Beynəlxalq logistika daxili Azərbaycan qaydaları ilə işləyə bilməz - İNCƏLƏMƏ...
Gündəm / Dünya
Oxunub: 0
1 Ağu 2022 | 08:51
Beynəlxalq logistika daxili Azərbaycan qaydaları ilə işləyə bilməz - İNCƏLƏMƏ...


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “TV 100”-ə müsahibəsində deyib ki, Azərbaycan İslam Səkkizliyinə (D-8) üzv olmaq üçün müraciət edib. D-8 təşkilatı haqqında yəqin ki, az adam eşidib. Bu, səkkiz inkişaf etməkdə olan İslam ölkəsi üçün iqtisadi əməkdaşlıq təşkilatıdır. 1997-ci ildə təşkilatın yaradılmasının başlanğıcında Türkiyənin o dövrkü Baş naziri Nəcməddin Ərbakan dayanırdı.

Məhz onun təşəbbüsü ilə 1997-ci il iyunun 15-də dövlət və hökumət başçılarının zirvə görüşündə, inkişaf etməkdə olan İslam dövlətlərinin dialoqunda yeni səhifə açan İstanbul Bəyannaməsi qəbul edildi. Bu gün üzv ölkələrin əhalisinin sayı 1,2 milyard nəfər olan yeni təşkilatın məqsədi bu təşkilata daxil olan ölkələrin rifahını yaxşılaşdırmaq olub.

İslam Səkkizliyinin üzvləri bunlardır: Türkiyə, Nigeriya, Misir, Pakistan, İndoneziya, İran, Malayziya və Banqladeş.

D-8-in məqsədləri arasında qlobal iqtisadiyyatda üzv ölkələrin mövqelərinin yaxşılaşdırılması, kommersiya münasibətlərində yeni imkanların müəyyənləşdirilməsi, beynəlxalq səviyyədə qərarların qəbulu proseslərində iştirakın artırılması və əhalinin həyat səviyyəsinin yüksəldilməsi ön plana çıxır. D-8 həm də üzv ölkələrin digər beynəlxalq və regional təşkilatlar çərçivəsində ikitərəfli və ya çoxtərəfli öhdəliklərinə mənfi təsir göstərməyən bir forumdur.

Mərhum Baş nazir Ərbakan D-8-in yaradılmasının 12-ci ildönümündə bəyan etmişdi: “Zorakılığın hökm sürdüyü indiki nizamın əvəzinə yeni ədalətli dünya nizamı yaratmaq lazımdır. D-8 yeni xoşbəxtlik və ədalətli nizam dünyasının yaradılması istiqamətində bir addımdır”.

İslam Səkkizliyinə daxil olan ölkələr təşkilat yarandığı gündən müxtəlif regional və qlobal məsələlərdə əməkdaşlıq edir. D-8 həmçinin BMT-də müşahidəçi statusuna malikdir, BMT-nin Ticarət və İnkişaf Konfransı, İslam İnkişaf Bankı və bir sıra digər təşkilatlarla əməkdaşlıq edir.

İndi dünyanın bir çox ölkələri qlobal iqtisadi və siyasi təşkilatlar ətrafında əməkdaşlıq və birləşmə axtarışındadır. Bu gün “dünya dəyişir” ifadəsi sadəcə söz deyil, indi içində olduğumuz reallıqdır.

Yeni dünya müxtəlif ağırlıq mərkəzləri olan mərkəzləşdirilməmiş çoxqütblü dünyadır. Bu, hələ formalaşma mərhələsində olan müasir siyasətin qlobal tendensiyasıdır və burada tarixin kənarında qalmamaq, qlobal proseslərlə ayaqlaşmaq vacibdir.

İran, Misir, Səudiyyə Ərəbistanı və Qazaxıstan kimi ölkələr BRICS-ə (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası - Brazil, Russia, India, China, South Africa) üzvlük üçün müraciət etməyə hazırlaşır. Digər məsələ ondan ibarətdir ki, bu təşkilat canlı struktur kimi özünü göstərmir. Rusiyanın Ukraynadakı müharibəsini, Rusiyanın beynəlxalq təcridini və iqtisadi sanksiyalarını nəzərə alsaq, bütün bu faktorlar bu strukturu toksik edir.

Lakin reallıq ondan ibarətdir ki, ABŞ-ın Rusiya, İran kimi ölkələrə, perspektivdə isə Çinə qarşı sanksiyaları bu ölkələri bir maliyyə və siyasi müstəvidən çıxararaq alternativ müstəviyə aparır. Proses mürəkkəbdir, lakin bu ölkələr razılaşıb klonlaşdırılmış maliyyə və siyasi alternativ sistemin yaradılmasına nail ola bilsələr, bu, öz qanunları və qaydaları olan iki paralel dünyanın olacağı deməkdir.

D-8 mərhum Nəcməddin Ərbakanın meydan oxuduğu mövcud dünya nizamına “İslam paralelidir”. Bunun müqabilində əslində onu devirdilər, lakin gələcəyə dərindən baxaraq qoyduğu paradiqmanı heç kim dəyişə bilmədi. Üstəlik, Rəcəb Tayyib Ərdoğan bu kursu davam etdirdi. Ona görə də bu gün D-8 daha aydın konturlu və ciddi forma almağa başlayır.

Azərbaycan nə iqtisadiyyatının strukturuna, nə də əhalisinə görə D-8 ölkələri ilə ayaqlaşa bilər. Lakin bu, o demək deyil ki, Azərbaycan bu təşkilatda əsas oyunçulardan birinə çevrilə bilməz. Məsələ təklifin və rəqabətin iqtisadi gücüdür.

Azərbaycanın okeanlara çıxışı yoxdur, lakin Azərbaycan hökuməti ölkəni müxtəlif regionları birləşdirən quru nəqliyyat qovşağına çevirməklə bu coğrafi əlverişsizliyi kompensasiya etməyə çalışır. Ancaq burada da hər şey o qədər də sadə deyil. Beynəlxalq logistika daxili Azərbaycan qaydaları ilə işləyə bilməz. Beynəlxalq logistika Azərbaycanın hələ tam qəbul etmədiyi beynəlxalq hüquqi baza əsasında işləyir.

Məsələn, hazırda Azərbaycan bir tərəfdən Cənubi Qafqaz regionunda ən bahalı tranzit ölkədir, digər tərəfdən isə tranzit yüklərin yoxlanılması prosesi çox mürəkkəbdir ki, bu da prosesi çətinləşdirir, həm də vaxt intervallarını artırır. Ona görə də Azərbaycan mövcud qaydaları dəyişməli olacaq.

Ola bilsin ki, gömrük orqanlarında struktur islahatları aparılsın və tranzit marşrutları ilə bağlı ayrıca qanunlar, qaydalar qəbul edilsin. Ona görə də Azərbaycan o biri D-8 ölkələri ilə müqayisədə nisbətən azsaylı əhaliyə və iqtisadi gücə malik ölkə olsa da, hazırda aktiv şəkildə müxtəlif geoiqtisadi konfiqurasiyalarda öz yerini tapmağa çalışır. //ayna//
Bugün, 15:27
Sepah zəifləyərsə, İran güclənər - ABŞ-İslam Respublikası savaşı bitər - ŞƏRH
Bugün, 14:44
Kamran Əliyev İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru ilə görüşüb
Bugün, 13:34
Rusiyanın Dneprə raket hücumu nəticəsində 4 nəfər ölüb
Bugün, 12:56
Autizmli uşaqlar Azərbaycan millisinin təlim-məşq düşərgəsini ziyarət ediblər
Bugün, 12:07
Azərbaycanda ərzaqlıq buğdanın dövlət tədarük qiyməti müəyyən edilib
Bugün, 11:36
Ərdoğan: I Türkoloji Qurultayın 100 illik yubileyinin Bakıda qeyd olunması təsadüfi deyil
Bugün, 10:42
Rəsmi Bakıdan İsrailə çağırış - “Bu qərar ciddi narahatlıq doğurur”
Bugün, 10:05
Süleyman Rüstəmin yeganə övladı vəfat etdi
Bugün, 09:24
Binəqədi rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq
Bugün, 08:52
Günün qoroskopu: İnsanlar sizin enerjinizdən təsirlənəcək
27-06-2026, 16:19
London və Tehran razılığa gəldi
27-06-2026, 15:38
İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib
27-06-2026, 15:04
Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb
27-06-2026, 14:41
Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib
27-06-2026, 11:59
İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib
27-06-2026, 11:28
Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər
27-06-2026, 10:59
Azərbaycan neftinin qiyməti 74 dollara düşüb
27-06-2026, 09:54
Ukrayna Volqoqradda "Titan-Barrikadı" zavoduna zərbə endirib
26-06-2026, 12:35
Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək
26-06-2026, 11:23
Venesuela Səhiyyə Nazirliyi: Zəlzələlər nəticəsində 235 nəfər ölüb, 4,3 min nəfər xəsarət alıb
26-06-2026, 10:48
ABŞ yığması DÇ-2026-da tarixi qol rekordunu yeniləyib
26-06-2026, 09:41
Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26-06-2026, 09:16
Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
26-06-2026, 08:58
Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür
25-06-2026, 17:45
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
25-06-2026, 17:14
Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib
25-06-2026, 16:45
İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib