Hüseyn Dəryanın arvadı aparıcı Zaur Baxşəliyevdən şikayətçidir - "Mənim hesabat verəcəyim adam Hüseyn idi"
Gündəm / Şou
Oxunub: 955
25 Şub 2019 | 15:43
Hüseyn Dəryanın arvadı aparıcı Zaur Baxşəliyevdən şikayətçidir - "Mənim hesabat verəcəyim adam Hüseyn idi"

Mərhum reper Hüseyn Dəryanın həyat yoldaşı Sona İbadova ATV-də yayımlanan "Bizimləsən" verilişində şəxsi həyatının müzakirə olunmasına münasibət bildirib.

Sonxeber.az xəbər verir ki, news24.az-ın redaksiyası ilə əlaqə saxlayan S.İbadova aparıcı Zaur Baxşəliyev və "Bizimləsən" verilişi haqda şikayət ərizəsi yazdığını açıqlayıb.

Buna səbəb proqramda Hüseyn Dəryanın ilk evliliyindən olan qızı Aişənin Sona İbadovadan oğlu Cahangirin DNT analizi istəmə tələbi olub.
İbadova ərizəsində Zaur Baxşəliyevin ona atılan böhtanlara şərait yaratdığını yazıb:

"Bizimləsən" verilişində baş verənlərə görə şikayət ərizəsi yazmışam. Çünki mənim üzərimdən reytinq qazanır, icazəm olmadan mənim ailəmi müzakirə edirlər.

Ərizəni "Azad Azərbaycan Televiziyası"nın rəhbərliyinə, Milli Televiziya və Radio Şurasına və Ombudsman Elmira Süleymanovaya ünvanlayacam.

Oğlum Cahangir psixoloji sarsıntı keçirir! Ümumiyyətlə, evdəki ab-hava çox pisdir. Mən özüm də xəstəyəm. Neçə ildir süd vəzimdən müalicə alıram. Bunların hamısı mənə stress yaşadır.

Mənim hesabat verəcəyim adam Hüseyn idi. Üçüncü bir adamın ixtiyarı yoxdur ki, ailəmi müzakirə edib, məndən hansısa sübut istəsin.

Sübut övladımın doğum haqda şəhadətnaməsidir. Orada da Cahangir Hüseyn oğlu Muradov yazılıb. Eyni zamanda da bizim rəsmi nikahımız var. Bundan başqa nəyi sübut edim? Mən heç kimə heç nəyi sübut etmək məcburiyyətində deyiləm.

ATV-dən məni verilişə dəvət edirlər. Amma ora getməmişəm və getmək fikrim də yoxdur. Çünki onlar mənim üzərimdən şou yaradırlar".
Dün, 17:46
Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşüb
Dün, 16:58
Amsterdamda idman zalında partlayış baş verib, dağıntılar altında qalanlar var
Dün, 16:26
FHN: Qəbələdəki zəlzələdə dağıntı və tələfat olmayıb
Dün, 15:52
Xüsusi qabiliyyət imtahanlarına start verilir
Dün, 11:13
Milli Məclisin iclası başlayıb
Dün, 10:33
Ağdaşda avtomobili ildırım vurub, yanğın olub
Dün, 10:07
Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək
Dün, 09:38
Azərbaycan XİN Rusiyanı təbrik etdi
Dün, 08:50
DÇ-də epidemiya ilə bağlı - Xəbərdarlıq
11-06-2026, 18:50
Paşinyandan Moskvaya cavab - “Qiyməti qaldırsalar, müqaviləni pozacaqlar”
11-06-2026, 18:26
AmCham Azərbaycan “Technovation by PMI” Forumuna həmtəşkilatçılıq edib
11-06-2026, 17:57
Bu il 116 550 şagird məzun olur
11-06-2026, 17:51
Lamiyə Əliqızı: Milli Qurtuluş Günü xalqımızın gələcəyə inam günüdür
11-06-2026, 17:27
İmtahan nəticələri bu tarixdə AÇIQLANACAQ
11-06-2026, 16:44
Göygöldə 2 nəfər göldə boğularaq ölüb
11-06-2026, 16:27
Lamiyə Əliqızı: Son Zəng – Uşaqlıqdan Gələcəyə Açılan Qapı
11-06-2026, 15:06
İranın Körfəzdə yeni nəzarət qurumu Hörmüz boğazının tam bağlanması əmrini təsdiqləyib
11-06-2026, 14:09
Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlanıb - FƏTVA
11-06-2026, 13:06
İran ABŞ-ın hücumlarından sonra atəşkəsi praktiki olaraq mənasız adlandırır
11-06-2026, 12:30
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə istifadəyə veriləcək
11-06-2026, 11:27
Bakıda obyektdə yanğın başlayıb
11-06-2026, 10:54
Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb
11-06-2026, 10:12
Portuqaliya - Nigeriya matçından əvvəl azarkeş vəfat edib
11-06-2026, 09:39
Bakıda "Qazel"lə motosiklet toqquşub, ölən var
11-06-2026, 09:09
ABŞ-İran qarşıdurması "Qara qızıl"ı bahalaşdırıb
10-06-2026, 18:19
DTX tərəfindən saxlanılan Saleh Səmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib
10-06-2026, 17:29
Nazir müavini: Təhlükə məişət mühiti ilə məhdudlaşmır, virtual məkan da ciddi risk mühitinə çevrilib