“Berg”, “Full” və “Pit Bull” enerji içkisi deyil - Araşdırma başladı
Gündəm / Sosial
Oxunub: 284
13 Tem 2021 | 12:05
“Berg”, “Full” və “Pit Bull” enerji içkisi deyil - Araşdırma başladı

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən haqsız rəqabət hallarının qarşısının alınması məqsədi ilə enerji içkiləri bazarında aparılan araşdırmalar zamanı daha dörd sahibkar barəsində iş qaldırılıb.

xeber.info xəbər verir ki, araşdırmaların nəticələrinə əsasən, “A+CO” ASC tərəfindən istehsal olunan “FULL energy” alkoqolsuz içkilərinin üzərində “ORIGINAL FULL ENERGY”, “İMPLUSE FULL ENERGY”, “MAKES YOUR ENERGY FULL” ifadələrinin istifadə olunması, “BERG ENERGY” MMC-nin eyni adlı məhsulunda “ENERGY”, “100% MAXİMUM ENERGY” və “THE GREAT POWER FEEL THE COOLNESS” ifadələrinin istifadə olunması, sifarişçisi “NPG Azərbaycan” MMC və distribütoru “Veysəloğlu” MMC olan “PIT BULL” adlı içkinin markalanmasında isə “ENERGY” sözünün istifadə olunması istehlakçılarda həmin məhsulların enerji içkisi olması təəssüratlarının yaradılması, xassələri və keyfiyyəti barədə düzgün olmayan məlumatların verilməsi əlamətləri müəyyən edilib.

Dövlət Xidməti tərəfindən “A+CO” ASC, “BERG ENERGY” MMC, “NPG Azərbaycan” MMC və “Veysəloğlu” MMC barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işlər qaldırılıb.

Məlumat üçün bildirək ki, "Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları"na əsasən, alkoqolsuz içkilərin tərkibində insan orqanizminin mərkəzi sinir sistemini stimullaşdırmaq xüsusiyyətinə və antisedativ təsirə malik olan kofein, taurin, qlükoronolakton, amin turşuları, B qrupu vitaminlər və s. kimi maddələrdən və ya bitki ekstraktlarından ən azı ikisi mövcud olduğu təqdirdə, yaxud həmin maddələrdən yalnız kofein olduqda və miqdarı 15 mq/100 ml-dan artıq olarsa, həmin alkoqolsuz içkilər enerji içkisi hesab edilir.
Bugün, 15:54
Ağdamda daha bir qrup sakin üçün peşə hazırlığı kursu başlayıb
Bugün, 15:30
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb
Bugün, 14:57
İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb
Bugün, 14:23
Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur”
Bugün, 12:10
Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək
Bugün, 11:10
Özünü prokurorluq əməkdaşı kimi qələmə verən şəxs həbs olunub
Bugün, 10:39
İsrail Livanın cənubuna zərbələr endirməyə davam edir, azı 5 nəfər ölüb
Bugün, 10:08
Hidayət Heydərov "Böyük Dəbilqə" turnirində tatamiyə çıxmayıb
Dün, 18:25
Məzunları magistratura imtahanında ən yüksək və ən zəif nəticə göstərən ali məktəblər məlum olub
Dün, 17:44
Rəşad Nəbiyev Ağdamda vətəndaşları qəbul edəcək
Dün, 16:57
İntensiv yağış yağacaq, temperatur 4-7° enəcək
Dün, 16:36
Ölkə üzrə pensiyalar tam ÖDƏNİLDİ
Dün, 14:22
İsrail ordusu Livanda ciddi itkilər verdi
Dün, 13:26
İlham Əliyev otağındakı tək heykəldən danışdı: Babamın yadigarıdır
Dün, 12:49
Sahibə Qafarova jurnalistika tələbələrini Milli Məclisə dəvət etdi
Dün, 12:07
Naxçıvanda Prezident nümayəndəliyinin statusu artırılır
Dün, 11:10
İyunda qeyri-çimərlik ərazilərdə 12 nəfər batıb
Dün, 10:26
Oğuzda narkotik alverçiləri saxlanıldı
Dün, 09:53
Xankəndidə həyat canlanır: daha 18 ailə şəhərə köçürüldü
Dün, 09:06
Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək
18-06-2026, 18:41
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan hərbçiləri üçün təlim keçəcək
18-06-2026, 17:44
Kərim Vəliyev MDB iştirakçı dövlətləri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasına qatılıb
18-06-2026, 16:02
Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb
18-06-2026, 14:22
İsmayıl Kartal "Fənərbağça"nın baş məşqçi təyin olunub
18-06-2026, 12:54
Niamey aeroportunda partlayış və silah səsləri qeydə alınıb
18-06-2026, 12:21
TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub
18-06-2026, 11:08
İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı