Manaf Manafov: Azərbaycanı qalibiyyətə aparan gənclik
Manaf Manafov
Nərimanov rayon MKTB-nin rəisi
Yaxın tariximizə ekskurs edərkən görürük ki, hakimiyyətə gəldiyi ilk günlərdən başlayaraq gənclər siyasəti ilə bağlı bir çox fərman və sərəncamlar imzalayan Ulu Öndər Heydər Əliyevin gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə xüsusi önəm verdiyinin şahidi olarıq. Hələ ötən əsrin 70-ci illərində müdrik dövlət xadiminin təşəbbüsü ilə Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin açılması gənc nəsildə vətənpərvərlik hisslərinin oyanmasına, gənclərimizin hərbi peşələrə marağının yüksəlməsinə zəmin yaratmış oldu. Bu gün Silahlı Qüvvələrimizdə qulluq edən neçə-neçə generalımız, yüksək rütbəli zabitlərimiz adı çəkilən hərbi liseyin məzunlarıdır.
Ötən əsrin 90-cı illərinin əvvəllərində dünyada, o cümlədən Azərbaycanda baş verən ictimai-siyasi hadisələr dəyişdikcə, gənclər qarşısında duran problemlər və onların həlli yolları da dəyişməyə başladı. Bütün bunları gözəl bilən ümummilli liderimiz Heydər Əliyev gənc nəslin mütəşəkkil formada yetişməsi üçün 1994-cü il iyulun 26-da Gənclər və idman Nazirliyini yaratdı. Gənclər və idman nazirliyi yaradıldıqdan sonra dövlət gənclər siyasəti sahəsində mühüm işlərin həyata keçirilməsinə başlandı, gənc nəslin mənəvi tərbiyəsi və fiziki inkişafı, onların beynəlxalq qurumlarda iştirakı və gənclər təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi sahəsində lazımi tədbirlər görüldü, bir sıra dövlət proqramları hazırlandı.
Bu siyasətin davamı olaraq 1996-cı il yanvarın 26-da Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanan Sərəncama əsasən, 1996-cı il fevralın 2-də Azərbaycan Respublikası gənclərinin ilk forumunun keçirilməsi qərara alındı. Forum müstəqil Azərbaycan Respublikasının qarşısında duran mühüm vəzifələrin həyata keçirilməsində ölkə gənclərinin hər bir sahədə fəal iştirak etməyə hazır olduğunu nümayiş etdirdi və gənclərlə işin nəzərəçarpacaq dərəcədə canlanmasına səbəb oldu.
1997-ci il fevralın 1-də “Gənclərin Birinci forumu”nun ildönümü münasibətilə gəncləri qəbul edən Heydər Əliyev 2 fevral tarixinin Azərbaycanda gənclər günü elan edilməsi barədə sərəncam imzaladı. Həmin vaxtdan etibarən artıq 26 ildir qeyd etdiyimiz bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başladı. Çox maraqlıdır ki, bu hadisədən təxminən 18 ay sonra - 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəlxalq konfransda hər il avqustun 12-nin dünyada Ümumdünya Gənclər Günü kimi qeyd olunması qərara alındı.
Gənclərə xüsusi diqqət ayıran ölkə rəhbəri Heydər Əliyev 1999-cu ildə keçirilən “Gənclərin İkinci forumu”nda çıxış edərək gənclərə müraciət etdi׃ “Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifə düşür, bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır. Siz müstəqil Azərbaycanın XXI əsrdə yaradanlarısınız, quranlarısınız, inkişaf etdirənlərisiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq.”
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir.
Bu inamı daha da artırmaq məqsədilə Prezident İlham Əliyev 2007-ci ilin “Gənclər ili” elan olunması ilə bağlı sərəncam imzalamışdır. sözügedən mühüm təşəbbüsü gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da yüksəlməsinə səbəb olmuşdur.
Həm Ulu Öndərimiz Heydər Əliyev, həm də onun siyasi varisi, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən daim qayğı ilə əhatə olunan Azərbaycan gəncliyi bu qayğının heç də hədər olmadığını 44 günlük Vətən Müharibəsi zamanı sübut etmiş oldular. Tarixi missiyanı həyata keçirən bizim qəhrəman gənclərimiz tarix qarşısında, xalq qarşısında, Vətən qarısında misilsiz xidmətlər göstərdilər. Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Onların rəşadəti sayəsində əldə olunan Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmiş oldular.
Bu gün Azərbaycan gənclərinin inkişafında Heydər Əliyev Fondunun da xidmətləri, verdiyi töhfələr misilsizdir. töhfəsi. Gənclərimizin fərdi və peşəkar inkişafı naminə Heydər Əliyev Fondu elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr hazırlayıb həyata keçirir.
Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bu gün qətiyyətlə deyə bilərik ki, ölkə gəncləri Prezident Cənab İlham Əliyevin uğurla apardığı daxili və xarici kursu alqışlayr, bu siyasətin icrasında daim onun yanındadaır. Əziz gənclər, bayramınız mübarək!
Dün, 17:05
Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir
Dün, 16:34
AMB Özbəkistanda maliyyə sektorunun rəqəmsal transformasiyasını müzakirə edib
Dün, 15:50
Davam edəcək Vaşinqton-Tehran danışıqları: milyardlar hesabına yaranan etimad - ŞƏRH
Dün, 15:18
Azər Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək
Dün, 14:48
"Global Media Group"un altı əməkdaşı MEDİA-nın müsabiqəsində qalib gəlib
Dün, 14:18
AZAL Brüsselə birbaşa uçuşlara başlayır - YENİLƏNİB
Dün, 12:20
Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin olunub
Dün, 11:54
Ukrayna qüvvələri Donetsk və Mariupol arasındakı strateji körpünü sıradan çıxarıb
Dün, 11:17
Nazir: "Azərbaycan Avropa ilə Asiyanı birləşdirən strateji körpü rolunu gücləndirib"
Dün, 10:47
Bakıda boks üzrə İBA Çempionlar Gecəsi keçiriləcək
Dün, 10:03
Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb
Dün, 09:41
Azərbaycan neftinin qiyməti 76 dollardan aşağı düşüb
Dün, 09:13
BİZİM TƏQVİM: 1 iyul tarixində baş vermiş tarixi hadisələr
30-06-2026, 16:20
Bakıda 7 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
30-06-2026, 16:12
Ukrayna dronların alınması üçün Avropa İttifaqından 3,9 milyard avro məbləğində ilk tranşı alıb
30-06-2026, 13:08
Səbinə Əliyeva: Ukraynaya itkin düşən şəxslərlə bağlı dəstək Azərbaycanın humanitar həmrəyliyə əsaslanan siyasətinin təzahürüdür
30-06-2026, 12:45
MM Hesablama Palatasına yeni səlahiyyətlər verilməsini I oxunuşda təsdiqləyib
30-06-2026, 12:07
Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair cərimələr son oxunuşda qəbul edilib
30-06-2026, 11:11
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb, 14 məsələ müzakirə olunacaq
30-06-2026, 10:27
İyulun 13-dən tələbələrin yerdəyişməsi üzrə sənəd qəbuluna başlanılır
30-06-2026, 09:42
Kobaxidze və Bektenov ticari-iqtisadi əməkdaşlığın inkişafını müzakirə ediblər
30-06-2026, 09:06
Kirmanşahda atışma baş verib, iki SEPAH hərbçisi öldürülüb
29-06-2026, 18:06
KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək
29-06-2026, 17:34
Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək - XƏBƏRDARLIQ - YENİLƏNİB
29-06-2026, 17:03
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil
29-06-2026, 15:27
Sepah zəifləyərsə, İran güclənər - ABŞ-İslam Respublikası savaşı bitər - ŞƏRH
29-06-2026, 14:44
Kamran Əliyev İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru ilə görüşüb
