deyil. "Gedin, digər mağazalara da baş çəkin, hamı belə işləyir, etiket dəyişdirilib satılır, çünki Türkiyədən, İtaliyadan, Fransadan gətirilmiş tullantını Çinin fabrik mallarından üstün tuturlar", -satıcı əlavə edir.

47 manatlıq ayaqqabı 10 manata?

Biz də satıcının tövsiyəsinə əməl edib digər mağazalara da baş çəkirik. "Neftçilər" metrosunun yaxınlığındakı bütün mağazalarda 50-70 faiz endirim elanları yapışdırılıb, hiss olunur ki, "Lady Sharm"dakı yoxlamalar təşvişə səbəb olub, hətta yeni yaz geyimləri belə aşağı qiymətə təklif edilir.

Uşaq geyim mağzasında ötən ay 47 manata satılmış ayaqqabılar 10 manatadır. Satıcı Çindən də mal aldıqlarını gizlətmir, deyir ki, ən yaxşısı düzünü deməkdir.

"LC Waikiki" mağazalar şəbəkəsinin isə həm metronun "Neftçilər", həm də "28 May" stansiyasının yaxınlığındakı mağazalarına baş çəkirik. Mağazalarda malların ekoloji təmiz parçalardan hazırlandığı, gigiyenik sertifikatı olduğuna dair dayanmadan elanlar səsləndirilir. Amma satıcılar gigiyenik sertifikata baxmaq üçün baş ofislə əlaqə saxlamağımızı məsləhət görürlər. Halbuki gigiyenik sertifikat mağazanın özündə olmalıdır ki, müştəri istədiyi zaman sənədlə tanış ola bilsin.

"Firmanın internetdə səhifəsi var, girib baxa bilərsiz, Türkiyədəki mağzalarda da eyni mallar satılır", -satıcılar əlavə məlumat vermək istəmirlər.

"Əsl brend mal istəyirsəndə get "Memi" mağazalarına…"

Alıcılardan biri isə marağımızı görüb deyir ki, brend mal axtarırıqsa "Memi" mağzalarına baş çəkək. Geyinilmiş olsa da, təmiz firma malları yalnız orada satılır.

Azad İstehlakçılar Birliyininsədri Eyyub Hüseynov deyir ki, artıq uzun illərdir ki, saxta mallarla, o cümlədən "Lady Sharm" mağazasından alınan mallarla bağlı rəhbərlik etdiyi təşkilata xeyli sayda şikayət daxil olub.

"Saxta mallar brend adı altında satılır. Mallar geri qaytarılmır, müştərilərə kassa çeki verilmir. Sahibkarlar üçün yaradılmış azad bazar şəraitindən sui-istifadə olunur. Bizə dəfələrlə bununla bağlı şikayətlər olunub, aidiyati orqanlara rəsmi müraciət etmişik, amma təəssüf ki, bu problemi həll etməyiblər", -təşkilat rəhbəri deyib.

Ekspert əlavə edib ki, Azərbaycanın əmtəə bazarındakı malların böyük hissəsi burada istehsal olunur: "Çindən və digər ölkələrdən mallar gətirilir, etiket varsa qoparılır, istədikləri etiketi yapışdırırlar. Ölkədə yerli etiket bazarı var, bunlar bahalı printerlərdə çap olunur. Azərbaycanın əmtəə bazarındakı malların böyük hissəsi burada tikilir. Məsələn, ayaqqabıların 70, kostyumların 25 faizi buradakı sexlərin məhsuludur. İstehlakçı isə məlumatı etiketdən alır, onun başqa imkanı yoxdur. Əslində isə, aldığı məhsulun ilkin qiyməti və digər sənədləri də soruşmaq hüququ var. Azərbaycanda satılan əmtəə mallarının 80 fazinin müvafiq sənədləri, məsələn ilkin qiymət sənədi yoxdur".

Qeyd edək ki, dünən yerli mətbuatda "Femina" xəz-dəri mağazasında da yoxlamalara başlandığı haqda məlumatlar yayılıb, amma mağaza rəhbərliyi məsələ ilə bağlı açıqlama verməyib.
Bugün, 17:40
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
Bugün, 17:13
İrəvanda Ağsaqqallar Şurasının iclası zamanı kütləvi dava baş verib
Bugün, 16:38
DÇ-2026: İngiltərə, Portuqaliya və Xorvatiya milliləri növbəti matçlarına çıxacaqlar
Bugün, 15:58
"EU Reporter": Azərbaycan beynəlxalq arenada mövqelərini möhkəmləndirib
Bugün, 15:29
Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
Bugün, 15:09
Rusiya Krivoy Roqa hücum edib: ölən və yaralananlar var
Bugün, 14:39
Şıxlinski və oğlu barədə yekun qərar verildi
Bugün, 14:17
Bakı Zooparkı ləğv edilir
Bugün, 12:38
Prezidentlərin Şuşa gəzintisi möhkəm dostluq bağlarının bariz ifadəsidir
Bugün, 11:46
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər
Bugün, 10:49
Sədr: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
Bugün, 10:18
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Bugün, 09:35
Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
Bugün, 08:58
BİZİM TƏQVİM:23 iyunda baş vermiş tarixi hadisələr
Dün, 18:29
Azərbaycan vətəndaşları Gürcüstanda daimi yaşayan əcnəbilərin ilk beşliyindədir
Dün, 18:01
ADSEA: Su təchizatı ilə bağlı tənzimləmə işləri yekunlaşmaq üzrədir
Dün, 17:35
Məsrur Bərzani Prezident İlham Əliyevə təbrik ünvanlayıb
Dün, 17:11
Dövlət başçısı: Azərbaycan-Türkmənistan münasibətləri möhkəm təməl üzərində qurulub
Dün, 15:45
Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb
Dün, 15:17
Sahibə Qafarova İordaniya Nümayəndələr Palatasının sədri ilə görüşüb
Dün, 14:40
Ukrayna Voronejdə "İskəndər" və "Kalibr"in hissələrini istehsal edən zavoda hücum edib - YENİLƏNİB
Dün, 12:52
Milli Məclisin sədri Əli Xameneinin vida mərasimində iştirak edəcək
Dün, 12:04
“Bunun sonu pis olacaq” - Zelenski
Dün, 11:35
Sabah Cəlilabadın üç kəndində qaz olmayacaq
Dün, 11:01
Ağcabədi Pedaqoji Kollecində yeni təyinatlar olub
Dün, 10:31
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
Dün, 09:29
İvanovka yolunda ağır qəza - Ölən və yaralananlar var