Maaşlar yenə də artacaq - Nazir müavinindən ŞAD XƏBƏR

"Minimum əməkhaqqı davamlı olaraq artırılacaq".
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək siyasəti şöbəsinin müdiri Əbülfət Məhərrəmov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, minimum əməkhaqqının artırılmasını qeyri- rəsmi məşğulluğun arada qaldırılması kimi qəbul etmək lazımdır: "Beynəlxalq təcrübədə əməkhaqlarının paket şəkilində verilməsi qeyri-rəsmi məşğulluğun bir növü kimi qiymətləndirilir. Bu yenilikdən sonra əməkhaqqının qeyri-rəsmi verilən hissəsi rəsmiləşmiş olur. İşəgötürən ixtisassız şəxslərə əmək haqqını 180 manatdan az verməməlidir. Qeyri-rəsmi verilən əməkhaqqının iqtisadiyyatımıza mənfi tərəfləri çoxdur. İşçi bundan gəlir vergisi vermir, dövlətə daxilolmalar azalır. Büdcəyə daxilolmalar artdıqca, əhalinin sosial müdafiəsinin yaxşılaşmasına daha çox vəsait ayrılır".
Şöbə müdiri qeyd edib ki, bazar iqtisadiyyatı şəraitində bəzi işəgötürənlər işçilərə öz mövcud imkanlarından daha az əməkhaqqı verirlər: "Bu, düzgün yanaşma deyil. Minimum əməkhaqqının iqtisadi imkanlarından uyğun olmayan, bunun aşağı olmasından istifadə edən işəgötürənlər bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq əməkhaqqı verəcəklər. Bununla da dövlət sosial fonduna ödənişlər artacaq, vətəndaşlarımızın pensiya təminatı yaxşılaşacaq. İqtisadiyyatın bir çox sahələrinə müsbət təsirini göstərəcək.
Bununla da işçi özünün pensiya təminatı üçün pensiya kapitalı toplamış olacaq. Nəticədə, pensiyası yüksək məbləğdə tənzimlənəcək".
Əbülfət Məhərrəmovun sözlərinə görə, minimum əməkhaqqı davamlı olaraq artırılacaq: "Əməkhaqqının real səviyyəyə uyğunlaşması təmin olunacaq. Bu yenilik özəl sektorlarda çalışan 150 min nəfərə təsir göstərəcək. Amma bunun əhatə dairəsi daha da geniş ola bilər. Özəl sektorda əsasən, bəzi xidmət sahələrində - avtomobil təmiri xidmətləri, çörək sexləri, hüquq şəxs statusunda olan ticarət sahələrində çalışanların əməkhaqları minimum əməkhaqlarına uyğun verilib. 150 mindən çox deyilən təbəqə məhz bu sahədə çalışanlara aiddir".
Bugün, 17:40
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
Bugün, 17:13
İrəvanda Ağsaqqallar Şurasının iclası zamanı kütləvi dava baş verib
Bugün, 16:38
DÇ-2026: İngiltərə, Portuqaliya və Xorvatiya milliləri növbəti matçlarına çıxacaqlar
Bugün, 15:58
"EU Reporter": Azərbaycan beynəlxalq arenada mövqelərini möhkəmləndirib
Bugün, 15:29
Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
Bugün, 15:09
Rusiya Krivoy Roqa hücum edib: ölən və yaralananlar var
Bugün, 14:39
Şıxlinski və oğlu barədə yekun qərar verildi
Bugün, 14:17
Bakı Zooparkı ləğv edilir
Bugün, 12:38
Prezidentlərin Şuşa gəzintisi möhkəm dostluq bağlarının bariz ifadəsidir
Bugün, 11:46
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər
Bugün, 10:49
Sədr: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
Bugün, 10:18
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Bugün, 09:35
Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
Bugün, 08:58
BİZİM TƏQVİM:23 iyunda baş vermiş tarixi hadisələr
Dün, 18:29
Azərbaycan vətəndaşları Gürcüstanda daimi yaşayan əcnəbilərin ilk beşliyindədir
Dün, 18:01
ADSEA: Su təchizatı ilə bağlı tənzimləmə işləri yekunlaşmaq üzrədir
Dün, 17:35
Məsrur Bərzani Prezident İlham Əliyevə təbrik ünvanlayıb
Dün, 17:11
Dövlət başçısı: Azərbaycan-Türkmənistan münasibətləri möhkəm təməl üzərində qurulub
Dün, 15:45
Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb
Dün, 15:17
Sahibə Qafarova İordaniya Nümayəndələr Palatasının sədri ilə görüşüb
Dün, 14:40
Ukrayna Voronejdə "İskəndər" və "Kalibr"in hissələrini istehsal edən zavoda hücum edib - YENİLƏNİB
Dün, 12:52
Milli Məclisin sədri Əli Xameneinin vida mərasimində iştirak edəcək
Dün, 12:04
“Bunun sonu pis olacaq” - Zelenski
Dün, 11:35
Sabah Cəlilabadın üç kəndində qaz olmayacaq
Dün, 11:01
Ağcabədi Pedaqoji Kollecində yeni təyinatlar olub
Dün, 10:31
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
Dün, 09:29
İvanovka yolunda ağır qəza - Ölən və yaralananlar var