Bu şəxslər daha tez pensiyaya çıxacaq - DETALLAR

"Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” qanunda dəyişiklikləri təsdiq edib. Qanuna edilən dəyişiklik pensiyaya əlçatanlığın daha da artırılması baxımdan vacib hesab olunur".
Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, dəyişikliyə görə, beş və daha çox uşaq dünyaya gətirən analar ilə yanaşı uşaqları övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınlar da 5 il daha tez pensiyaya çıxa biləcəklər.
"Digər tərəfdən, ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud uşağını növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən atalar da tez pensiyaya çıxmaq hüququ əldə edəcəklər. Bu o deməkdir ki, yeni dəyişikliklər ilə daha tez pensiyaya çıxma kateqoriyası genişləndirilir. Digər dəyişikliklərə əsasən, iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyas almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə ən azı 12 il 6 ay çalışmış kişilər və azı 10 il çalışmış qadınlar da 5 il daha tez pensiyaya çıxmaq hüququ qazancaqlar. Pensiyaya tez çıxmaq hüququ digər bir sıra şəxslər ilə müqayisədə də dəyişir. Belə ki, hipovizqanizm xəstəliyinə tutulan şəxslərin (liliputların) və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin azı 5 il sığorta stajı olduqda 20 il daha tez pensiyaya çıxa biləcəklər.
Eyni zamanda, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışanların həmin işlər üzrə azı 25 il, səhhətinə görə uçuş işindən azad olunmuş şəxsərin isə həmin işlər üzrə azı 20 il sığorta stajı olduqda pensiyaya çıxma yaşı həddi 15 il azaldılacaq".
Deputat qeyd edib ki, vacib dəyişikliklərdən biri də ailə üzvlərinin birinin dünyasının dəyişməsinə görə pensiyaların hesablanması qaydası ilə bağlıdır:
"Ailə üzvlərindən biri, ailə başçısının qulluq stajına görə əlavə təyin olunmuş yoldaşı və övladları istisna olmaqla, öz seçimi ilə digər növ əmək pensiyasını, yaxud ailə başçısını itirməyə görə müavinət istisna olmaqla sosial müavinəti aldıqda ona ailə başçısının itirilməsinə görə düşən əmək pensiyasının məbləği bu hüququ olan digər ailə üzvləri arasında bölüşdürülməklə onların əmək pensiyasının məbləği yenidən hesablanır. Bu isə həmin şəxslərin əmək pensiyalarının yenidən hesablanması yolu ilə artmasına səbəb olacaq. Eyni zamanda, vəfat etmiş ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamış pensiya kapitalı ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınacaq.
Bu dəyişikliyin mahiyyəti bundan ibarətdir ki, əvvəlki qanunvericiliyə əsasən, yaşa, yaxud əlilliyə görə pensiya alan şəxs ailə başçısını itirdikdə və ailə başçısını itirməyə görə də pensiya hüququ yarandıqda öz pensiyasını seçirsə, ona hesablanan pensiya məbləği digər ailə üzvləri arasında bölüşdürülmür. Təsdiq edilən dəyişikliklərə əsasən, ailə başçısını itirməyə görə pensiya hüququ olan şəxs digər növ əmək pensiyasını və ya sosial müavinəti seçdikdə, ona hesablanan pensiya məbləği belə hüququ olan digər ailə üzvləri arasında bölüşdürüləcək və bu da onların gəlirlərinin artmasına səbəb olacaq".
Milli Məclisin üzvü əlavə edib ki, dəyişikliklərə əsasən, pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ var:
"Bu zaman, əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu barədə ərizənin və tələb olunan sənədlərin təqdim edildiyi tarixdən, şəhid ailəsi üzvləri üçün isə ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır. Bu o deməkdir ki, yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçmək istsina olmaqla digər bütün növ əmək pensiyalarına keçmək mümkündür".
Bugün, 18:54
Azərbaycan–Qırğızıstan müttəfiqliyi və ŞƏT platformasında yeni imkanlar - ŞƏRH
Bugün, 18:13
Magistraturaya boş qalan plan yerlərinin nəticələri elan olunub
Bugün, 16:55
Hakan Fidan: Rusiya və Ukrayna ilə "Taxıl sazişi"nə oxşar layihə üzrə danışıqlar davam edir
Bugün, 16:25
İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü keçirilib - YENİLƏNİB
Bugün, 15:50
Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar
Bugün, 15:12
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib
Bugün, 14:37
Ukrayna Rusiyanın S-400 radiolokasiya stansiyasına və komanda-qərargah maşınına zərbə endirib
Bugün, 14:16
İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib
Bugün, 13:52
Əli Əsədov Oljas Bektenovu təbrik edib
Bugün, 13:16
Bişkekdə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüş olacaq
Bugün, 12:55
Azərbaycanlı jurnalistlər Qüdsün Köhnə şəhərini ziyarət ediblər
Bugün, 12:06
İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gəlib
Bugün, 11:42
Sentyabrda yağıntının miqdarı iqlim normasına yaxın olacaq - AYLIQ PROQNOZ
Bugün, 10:53
İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verib
Bugün, 10:29
Xaçmazda avtomobil ağaca çırpılıb, ölən və xəsarət alanlar var
Bugün, 09:44
Azərbaycan Premyer Liqasında III tura iki oyunla yekun vurulacaq
Bugün, 09:05
Nepalda sel fəlakətində ölənlərin sayı 804-ə çatıb
29-08-2026, 17:21
Nepalda daşqın nəticəsində ölənlərin sayı 668-ə çatıb - YENİLƏNİB
29-08-2026, 15:28
Rusiya Donetsk və Sumı regionlarında bəzi yerləri ələ keçirib
29-08-2026, 14:47
Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib
29-08-2026, 13:35
Sabah Bakıya və rayonlara yağış yağacaq
29-08-2026, 12:58
İlham Əliyev Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib
29-08-2026, 12:36
Ukrayna ordusunun Rusiyaya hücumlarında 4 nəfər ölüb, xəsarət alanlar var
29-08-2026, 12:00
SEPAH: ABŞ-ın Hörmüz boğazı ilə bağlı açıqlamaları açıq-aşkar yalandır
29-08-2026, 11:17
AAYDA vətəndaşlara müraciət edib
29-08-2026, 10:08
Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra ölüb
29-08-2026, 09:43
"Fars": İran Hörmüz boğazına alternativ olaraq Xəzər dənizini nəzərdən keçirir