Bir qrup şəxsə saxta əlillik verilib - RƏSMİ

Əlilliyin qiymətləndirilməsi sisteminin şəffaflaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq işçi qrupu tərəfindən risk faktorlar üzrə araşdırmaların aparılması, əsassız göndərişlər (forma 88) əsasında aparılan əlillik təyinatlarının aşkar edilərək ləğv olunması işləri davam etdirilir.
Nazirlikdən verilən məlumata görə, 2016-2018-ci illər üzrə hərbi səbəblərlə, xüsusilə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin olunanların sayının nisbətən çoxluğu şübhə doğurduğundan müvafiq araşdırmalar aparılıb.
Qanunvericiliyə uyğun olaraq vətəndaşların əlilliyi dövlət səhiyyə müəssisələri tərəfindən rəsmiləşdirilərək elektron formada nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsisteminə ötürülən göndərişlər əsasında qiymətləndirilir. Göndəriş rəsmiləşdirilərkən Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən edilməsi üçün müvafiq hərbi-həkim komissiyasının verdiyi şəhadətnamə və qərar əsas götürülür.
Səhiyyə Nazirliyi ilə birgə aparılan ilkin araşdırma zamanı bəzi hallarda vətəndaşlar tərəfindən səhiyyə müəssisələrinə təqdim olunmuş qərar və şəhadətnamələrin tarixlərinə görə qeydiyyat nömrələrində uyğunsuzluqlar olduğu müəyyən edilib. Bu baxımdan həmin şəhadətnamə və qərarların hərbi-həkim komissiyalarında olan ilkin sənədlərə uyğunluğu şübhə yaradıb. Təqdim edilmiş siyahı və hərbi-həkim komissiyaları tərəfindən verilmiş şəhadətnamə, arayış, akt və qərarların surətləri araşdırılmaqla, təkrar yoxlanılmaq üçün aidiyyəti üzrə hərbi-həkim komissiyaları fəaliyyət göstərən aidiyyəti orqanlara göndərilib.
Aidiyyəti qurumlar tərəfindən təqdim edilmiş materialların araşdırılması nəticəsində müəyyən olunub ki, 36 nəfərin əlillik təyinatının səbəb əlaqəsi əslində olduğundan fərqlidır. Eyni zamanda, 16 nəfər üzrə əlillik səbəbini təsdiq edən sənəd hərbi-həkim komissiyalarında olan ilkin sənədlərdə aşkar olunmayıb, 9 nəfərin əlillik səbəbini təsdiq edən sənədin mətni saxtalaşdırılıb.
Göstərilənlərlə əlaqədar əsassız olaraq hərbi səbəblərlə əlaqədar aparılmış əlillik təyinatları ləğv edilib və həmin təyinatlar üzrə artıq ödənilmiş vəsaitin bərpası, eyni zamanda müvafiq şəxslərin əlillik müayinələrinin etibarsız edilməsi və düzgün səbəb əlaqəsi ilə daxil edilməsi işləri aparılır, eləcə də saxtakarlıq faktlarına hüquqi qiymətin verilməsi məqsədilə materiallar Azərbaycan Prokurorluğuna təqdim edilib.
Bugün, 15:29
Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
Bugün, 15:09
Rusiya Krivoy Roqa hücum edib: ölən və yaralananlar var
Bugün, 14:39
Şıxlinski və oğlu barədə yekun qərar verildi
Bugün, 14:17
Bakı Zooparkı ləğv edilir
Bugün, 12:38
Prezidentlərin Şuşa gəzintisi möhkəm dostluq bağlarının bariz ifadəsidir
Bugün, 11:46
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər
Bugün, 10:49
Sədr: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
Bugün, 10:18
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Bugün, 09:35
Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
Bugün, 08:58
BİZİM TƏQVİM:23 iyunda baş vermiş tarixi hadisələr
Dün, 18:29
Azərbaycan vətəndaşları Gürcüstanda daimi yaşayan əcnəbilərin ilk beşliyindədir
Dün, 18:01
ADSEA: Su təchizatı ilə bağlı tənzimləmə işləri yekunlaşmaq üzrədir
Dün, 17:35
Məsrur Bərzani Prezident İlham Əliyevə təbrik ünvanlayıb
Dün, 17:11
Dövlət başçısı: Azərbaycan-Türkmənistan münasibətləri möhkəm təməl üzərində qurulub
Dün, 15:45
Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb
Dün, 15:17
Sahibə Qafarova İordaniya Nümayəndələr Palatasının sədri ilə görüşüb
Dün, 14:40
Ukrayna Voronejdə "İskəndər" və "Kalibr"in hissələrini istehsal edən zavoda hücum edib - YENİLƏNİB
Dün, 12:52
Milli Məclisin sədri Əli Xameneinin vida mərasimində iştirak edəcək
Dün, 12:04
“Bunun sonu pis olacaq” - Zelenski
Dün, 11:35
Sabah Cəlilabadın üç kəndində qaz olmayacaq
Dün, 11:01
Ağcabədi Pedaqoji Kollecində yeni təyinatlar olub
Dün, 10:31
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
Dün, 09:29
İvanovka yolunda ağır qəza - Ölən və yaralananlar var
Dün, 08:55
Bu ərazilərdə işıq olmayacaq
20-06-2026, 15:54
Ağdamda daha bir qrup sakin üçün peşə hazırlığı kursu başlayıb
20-06-2026, 15:30
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb
20-06-2026, 14:57
İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb