Hansı qan qrupu hansı xəstəliyin riskini artırır

Biz öz həyat tərzimizi istənilən tərəfə dəyişə bilərik, lakin valideynlərimizdən bizə qalan, mikroskopik maddələrin təyin etdiyi qan qrupumuzu dəyişmək mümkün deyil.
Anews.az e-tibb.az-a istinadən xəbər verir ki, bu substansiyalar immun sisteminə elə tərzdə təsir edir ki, bir neçə yayılmış xəstəliklərin riski arta bilir. Ona görə də, sizin qan qrupunuzdan asılı olaraq: I (O), II (A), III (V) və ya IV (AV) - ürək işinin pozulması, xərçəng və digər xəstəliklərə meylli ola bilərsiniz.
Yaddaş pozğunluğu
"Nevrologiya" jurnalında dərc olunmuş araşdırmada bildirilir ki, IV qan qrupu koqnitiv pozuntular riskini artıra bilər. Bu xüsusən IV qan qrupunun yaşlı daşıyıcılarına aiddir - digərlərindən fərqli olaraq, onlar öyrənmə və yadda saxlamaqla bağlı daha yüksək çətinliklərlə üzləşiblər. "Bizə məlumdur ki, IV qan qrupunda qan laxtalanması səviyyəsinin faktorları qanda zülallarla əlaqədardır", - bunu Vermont Universitetinin patologiya və tibb üzrə professoru, araşdırmanın müəlliflərindən olan Meri Kuşman deyib.
Mədə xərçəngi
IV qan qrupunun daşıyıcıları üçün pis xəbərlərimiz hələ bitməyib. Belə ki, bu qan qrupunun daşıyıcılarında mədə xərçənginə yoluxma ehtimalı, I və III qan qruplarının daşıyıcıları ilə müqayisədə 26% çoxdur.
II qan qrupunun daşıyıcılarında bu risk 20% yüksəkdir.
İsveçli epidemioloq, professor Qustav Edrgen bu məsələdə Helicobacter pylori bakteriyasının (mədənin və onikibarmaq bağırsağın müxtəlif nahiyələrinin selikli qişasında aşkar olunmuş spiralşəkilli, qram-mənfi patogen bakteriya) təsiri olduğu qənaətindədir.
Mədə xorası
II və IV qan qruplarının daşıyıcılarında mədə xərçənginə səbəb olan eyni bakteriya, həmin qruplardan olan insanlarda, mədə xorasının səbəbi ola bilər. Professorun araşdırmasında deyilir ki, bu qan qrupu orqanizmin bakteriyaya olan immunoloji reaksiyasını modifikasiya edir, lakin məhz necə etməsi bilinmir.
Ürək xəstəliyi
I qan qrupunun daşıyıcıları öz genlərinə minnətdar olmalıdırlar. I qan qrupunun daşıyıcılarında ürək xəstəlikləri riski, digər qan qrupları ilə müqayisədə 23% daha aşağıdır. Bu haqda Harvard Tibb və Səhiyyə məktəbindən bildirilib. III və IV qan qruplarında bu risk daha yüksəkdir. Alimlər deyir ki, qismən bu meylin qan qruplarının iltihabı proseslərin səviyyəsinə təsiri ilə izah olunur.
Mədəaltı vəzin xərçəngi
I qan qrupunun daşıyıcılarında mədəaltı vəzinin xərçəngi inkişafının riski, digər qan qrupları ilə müqayisədə 37% daha azdır. Xərçəngin öyrənilməsi üzrə Milli İnstitutunun jurnalında yayımlanan tədqiqatda belə deyilir. Araşdırmanın müəllifləri bağırsaq bakteriyası - Helicobacter pylorini xərçəngin mümkün səbəbkarı kimi göstərərkən, I qan qrupunda aid olmadığını qeyd edirlər.
Bəs nə etməli?
Hərçənd qan qrupları bu və ya digər xəstəliklərin inkişafı riskini təyin etməyə imkan versə də, onların təsir dərəcəsini sona kimi təyin etmək olmur. "Ən yaxşı məsləhət - sağlam həyat tərzi sürməkdir", - deyir professor M. Kuşman. O düzgün qidalanmağı, müntəzəm şəkildə idmanla məşğul olmağı məsləhət görür. Belə ki, yalnız bu şəkildə narahatlıqlara təsir göstərmək mümkündür. Bundan başqa, əgər sizdə ürək xəstəlikləri və yaddaşın pisləşməsi ilə bağlı narahatlıqlar varsa, həkimə müraciət etməklə xəstəliyinizi təyin edə bilərsiniz.
Dün, 16:17
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib
Dün, 14:22
Bakıda İndoneziya mətbəxi və mədəniyyəti festivalı keçirilib
Dün, 13:11
Bazar günü Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq
Dün, 12:47
Zabrat–Maştağa avtomobil yolununun bir hissəsi bağlanıb
Dün, 11:42
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Dün, 11:04
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Dün, 10:31
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
Dün, 09:54
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
Dün, 09:28
Azərbaycan Premyer Liqasında bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq
16-10-2026, 18:12
Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
16-10-2026, 17:40
Surqutda “Qazprom”un müəssisəsi dron hücumuna məruz qalıb, güclü yanğın başlayıb
16-10-2026, 17:11
Avtomobil TIR-la toqquşdu - Ölən və yaralananlar var
16-10-2026, 16:28
Prezidentin AQEM Sammitində sülh, əməkdaşlıq, təhlükəsizlik çağırışları
16-10-2026, 15:54
Azərbaycanın Baş Qərargah rəisi NATO-nun nümayəndə heyəti ilə görüşüb
16-10-2026, 15:12
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər
16-10-2026, 13:34
Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
16-10-2026, 13:20
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
16-10-2026, 13:03
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
16-10-2026, 12:53
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
16-10-2026, 12:14
Ehtiyatda olan hərbçilərin tibb sahəsində xüsusi rütbələri ilə bağlı qanun layihəsi I oxunuşda təsdiqlənib
16-10-2026, 11:48
Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb
16-10-2026, 11:02
Mətbuat Şurası mediada süni intellektdən istifadə qaydalarını tənzimləyən prinsip hazırlayır
16-10-2026, 10:20
Azərbaycan XİN Pakistana başsağlığı verib
16-10-2026, 09:43
Yasamal və Xəzər rayonlarının bir hissəsində işıq olmayacaq
16-10-2026, 09:14
Mətbuat Şurasının IX qurultayı keçirilir
15-10-2026, 18:38
Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb
15-10-2026, 18:09
Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verilib