Köçkünlər yaşadıqları binadan məcburən çıxarılır - YENİLƏNİB
Cari ilin fevral ayında Abşeron rayonu, Xırdalan qəsəbəsində köhnə statistika deyilən ərazidə məskunlaşan məcburi köçkünlərin binadan çıxmalarının tələb edildiyinə dair məlumat vermişdik.
"Unikal"ın məlumatına görə, hazırda Ədliyyə Nazirliyinin və Daxili İşlər Nazirliyinin əməkdaşları həmin ərazidədir.
Onlar sakinlərin binadan çıxmalarını tələb edirlər.
***
23 fevral, saat 13:06
1993-cü ildə Qubadlı rayonu işğal olunduqdan sonra məcburi köçkün düşən Mübariz Yaqubov problemlə üzləşib.
O, bu barədə "Unikal"a şikayət ünvanlayıb. M.Yaqubov şikayətində bildirib ki, rayonun işğalından sonra Abşeron rayonu, Xırdalan qəsəbəsində köhnə statistika deyilən ərazidə məskunlaşdıqları binadan çıxmaları tələb olunur:
"Bizdən başqa bu binada 23-ə yaxın ailə yaşayırdı. Bir neçə il əvvəl ailələrdən bəziləri "Stansiya Sumqayıt" ərazisində məcburi köçkünlər üçün tikilən evlərə köçürüldülər. Biz bir neçə ailə isə müəyyən səbəblərdən köçmədik. Belə ki, ailə sayı çox idi, kiçik mənzil verilirdi, bu səbəbdən qaldıq. Neçə illərdir hazırda yaşadığımız yerdə özümüzə həyat qurmuşuq. Özümüzün, övladlarımızın iş yeri, nəvələrimizin təhsil aldığı yerlər buradadır".
Onun sözlərinə görə, yaşadıqları yeri “SAS 2015” MTK şirkəti alıb və orada məskunlaşan ailələrdən həmin yeri tərk etməyi tələb edir:
"Mübariz Yaqubov onu da bildirdi ki, “bizi Xırdalan ərazisində evlə təmin etsinlər. Digər şirkətlər belə tikinti aparanda ailələri evlə təmin edir. Torpaqlarımız işğal edildikdən sonra bu yerə pənah gətirmişik və bu illər ərzində həyatımızı burada qurmuşuq. Onların diqqətinə çatdırdıq ki, əgər bizi yerləşdirmirsizsə, gözləyin, işğaldan azad olunmuş ərazilərdəki evlərimiz tikilsin, oraya qayıdacağıq. Şirkət Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə danışıb. Komitə isə bizə uzaq ərazilərdə evlər təklif edir. Məsələn, Qobuda ev təklif edilir. Bu isə bizə uyğun deyil. O baxımdan ki, bütün ailə üzvlərimiz bu ərazidə işləyir, nəvələrimiz bağçaya, məktəbə gedir. Gərək aldığımız əmək haqqını da ancaq yol puluna verək. Bizim tələbimiz odur ki, həmin ərazidə evlə təmin olunaq. Əgər etmirlərsə, gözləsinlər, işğaldan azad olunan ərazilərdə evlərimiz tikildikdən sonra oraya köçərik. 30 ildə yaşadığımız yerdə bütün həyat şəraitini özümüz qurmuşuq. Bütün kommunal xətləri özümüz çəkdirmişik. Hazırda yaşadığımız binada olan ailələrin hamısı da bunu deyir. Ailələr işğaldan azad edilmiş müxtəlif rayonlardandır. Hər bir ailə həmin ərazilərdə evləri bərpa edildikdən sonra qayıdacaq".
Şikayətçi qeyd edib ki, Əmlak Məsələləri Dövlət Xidməti həmin yeri satışa çıxaranda onların məlumatı olmayıb:
"Bizim də həmin yerin satışa çıxarılması barədə məlumatımız olmalı idi. Çünki biz həmin yerdə məskunlaşmışıq. Adıçəkilən şirkət bizi məhkəməyə verib. Məhkəmədə də xidmətin sənədinə uyğun olaraq onların xeyrinə qərar çıxarılıb. Apelyasiya şikayəti verdik. Orada da əvvəlki qərar qüvvədə saxlanıldı. İndi də Ali Məhkəməyə müraciət edəcəyik. Həmçinin, şirkət bizi Zəngilan Rayon Məhkəməsinə də verib. Şirkət tələb edir ki, məcburi köçkünlər onlara təzminat ödəsin. Sabah həmin məhkəmə prosesi keçiriləcək".
M.Yaqubov onu da vurğulayıb ki, o yenidən köçkünlük həyatı yaşamaq istəmir: "Belə ki, bir də indi yaşadığımız yerdən başqa əraziyə köçmək istəmirik. Rayonumuz işğaldan azad olunub. Evlər hazır olduqdan sonra köçüb orada yaşayacağıq. Ona görə də şirkətin yaşadığımız ərazidə bizi evlə təmin etməsini istəyirik".
Bugün, 09:09
ABŞ-İran qarşıdurması "Qara qızıl"ı bahalaşdırıb
Dün, 18:19
DTX tərəfindən saxlanılan Saleh Səmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib
Dün, 17:29
Nazir müavini: Təhlükə məişət mühiti ilə məhdudlaşmır, virtual məkan da ciddi risk mühitinə çevrilib
Dün, 15:55
Sosial şəbəkədə yaş qadağasının yoxlanılması qaydası açıqlanıb
Dün, 15:27
Azərbaycan və Yaponiya energetika sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Dün, 14:40
Azərbaycanın şito-ryu karate yığması Avropa çempionatında 8 medal qazanıb
Dün, 14:20
Fransanın ikiüzlü siyasəti - Başqasına azadlıq dərsi keçən Parisin kolonializm ambisiyaları - ŞƏRH
Dün, 12:31
İranda 20 min nəfər susuz qalıb
Dün, 12:05
Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələrində vahid buraxılış imtahanlarına start verilib
Dün, 10:59
Rusiya Ukraynanın üç vilayətinə zərbələr endirib, ölənlər və yaralananlar var
Dün, 10:11
Dövlət qurumları üçün xidməti parklanma yerlərinin siyahısı və ünvanları təsdiqlənib
Dün, 09:34
Xəzər dənizində zəlzələ olub
Dün, 09:12
BİZİM TƏQVİM:10 iyunda baş vermiş tarixi hadisələr
9-06-2026, 17:53
Pensiya və maaşları istənilən bankdan almaq mümkün olacaq
9-06-2026, 16:45
Parlamentin növbədənkənar sessiyası çərçivəsində növbəti iclasın tarixi və gündəliyi məlum olub
9-06-2026, 15:31
Qaradağ İH-də keçirilən əməliyyatda saxlanılan rəis müavininin məhkəməsi başlayıb
9-06-2026, 12:40
Milli Məclisdə kənd təsərrüfatı ilə bağlı dinləmə keçiriləcək
9-06-2026, 11:58
Elm və təhsil naziri TDT-nin Baş katibi ilə görüşüb
9-06-2026, 11:19
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 18 vaqon gübrə və antrasit göndəriləcək
9-06-2026, 10:44
XİN Ukrayna və Yaxın Şərqdə davam edən silahlı münaqişələrlə bağlı Azərbaycan vətəndaşlarına çağırış edib - BƏYANAT
9-06-2026, 09:59
Kobaxidze: Gürcüstanla Azərbaycan arasında misli görünməmiş sıx əlaqələr var
9-06-2026, 09:28
Azərbaycan millisi bu gün San Marino ilə qarşılaşacaq
9-06-2026, 09:02
NYT: Hörmüz boğazı ərazisində ABŞ-nin "Apache" zərbə helikopteri qəzaya uğrayıb
8-06-2026, 18:33
Hacıqabuldakı yanğın söndürülüb
8-06-2026, 17:59
İranda bütün uçuşlar müvafiq bildirişədək ləğv olunub
8-06-2026, 17:28
Bəzi rayonlarda dolu düşəcək, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ
8-06-2026, 16:57
Ceyhun Bayramov Hakan Fidan və Maka Boçorişvilini Ermənistanla sülh prosesi barədə məlumatlandırıb
