Deputat sərt DANIŞDI: "Əxlaqsızlar.."

"Milli Məclisin deputatlarının, ümumiyyətlə hər hansı bir şəxsin fikirlərinin təhrif edilməsi qeyri-etik xarakter daşımaqla yanaşı, həm də bu, insanın iyrənc məqsədlərindən xəbər verir. Vəzifəsindən asılı olmayaraq cəmiyyətdə hər bir şəxsi tənqid etmək, sərbəst fikir söyləmək mövcud demokratiyanın göstəricisidir. Deputat həmkarlarım bu kimi hallara həmişə dözümlü yanaşırlar. İnanın ki, bütün məsələlərdə olduğu kimi bu məsələdə də biz Cənab Prezidentimizi nümunə götürürük".
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Elçin Quliyev deyib.
Deputatın sözlərinə görə, Avropada anti-Azərbaycan qüvvələrin diktəsi ilə əxlaqsızlıq nümayiş etdirən bir neçə soydaşımıza qarşı Cənab Prezidentin yüksək mədəniyyəti ilə dözümlü münasibəti hər birimiz üçün örnəkdir.
"Bildiyiniz kimi, Azərbaycanda mövcud demokratik dəyərlər içərisində siyasi plüralizm mühüm yer tutur. Əfsuslar olsun ki, bəzi şəxslər bu möhtəşəm dəyərdən sui-istifadə edirlər. Məqsəd aydındır- deputatları gözdən salmaq, nüfuzuna xələl yetirmək və sair iyrənc məqsədlərinə nail olmağa cəhd etmək. Amma bu şəxslər anlamırlar ki, bütün həyatını Azərbaycan xalqına və dövlətinə xidmət üçün sərf etmiş Cənab Prezidenti, habelə Milli Məclisin deputatlarını nüfuzdan sala bilməzlər. Cənab Prezident bizim tərəfimizdən həmişə müdafiə olunub və olunacaq".
Elçin Quliyev bildirib ki, Prezidentin ətrafında sıx birləşmək, onun uğurlarını, uzaqgörən siyasətini təbliğ etmək Avropadakı həmin soydaşlarımızın ifşa edilməsi ən yaxşı müdafiədir.
"O ki, qaldı öz tərbiyəsizliyini nümayiş etdirməklə söyüş söyən insanlara, onlara eyni tərzdə cavab verilməsinin tərəfdarı deyiləm. Söyüşə söyüşlə cavab verib həmin şəxslərin səviyyəsinə enmək düzgün deyil. Həmin şəxslər barəsində hüquqi müstəvidə ölkə Prezidentinin şərəf və ləyaqətini təhqir etdiklərinə görə cinayət hüquqi tədbir görülməsinin tərəfdarıyam. Çünki Azərbaycan hüquqi bir dövlətdir və ölkəmizdəki demokratik mühitdən sui-istifadə edən hər bir şəxsə qarşı mübarizə aparmağa qadirdir. Bu məsələ Cinayət Məcəlləmizdə də təsbit olunub.
Yeri gəlmişkən, bir məsələni xüsusilə vurğulamaq istərdim. Bildiyiniz kimi Məhəmməd peyğəmbəri də qəbul etməyən və ona qarşı müxtəlif əxlaqsızlıqlar edən şəxslər olmuşdu. Baxmayaraq ki, onun həqiqi peyğəmbər olduğunu bilirdilər. Amma, Peyğəmbər heç vaxt onların səviyyəsinə enmədi, onlara qarşı dözümlü münasibət nümayiş etdirərək dini-mənəvi dəyərlərdən istifadə etməklə mübarizə aparıb.
Gördüyünüz kimi Azərbaycan xalqı cənab İlham Əliyevin ətrafında sıx birləşərək strateji hədəflərə doğru inamla irəliləyir. Bu yolda həmin şəxslər bizə mane ola bilməzlər. Bu yerdə Dostoyevskinin məşhur sözləri yadıma düşdü. O deyirdi ki, hədəfə doğru gedərkən bu yolda sizə hürən hər itə daş atmaq üçün dayanacaqsınızsa hədəfə çata bilməzsiniz".
Bugün, 15:58
"EU Reporter": Azərbaycan beynəlxalq arenada mövqelərini möhkəmləndirib
Bugün, 15:29
Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
Bugün, 15:09
Rusiya Krivoy Roqa hücum edib: ölən və yaralananlar var
Bugün, 14:39
Şıxlinski və oğlu barədə yekun qərar verildi
Bugün, 14:17
Bakı Zooparkı ləğv edilir
Bugün, 12:38
Prezidentlərin Şuşa gəzintisi möhkəm dostluq bağlarının bariz ifadəsidir
Bugün, 11:46
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər
Bugün, 10:49
Sədr: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
Bugün, 10:18
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Bugün, 09:35
Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
Bugün, 08:58
BİZİM TƏQVİM:23 iyunda baş vermiş tarixi hadisələr
Dün, 18:29
Azərbaycan vətəndaşları Gürcüstanda daimi yaşayan əcnəbilərin ilk beşliyindədir
Dün, 18:01
ADSEA: Su təchizatı ilə bağlı tənzimləmə işləri yekunlaşmaq üzrədir
Dün, 17:35
Məsrur Bərzani Prezident İlham Əliyevə təbrik ünvanlayıb
Dün, 17:11
Dövlət başçısı: Azərbaycan-Türkmənistan münasibətləri möhkəm təməl üzərində qurulub
Dün, 15:45
Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb
Dün, 15:17
Sahibə Qafarova İordaniya Nümayəndələr Palatasının sədri ilə görüşüb
Dün, 14:40
Ukrayna Voronejdə "İskəndər" və "Kalibr"in hissələrini istehsal edən zavoda hücum edib - YENİLƏNİB
Dün, 12:52
Milli Məclisin sədri Əli Xameneinin vida mərasimində iştirak edəcək
Dün, 12:04
“Bunun sonu pis olacaq” - Zelenski
Dün, 11:35
Sabah Cəlilabadın üç kəndində qaz olmayacaq
Dün, 11:01
Ağcabədi Pedaqoji Kollecində yeni təyinatlar olub
Dün, 10:31
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
Dün, 09:29
İvanovka yolunda ağır qəza - Ölən və yaralananlar var
Dün, 08:55
Bu ərazilərdə işıq olmayacaq
20-06-2026, 15:54
Ağdamda daha bir qrup sakin üçün peşə hazırlığı kursu başlayıb
20-06-2026, 15:30
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb