İlahiyyatçı Taleh Bağırzadənin xanımı ilə bağlı qalmaqal – Rəsmi açıqlama
Gündəm / Sosial
Oxunub: 749
22 Mrt 2019 | 16:06
İlahiyyatçı Taleh Bağırzadənin xanımı ilə bağlı qalmaqal – Rəsmi açıqlama

Penitensiar Xidmət Qobustan həbsxanasında cəza çəkən ilahiyyatçı Taleh Bağırovzadənin (Bağırov) həyat yoldaşı Leyla İsmayılzadə barədə məlumat yayıb.
Məlumatda deyilir ki, L.İsmayılzadə martın 21-də üç övladı ilə birlikdə həbsxanaya həyat yoldaşının yanına gedərkən uşaq oyuncaqlarının arasından mobil telefon və danışıq kartı aşkarlanıb: "Hazırda Penitensiar xidmətin Həbsxanasında cəza çəkən məhkum Bağırov Taleh Kamil oğlunun yanına üç azyaşlı övladları ilə birgə qısamüddətli görüşə gəlmiş arvadı Bakı şəhər sakini İsmayılzadə Leyla Miryaqub qızı tərəfindən gətirilmiş sovqata və əşyalarına baxış keçirilən zaman uşaq çantasının içində oyuncaqların arasından 1 ədəd "Samsung” markalı mobil telefon və bir ədəd danışıq kartı aşkar edilmişdir”.

HəbsxanaPenitensiar Xidmətdən bildirilib ki, bununla əlaqədar araşdırmalar aparılır.

Məlumatı dəqiqləşdirmək üçün L.İsmayılzadənin özü ilə əlaqə saxlamaq mümkün olmayıb. Ailə üzvləri Bizimyol.info-ya bildiriblər ki, o, həyat yoldaşı ilə qısamüddətli yox, uzunmüddətli görüşə gedib və hələ də övladları ilə birlikdə həbsxanadadır. Bu səbəbdən onun telefonu qapalıdır.
T.Bağırova aparılan sovqat və əşyaların arasından mobil telefon tapılmasına gəlincə, yaxınları bunu L.İsmayılzadənin telefon keçirmək cəhdi kimi qiymətləndirilməsini düzgün saymır.

"Üçgünlük görüşə gedəndə Talehin kiçik oğlu Abbasın oyuncaqlarını da aparırlar ki, bu müddətdə orada oynaya bilsin. O telefon da uşağın babasının köhnə telefonudur. Ondan oyun oynamaq, yəni oyuncaq kimi istifadə edirdi. Atırdı o biri oyuncaqlarının arasına. Penitensiar Xidmətin məlumatında da yazılıb ki, uşağın oyuncaq çantasında olub. Uşaqdı atıb, Leyla da fikir verməyib. Leyla İsmayılzadə bilərəkdən heç vaxt belə səhv eləməz. Birincisi, özü istəməz, ikincisi də bilir ki, Talehin yanına gələnləri necə yoxlayırlar”,- deyə T.Bağırovun ailə üzvləri Bizimyol.info-ya bildiriblər.
T.Bağırov 2015-ci il noyabrın 26-da Nardaranda ikisi polis, dördü yerli sakin olmaqla, altı nəfərin öldüyü əməliyyat zamanı həbs olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsində daha 17 nəfərlə birlikdə mühakimə edilib və qəsdən adam öldürmə, dövlət çevrilişinə cəhd, terrora çağırış və s. ittihamlarla təqsirli bilinərək, 20 il azadlıqdan məhrum olunub. Lakin o, özünü təqsirli bilmir.
Bugün, 11:46
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər
Bugün, 10:49
Sədr: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
Bugün, 10:18
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Bugün, 09:35
Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
Bugün, 08:58
BİZİM TƏQVİM:23 iyunda baş vermiş tarixi hadisələr
Dün, 18:29
Azərbaycan vətəndaşları Gürcüstanda daimi yaşayan əcnəbilərin ilk beşliyindədir
Dün, 18:01
ADSEA: Su təchizatı ilə bağlı tənzimləmə işləri yekunlaşmaq üzrədir
Dün, 17:35
Məsrur Bərzani Prezident İlham Əliyevə təbrik ünvanlayıb
Dün, 17:11
Dövlət başçısı: Azərbaycan-Türkmənistan münasibətləri möhkəm təməl üzərində qurulub
Dün, 15:45
Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb
Dün, 15:17
Sahibə Qafarova İordaniya Nümayəndələr Palatasının sədri ilə görüşüb
Dün, 14:40
Ukrayna Voronejdə "İskəndər" və "Kalibr"in hissələrini istehsal edən zavoda hücum edib - YENİLƏNİB
Dün, 12:52
Milli Məclisin sədri Əli Xameneinin vida mərasimində iştirak edəcək
Dün, 12:04
“Bunun sonu pis olacaq” - Zelenski
Dün, 11:35
Sabah Cəlilabadın üç kəndində qaz olmayacaq
Dün, 11:01
Ağcabədi Pedaqoji Kollecində yeni təyinatlar olub
Dün, 10:31
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
Dün, 09:29
İvanovka yolunda ağır qəza - Ölən və yaralananlar var
Dün, 08:55
Bu ərazilərdə işıq olmayacaq
20-06-2026, 15:54
Ağdamda daha bir qrup sakin üçün peşə hazırlığı kursu başlayıb
20-06-2026, 15:30
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb
20-06-2026, 14:57
İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb
20-06-2026, 14:23
Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur”
20-06-2026, 12:10
Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək
20-06-2026, 11:10
Özünü prokurorluq əməkdaşı kimi qələmə verən şəxs həbs olunub
20-06-2026, 10:39
İsrail Livanın cənubuna zərbələr endirməyə davam edir, azı 5 nəfər ölüb
20-06-2026, 10:08
Hidayət Heydərov "Böyük Dəbilqə" turnirində tatamiyə çıxmayıb