Aqibət Məmmədov: Xalqımızın hüzn və şərəf günü
Gündəm / Cəmiyyət
Oxunub: 0
19 Ock 2023 | 13:00
Aqibət Məmmədov: Xalqımızın hüzn və şərəf günü

Aqibət Məmmədov
"Gəncə Körpü Tikinti-2" ASC-nin Direktorlar Şurasının sədri


Tariximizin hər bir səhifəsi bizin üçün əzizdir, önəmlidir. Günümüzün əsas çağırışlarından biri tariximizin öyrənilməsi və gələcək nəsillərə çatdırılmasıdır. Öyrənilməsi, əsl mahiyyəti ölkə və dünya ictimaiyyətinə çatdırılması vacib olan hadisələrdən biri də 33-cü ildönümünü qeyd etməyə hazırlaşdığımız 20 Yanvar hadisəsidir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib.

20 Yanvar faciəsini nə qədər böyük ağrı hissi ilə xatırlasaq da, xalqımızın azadlıq uğrunda mübarizə əzmini sındırmağın mümkünsüzlüyünü görəndə bundan böyük qürur hissi keçiririk. Həmin gün uzun illər imperiya əsarəti altında yaşayan xalqımız azadlığa qovuşmaq üçün canından belə keçməyə hazır olduğunu bir daha dünyaya nümayiş etdirdi. Azad, müstəqil yaşamaq, Azərbaycan xalqının ən böyük arzusu olub.

20 Yanvar hadisələrindən sonra xalq daha bir gerçəkliyin şahidi oldu. Xalqın mübarizəsini, tökülən qanı siyasi niyyətləri üçün alətə çevirən AXC-Müsavat cütlüyünün iç üzü açılmağa başladı. Belə ki, 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi tələbi ilə dəfələrlə çıxış edən bu cütlük hakimiyyətə gəldikdən sonra bu mövzunu unutdu. Onlar hakimiyyətdə olduğu dövrdə faciəyə siyasi qiymət vermək üçün öz imkanlarından istifadə etmədilər. Dövlət başçısı İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayında bu məsələyə xüsusi diqqət yönəldərək bildirmişdi: “Nə üçün Xalq Cəbhəsi-Müsavat cütlüyü 20 Yanvar faciəsinə siyasi qiymət verməmişdir? Onların bir il vaxtı var idi. Nə üçün? Çünki onların da əli Azərbaycan xalqının qanına batmışdır. Onlar da 20 Yanvar faciəsini ört-basdır etmək istəyirdilər. Yalnız Heydər Əliyev 20 Yanvar faciəsinə siyasi qiymət verdi.”

1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn ümummilli lider Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi.

Bu mühüm məqamları da qeyd edək ki, Ulu Öndərin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə qayıdışından sonra da bu hadisəyə hüquqi- siyasi qiymətin verilməsi əsas çağırışlar sırasında oldu. Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Ümummilli Lider dövrün mürəkkəbliyinə rəğmən, 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu və bunun nəticəsində həqiqətlər üzə çıxdı. Ümummilli Liderin Fərmanı ilə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edilib. Onu da qeyd edək ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün Şəhidlər xiyabanında möhtəşəm abidə kompleksi ucaldıldı. Ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət göstərir.

20 Yanvar faciəsinin təfərrüatlarını hər bir azərbaycanlı bilməlidir və unutmamalıdır. Şəhidlərimizin xatirəsi daim qəlbimizdə yaşayacaq.
Bugün, 15:24
Qazaxıstanın Azərbaycandakı səfirinə yeni diplomatik rütbə verilib
Bugün, 14:54
Rusiya Xerson vilayətinə zərbə endirib, ölən və yaralananlar var
Bugün, 13:11
AAYDA: Bakıda daha iki yol sahəsində təmir işləri aparılır
Bugün, 12:33
KOBİA: Cənubi Qafqaz regionunda vençur kapitala və mələk investisiyalara ehtiyac var
Bugün, 11:41
"Arzum" ləqəbli bloqer məhkəmə zalından həbs edilib
Bugün, 11:00
Azərbaycan Milli Xalça Muzeyində "Zamanın naxışları" moda nümayişi təşkil olunub
Bugün, 10:29
Leyla Əliyeva Yevlaxda məktəb binasının açılışında iştirak edib
Bugün, 09:46
Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini Polis Günü münasibətilə təbrik edib
Bugün, 09:25
Ursula Fon der Lyayenin Azərbaycana səfəri başa çatıb
Bugün, 08:59
İstiqlalın polad dayağı olan Azərbaycan polisi - 108 yaşında
Dün, 17:05
Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir
Dün, 16:34
AMB Özbəkistanda maliyyə sektorunun rəqəmsal transformasiyasını müzakirə edib
Dün, 15:50
Davam edəcək Vaşinqton-Tehran danışıqları: milyardlar hesabına yaranan etimad - ŞƏRH
Dün, 15:18
Azər Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək
Dün, 14:48
"Global Media Group"un altı əməkdaşı MEDİA-nın müsabiqəsində qalib gəlib
Dün, 14:18
AZAL Brüsselə birbaşa uçuşlara başlayır - YENİLƏNİB
Dün, 12:20
Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin olunub
Dün, 11:54
Ukrayna qüvvələri Donetsk və Mariupol arasındakı strateji körpünü sıradan çıxarıb
Dün, 11:17
Nazir: "Azərbaycan Avropa ilə Asiyanı birləşdirən strateji körpü rolunu gücləndirib"
Dün, 10:47
Bakıda boks üzrə İBA Çempionlar Gecəsi keçiriləcək
Dün, 10:03
Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb
Dün, 09:41
Azərbaycan neftinin qiyməti 76 dollardan aşağı düşüb
Dün, 09:13
BİZİM TƏQVİM: 1 iyul tarixində baş vermiş tarixi hadisələr
30-06-2026, 16:20
Bakıda 7 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
30-06-2026, 16:12
Ukrayna dronların alınması üçün Avropa İttifaqından 3,9 milyard avro məbləğində ilk tranşı alıb
30-06-2026, 13:08
Səbinə Əliyeva: Ukraynaya itkin düşən şəxslərlə bağlı dəstək Azərbaycanın humanitar həmrəyliyə əsaslanan siyasətinin təzahürüdür
30-06-2026, 12:45
MM Hesablama Palatasına yeni səlahiyyətlər verilməsini I oxunuşda təsdiqləyib