Həbs edilən dünya çempionunun anasından şok açıqlama: “Elə toy gününün birinci axşamı…”

Dünəndən etibarən əksər elektron media resurslarında Azərbaycanın kikboks üzrə dörd qat dünya çempionu Anar Süleymanovun həbs olunması ilə bağlı xəbər yayılıb. A.Süleymanov cəmi iki ay müddətində nigahda olduğu həyat yoldaşını döyməkdə ittiham olunur. Qeyd edək ki, Anar Süleymanovun həyat yoldaşı da kikboks üzrə dünya çempionudur və həbs edilən çempionun tələbəsi olub.
A.Süleymanov barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə protokol tərtib olunub. Nərimanov rayon Məhkəməsinin hakimi Vüsal Qurbanov protokol üzrə qərarını elan edib və A.Süleymanov fevralın 13-dən etibarən 20 gün müddətinə inzibati qaydada həbs olunub. A.Süleymanov Azərbaycan Kikboks Federasiyasının qızlardan ibarət milli komandanın baş məşqçisi olub.
Hazırda həbsdə olan çempionun anası Ziyafət Süleymanova Azinforum.az-a açıqlamasında oğlu barəsində yayılan məlumatların həqiqətə uyğun olmadığını deyib. O, oğlu haqda məlumatların bəzi KİV-lərdə təhrif edildiyindən təəssüfləndiyini bildirib: " Anarın həyat yoldaşı ilə heç bir şəxsi qərəzi olmayıb. Əgər belə qərəz olsaydı, onda biz niyə xərc çəkib ona bahalı toy edirdik? Elə toy günün birinci axşamı biz Anarla həyat yoldaşı arasında ciddi mübahisənin yaradığını eşitdik. Səs-küyə mən çölə çıxdım. Onların həmin gün nə ilə bağlı dava etdiklərini öz qulaqlarımla eşitmişəm. (Ananın bu məsələnin detalları ilə bağlı söylədikləri incəlikləri etik qaydalara görə təqdim etmirik – red.) Mən qıza dedim ki, ona halallıq vermirəm. Ağlaya-ağlaya rayona getdim və bir ay orda qaldım. Toydan 15 gün sonra Anar xaricə getdi. Bu fakt onun pasportunda da əks olunub.Həmin müddətdə qızın anası və bacısı onunla birlikdə qalıb. Əgər Anar ona işgəncə verib, qapalı rejimdə saxlayırdısa, onda necə oldu ki, o hər gün öz evlərinə gedib? Anar işə gedəndən sonra anası qızı götürüb evlərinə qaçırıb. Əgər ona həqiqətən işgəncələr verilirdisə, onda niyə indiyə kimi evlərinə getmirdi? Neçə dəfə Anardan icazəsiz gözəllik salonlarına gedib. Bütün bu faktlar sübut edir ki, onların mediaya verdikləri məlumatlar ağ yalandı. Mən əməliyyat olunandan sonra, həmin qız gəlib evdə məni elə vurdu ki, yaramdan qan açıldı. Hətta həmin hadisə ilə bağlı mənim oğlum qoymadı ki, onu polisə verim. Həmin qızın psixoloji durumu normal deyil. Hazırda 28 may-da psixoloq yanına gedir. Mən təəssüf edirəm ki, bu cür adamın sözlərini əsas götürüb oğlumun haqqında pis məlumatlar yazırlar. Deyilənlərin hamısı iftiradır. Xahiş edirəm ki, onların hamını necə aldadtdığını yazasınız. O qız birinci öz valideynlərini, sonra bizi, ardınca polisi, indi isə siz mətbuat işçilərini aldadır. Mənim oğlum tanınmış idmançı və dindardı. Onun barəsində yalan danışanlar və yayanlar həm də Allah qarşısında günaha batırlar”.
Bugün, 17:40
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
Bugün, 17:13
İrəvanda Ağsaqqallar Şurasının iclası zamanı kütləvi dava baş verib
Bugün, 16:38
DÇ-2026: İngiltərə, Portuqaliya və Xorvatiya milliləri növbəti matçlarına çıxacaqlar
Bugün, 15:58
"EU Reporter": Azərbaycan beynəlxalq arenada mövqelərini möhkəmləndirib
Bugün, 15:29
Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
Bugün, 15:09
Rusiya Krivoy Roqa hücum edib: ölən və yaralananlar var
Bugün, 14:39
Şıxlinski və oğlu barədə yekun qərar verildi
Bugün, 14:17
Bakı Zooparkı ləğv edilir
Bugün, 12:38
Prezidentlərin Şuşa gəzintisi möhkəm dostluq bağlarının bariz ifadəsidir
Bugün, 11:46
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər
Bugün, 10:49
Sədr: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
Bugün, 10:18
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Bugün, 09:35
Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
Bugün, 08:58
BİZİM TƏQVİM:23 iyunda baş vermiş tarixi hadisələr
Dün, 18:29
Azərbaycan vətəndaşları Gürcüstanda daimi yaşayan əcnəbilərin ilk beşliyindədir
Dün, 18:01
ADSEA: Su təchizatı ilə bağlı tənzimləmə işləri yekunlaşmaq üzrədir
Dün, 17:35
Məsrur Bərzani Prezident İlham Əliyevə təbrik ünvanlayıb
Dün, 17:11
Dövlət başçısı: Azərbaycan-Türkmənistan münasibətləri möhkəm təməl üzərində qurulub
Dün, 15:45
Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb
Dün, 15:17
Sahibə Qafarova İordaniya Nümayəndələr Palatasının sədri ilə görüşüb
Dün, 14:40
Ukrayna Voronejdə "İskəndər" və "Kalibr"in hissələrini istehsal edən zavoda hücum edib - YENİLƏNİB
Dün, 12:52
Milli Məclisin sədri Əli Xameneinin vida mərasimində iştirak edəcək
Dün, 12:04
“Bunun sonu pis olacaq” - Zelenski
Dün, 11:35
Sabah Cəlilabadın üç kəndində qaz olmayacaq
Dün, 11:01
Ağcabədi Pedaqoji Kollecində yeni təyinatlar olub
Dün, 10:31
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
Dün, 09:29
İvanovka yolunda ağır qəza - Ölən və yaralananlar var