“Atamı damda, anamı isə ağacın altında öldürdüm” - Azərbaycanı silkələyən dəhşətli qətl

Gədəbəy rayonunda anasını və atasını öldürməkdə təqsirli bilinən Şöhrət Məsimovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
"Ölkə.Az" xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi aprel ayının 2-nə təyin olunub.
İttihama görə, 2017-ci il sentyabrın 21-də Gədəbəy rayonunun Qurudərə kəndində yaşayan Şöhrət Məsimov evində ailə-məişət münaqişəsi zəminində atası Mikayılı və anası Aynanı bıçaqla qətlə yetirərək hadisə yerini tərk edib.
Hadisəni törədən Şöhrət Məsimov ailəsi ilə birgə Bakı şəhərində yaşayırmış. Bir neçə gün əvvəl kəndə valideynlərini görməyə gəlib. Sentyabrın 21-də 1931-ci il təvəllüdlü atası Mikayıl Məsimov və 1938-ci il təvəllüdlü anası Ayna Məsimovanı qətlə yetirib və qaçıb.
Həmin vaxt onun qardaşının yoldaşı və iki uşağı evdə olub, onlar bağda olduqları üçün hadisəni görməyiblər. Kişinin meyiti evdə kürəyindən bıçaqlanmış halda, qadının meyiti isə həyətdə alma ağacının altında aşkarlanıb.
Hadisə ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib. Deyilənən görə, Şöhrət Məsimov spirtli içki düşkünü olub.
Hadisədən bir neçə gün sonra cinayəti törədən Şöhrət Məsimov həbs edilib.
İstintaq orqanı tərəfindən Şöhrət Məsimovun barəsində 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 186.2.2-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.
İstintaqa ifadə verən Şöhrət Məsimov törətdiyi cinayəti etiraf edib və əməlindən peşman olduğunu deyib.
Şöhrət Məsimov bildirib ki, hadisə baş verən günə kimi valideynləri arasında heç bir mübahisəsi olmayıb.
Bakı şəhərində yaşadığını deyən Şöhrət Məsimov əlavə edib ki, sentyabrın 21-də kəndə qonaq gəlibmiş. Atası ilə mübahisə pul və mülk üstündə yaranıb:
"Atamı həyətdəki dama apardım və orada bir neçə yerındən bıçaqladım. Atamın öldüyünə əmin olandan sonra anamın səsi gəldi. Sonra düşündüm ki, anam bunu görüb. Hadisənin ört-basdır olunması üçün anamı da öldürmək qərarına gəldim. Axtaranda anamı həyətdəki iri ağacın arxasında tapdım. Elə oradaca anamı da bıçaqladım. Onun da öldüyünü biləndə hadisə yerindən qaçdım”.
Bugün, 11:46
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər
Bugün, 10:49
Sədr: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
Bugün, 10:18
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Bugün, 09:35
Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
Bugün, 08:58
BİZİM TƏQVİM:23 iyunda baş vermiş tarixi hadisələr
Dün, 18:29
Azərbaycan vətəndaşları Gürcüstanda daimi yaşayan əcnəbilərin ilk beşliyindədir
Dün, 18:01
ADSEA: Su təchizatı ilə bağlı tənzimləmə işləri yekunlaşmaq üzrədir
Dün, 17:35
Məsrur Bərzani Prezident İlham Əliyevə təbrik ünvanlayıb
Dün, 17:11
Dövlət başçısı: Azərbaycan-Türkmənistan münasibətləri möhkəm təməl üzərində qurulub
Dün, 15:45
Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb
Dün, 15:17
Sahibə Qafarova İordaniya Nümayəndələr Palatasının sədri ilə görüşüb
Dün, 14:40
Ukrayna Voronejdə "İskəndər" və "Kalibr"in hissələrini istehsal edən zavoda hücum edib - YENİLƏNİB
Dün, 12:52
Milli Məclisin sədri Əli Xameneinin vida mərasimində iştirak edəcək
Dün, 12:04
“Bunun sonu pis olacaq” - Zelenski
Dün, 11:35
Sabah Cəlilabadın üç kəndində qaz olmayacaq
Dün, 11:01
Ağcabədi Pedaqoji Kollecində yeni təyinatlar olub
Dün, 10:31
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
Dün, 09:29
İvanovka yolunda ağır qəza - Ölən və yaralananlar var
Dün, 08:55
Bu ərazilərdə işıq olmayacaq
20-06-2026, 15:54
Ağdamda daha bir qrup sakin üçün peşə hazırlığı kursu başlayıb
20-06-2026, 15:30
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb
20-06-2026, 14:57
İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb
20-06-2026, 14:23
Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur”
20-06-2026, 12:10
Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək
20-06-2026, 11:10
Özünü prokurorluq əməkdaşı kimi qələmə verən şəxs həbs olunub
20-06-2026, 10:39
İsrail Livanın cənubuna zərbələr endirməyə davam edir, azı 5 nəfər ölüb
20-06-2026, 10:08
Hidayət Heydərov "Böyük Dəbilqə" turnirində tatamiyə çıxmayıb