"Yuxumda mənə deyir, az qalıb gəlməyimə" – Mərhum aparıcının ölümündən xəbərsiz anası – VİDEO

ARB TV-nin "Bu qədər" proqramında növbəti buraxılışında mərhum aparıcı Ceyran Nərimanın həyatından danışılıb.
Aparıcının dostları və qohumları onunla bağlı xatirələrini danışıb:
Səkinə Əzimova – Bacısı: "Ailədə 5 uşaq idik. Ceyran bizim içimizdə fərqlənən uşaq olub. Öz gündəliyində proyektləri ilə bağlı yazılar yazırdı. Həmişə deyirdi, mən öz karyeramı quracam. Sinəsində şiş əmələ gəlmişdi. Həkim bizə dedi ki, əməliyyat olunmalıdır. Bilmirdik bunu Ceyrana necə deyək. Əməliyyat olunmaq istəmirdi. Güclə razı saldıq. Sonuncu ad günündən sonra başında möhkəm ağrılar olduğunu dedi. MRT etdirdik və məlum oldu ki, başında da şiş yaranıb. Səhhəti ilə əlaqədar zəif idi. Gözləyirdik biraz özünə gəlsin onu İrana aparaq. Ayın 4-ü İrana gedəcəkdik, amma o, məzara getdi. Üzü qibləyə uzandı, xırıldamadan can verməyə başladı. Anam indiyədək bilmir. Bəlkə də hiss edir".
Sevil Əzimova – Bacısı: "Ceyran dəcəl, kaprizli uşaq olmayıb. Hər addımına görə anamdan icazə alırdı. Qeyri-adi qız idi. Saf, pak idi, paxıllığı, kini yox idi. Ailə qurmaq həvəsi yox idi. İstəmirdi əməliyyat olunmaq, bircə anama görə razılaşdı. Süd vəzisindən əməliyyat olunandan sonra kompleks yaşayırdı. Ondan sonra qəti qərara gəldi ki, mən heç vaxt evlənməyəcəyəm. Anam onun xəstəyilini bilmədi. Bir müddət sonra kimyaterapiya müalicəsi qəbul etdi. Saçıları töküldü. Anamdan gizlədirdi, onun yanında yaylıq bağlayırdı. Bi dəfə anamın yanında başını açdı, anam onun keçəl olduğunu gördü. Soruşdu ki, Ceyran bu nədir? O da anama dedi ki, tamaşadakı roluma görə saçını qırxmışam. Anam da inandı. Çoxdan idi təntənəli ad günü etmirdi. Mənə dedi ki, istəyirəm ad günü edəm, hiss edirəm ki, sonuncu ad günümdür. Ana mahnısı oxundu. Başını anamın dizlərinə qoydu. Elə bil ki, sağollaşırdı. Yanvarın 4-ü günorta saatları idi. Özü uzandı, bir nöqtəyə baxdı və can verməyə başladı".
İlham Əsədov – Əməkdar artist: "Onunla həmişə dalaşırdıq. Elə olurdu ki, bir müddət danışmırdıq, amma görüşəndə yenidən danışırdıq niyə dalaşdığımızın bəhsini artıq etmirdik. Hər il küsərdik, bircə rəhmətə getdiyi il dalaşmamışdıq. Ömrünün sonuna qədər anası bilmədi ki, Ceyran xərçəng xəstəliyindən əziyyət çəkir. Ceyran öz əbədi dünyasına köçdü. Əbədi dünyan mübarək olsun".
Gülçöhrə Abdullayeva – Rəfiqəsi: "Uzun zaman ayrı düşmüşdük. Bacım dünyasını dəyişdi, onun da adı Ceyran idi. Bacımın üçünə gələndə mənə dedi ki, adaşım getdi, amma sənin bacın mənim bacım. Bacımdan sonra meylimi ona saldım. Bir dəfə gəlib mənə dedi ki, istəyirəm özümə ad günü keçirəm. Gözləri doldu. Deyəsən adaşımın yanana gedirəm, dedi".
Mirxanım Əzimova – Anası: "Başına dönüm, sənin yolunu səbirsizliklə gözələyirəm, ay Ceyran, tez gəl. Yuxumda görürəm onu. Mənə deyir, az qalıb gəlməyimə. Çox darıxıram onunçün".
Dün, 15:54
Ağdamda daha bir qrup sakin üçün peşə hazırlığı kursu başlayıb
Dün, 15:30
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb
Dün, 14:57
İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb
Dün, 14:23
Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur”
Dün, 12:10
Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək
Dün, 11:10
Özünü prokurorluq əməkdaşı kimi qələmə verən şəxs həbs olunub
Dün, 10:39
İsrail Livanın cənubuna zərbələr endirməyə davam edir, azı 5 nəfər ölüb
Dün, 10:08
Hidayət Heydərov "Böyük Dəbilqə" turnirində tatamiyə çıxmayıb
19-06-2026, 18:25
Məzunları magistratura imtahanında ən yüksək və ən zəif nəticə göstərən ali məktəblər məlum olub
19-06-2026, 17:44
Rəşad Nəbiyev Ağdamda vətəndaşları qəbul edəcək
19-06-2026, 16:57
İntensiv yağış yağacaq, temperatur 4-7° enəcək
19-06-2026, 16:36
Ölkə üzrə pensiyalar tam ÖDƏNİLDİ
19-06-2026, 14:22
İsrail ordusu Livanda ciddi itkilər verdi
19-06-2026, 13:26
İlham Əliyev otağındakı tək heykəldən danışdı: Babamın yadigarıdır
19-06-2026, 12:49
Sahibə Qafarova jurnalistika tələbələrini Milli Məclisə dəvət etdi
19-06-2026, 12:07
Naxçıvanda Prezident nümayəndəliyinin statusu artırılır
19-06-2026, 11:10
İyunda qeyri-çimərlik ərazilərdə 12 nəfər batıb
19-06-2026, 10:26
Oğuzda narkotik alverçiləri saxlanıldı
19-06-2026, 09:53
Xankəndidə həyat canlanır: daha 18 ailə şəhərə köçürüldü
19-06-2026, 09:06
Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək
18-06-2026, 18:41
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan hərbçiləri üçün təlim keçəcək
18-06-2026, 17:44
Kərim Vəliyev MDB iştirakçı dövlətləri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasına qatılıb
18-06-2026, 16:02
Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb
18-06-2026, 14:22
İsmayıl Kartal "Fənərbağça"nın baş məşqçi təyin olunub
18-06-2026, 12:54
Niamey aeroportunda partlayış və silah səsləri qeydə alınıb
18-06-2026, 12:21
TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub
18-06-2026, 11:08
İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı