Günün qoroskopu: Ünsiyyət üçün əlverişli gündür
Gündəm / Cəmiyyət
Oxunub: 0
16 Şub 2023 | 08:25
Günün qoroskopu: Ünsiyyət üçün əlverişli gündür


Qoç - Çətin olacaq. Yaranan problemlər və formalaşan çətinliklər mürəkkəbdir. Onları çözmək üçün baş sındırmalı olacaqsınız. İşdə rəhbərliklə fikir ayrılıqları yarana bilər. Dövlət qurumlarının nümayəndələri ilə təmaslarda diqqətli olun.

Daşınmaz əmlak və ya nəqliyyat vasitəsi ilə bağlı əməliyyatlar məsləhət deyil.

Emosional fon stabil deyil. Gah sevinir, gah da səbəblərini özünüz anlamadığınız təlaşa və nigarançılığa qapılırsınız. Yaxınlarınızla dil tapmaq çətinləşir.

Sevdiyiniz insanla münaqişə yaratmayın.

Buğa - Maraqlı, əlverişli və məhsuldar gündür. İstənilən, hətta ən çətin işə başlaya bilərsiniz. Bilik və bacarıqlarınızdan yararlanın. Yalnız kəskin zərurət yarananda yardım üçün dostlara müraciət edin. Tanışlar və ya tərəfdaşlar sizə dəstək verə bilərlər. İndiyədək bədxahlarınızın yanında olan şəxs müttəfiqinizə çevrilə bilər.

Şəxsi münasibətlərdə təşəbbüs üçün əlverişli zamandır. Yeni tanışlıqlar asanlıqla yaranır.

Emosiyalara qapılmayın, illüziyaların əsiri olmayın.


Əkizlər - Aktiv və enerjili olun. Hər şey istədiyiniz kimi getməsə də, hadisələrin axarını dəyişərək məcrasına müdaxilə etməyə çalışmayın. Situasiya ilə barışın, şanslar və imkanlardan yararlanın. Mənasız, heç bir əsası olmayan məsrəflər etməyin.

Günün ikinci yarısında yaxşı gəlir əldə edə bilərsiniz.

İstək və niyyətlərinizin əsiri olmayın. Onlar sizi planlaşdırmadığınız yerə apara bilər.

Uzaq səfər və ya səyahət məsləhət deyil.

Xərçəng - Ehtiyatlı və sayıq olun. Xoşagəlməz hadisələrin yaşanma ehtimalı böyükdür. Eksperimentlər etməyin, riskə aludə olmayın. Bu minvalla təhlükəsizliyinizi təmin etmiş olarsınız. Uzun səfər üçün əlverişli gün deyil. Ekstremal hisslər sizi düşünülməmiş addımlar atmağa vadar etməsin. Sizə qarşı aqressiv mövqe tutan insanlarla görüşdən yayının.

Bütün diqqəti öz işlərinizə yönəldin. Başqalarının işlərinə mümkün qədər az müdaxilə edin. Kiməsə yardım edə bilməyəcək, hətta vəziyyəti daha da korlayacaqsınız. Alış-verişdə bədxərclik etməyin. Nə isə almaq istəyirsinizsə, o əşyanın sizə nə dərəcədə gərəkli olduğunu düşünün.

Şir - Tələsməyin, düşünülməmiş addımlar atmayın. Təmkinlə davransanız, faydalı işlər görərək yaxşı nəticələr əldə edə bilərsiniz. Başqasının dediklərindən daha çox, öz fikirlərinizə bel bağlayın. Yaranmış situasiyada necə davranacağınızı müəyyənləşdirin. Yaxın ətrafınızdakı insanlar bunu dəqiqləşdirə bilmirlər.

Yeni iş və ya layihəyə başlamaq olar. Bilik və bacarıqlarınızı artırın, dünyagörüşünüzü genişləndirin. Təcrübəli, bilikli insanlarla təmaslarda xeyir var.

Hüquqi məsələlərin həlli üçün münasib gündür. Şəxsi münasibətlərdə kiçik problemlər yarana bilər.

Ruhdan düşməyin.

Qız - Asan uğurlar və xoş qələbələr günüdür. Yaranan problemlərin öhdəsindən gələcəksiniz. İndiyədək həllolunmaz sayılan çətinlikləri çözmək şansları artır. Yeni təcrübə və bilik əldə etmək imkanı yaranır. Əldə etdiyiniz biliklərdən yararlanmağın yolunu tapın.

Yeni fəaliyyət sahəsinin seçilməsi üçün əlverişli zamandır.

Günün maliyyə fonu münasibdir. İşlər axarındadır, durum stabildir. Nəzərdə tutmadığınız alış-veriş etmək, pul xərcləmək olar. Rəsmi danışıqlarla yanaşı, qeyri-formal müzakirələr pis keçmir. İstənilən şəraitdə soyuqqanlı və təmkinli qalın. Belə olarsa, yaxın ətrafınızdakı insanların sizə inamı artar.

Tərəzi - Günün ilk yarısında peşəkar fəaliyyət müstəvisi və maliyyə sahəsindəki məsələləri həll edə bilərsiniz. Dəqiq fəaliyyət planı hazırlayın. Sonradan həmin planı addım-addım reallaşdırın, hər mərhələni uzun müddət təhlil etməyin. Çox maraqlı işgüzar təkliflər ala bilərsiniz. Lakin unutmayın ki, yeni iş və ya sifarişlə bağlı təklifi qəbul etməzdən əvvəl yaxşıca düşünmək gərəkdir.

Günün ikinci yarısı əlaqələrdə və ya təmaslarda ciddi problem yarada bilər. Hətta ən yaxın adamlardan biri ilə kəskin mübahisə riski var. Yaxın ətrafınızdakı insanlar sizi anlamır, dəstəkləmirlər. Axşam saatlarında tək qalın, vaxtınızı sakit işlərə sərf edin. İfrat yorğunluğa yol verməyin.

Əqrəb - Səhhətinizə fikir verin. Bu günün riskləri çoxdur. Zərərli vərdişlərdən əl çəkin, düzgün qidalanın. İstənilən fəaliyyət sahəsində ifrata varmayın, izafi işlərlə özünüzü yormayın. Mümkünsüzü özünüzdən tələb etməyin.

Travma riski çox deyil.

Günün əksər hissəsini işə həsr edin. Peşəkar fəaliyyət sahəsində alınan tapşırıqların öhdəsindən gəlmək adi günlərlə müqayisədə bir qədər çətinləşir.

Maraqlı işgüzar təkliflərin alınması istisna deyil. İş yerini dəyişmək barədə düşünə bilərsiniz. Şəxsi münasibətlərdə ciddi yeniliklər və dəyişikliklər olmayacaq.

Oxatan - Gözlənilməz və qəfil hadisələrlə dolu gündür. Bir məqamda anlayacaqsınız ki, artıq heç nəyə təəccüblənmirsiniz. Uzaqdan gələn xəbərlər sizi təlaşa sala bilər. Fəqət, soyuqqanlı və təmkinli davranın. Dürüst qərarları sürətlə qəbul edin, planlarınızı korrektə edin. Ehtiyac varsa, fəaliyyət istiqamətində dəyişikliklər edə bilərsiniz.

Günün ikinci yarısında yaradıcılıqla məşğul ola bilərsiniz. Yaxın insanlarla münasibətləri dəyişin. Təmaslarda daha çox inam, anlayış, etibar olsun. Xərclər nəzərdə tutduğunuzdan artıq ola bilər.

Oğlaq - Asan olmayan, amma məhsuldar və maraqlı gündür. Başladığınız bütün işlərdə uğura nail ola bilərsiniz. Peşəkar qabiliyyət və bacarıq imkanlarınızı artırmaq şanslarını əldən verməyin. Dünyagörüşünü artırın. Bir daha sübut edin ki, işinizi bilən adamsınız. Təmkinli və səbirli olsanız, rəqibləri üstələyə bilərsiniz.

Ünsiyyət üçün əlverişli gündür. Hətta ilk dəfə gördüyünüz insanla belə, asanlıqla dil tapacaqsınız. Genişmiqyaslı işə və ya layihəyə başlasanız, tezliklə müttəfiq tapacaqsınız. Dərhal nəticənin olacağını düşünməyin. İndi gələcək qələbələrin təməlini qoyursunuz.

Dolça - İşgüzar maraqların şəxsi işlərlə bağlı olduğu gündür. Yaşamınızda ciddi dəyişikliklərə səbəb olacaq hadisə baş verəcək. İşdə rəhbərliklə münasibətlərdə sayıq, sərvaxt olun. Peşəkar fəaliyyət sahəsində irəliləyiş olacaq. İnkişaf üçün yeni imkanlar yaranır.

Günün ikinci yarısında irəliləyiş daha da sürətlənə bilər. Alış-verişdə bədxərclik etməyin.

Balıqlar - Qələbə uğrunda mübarizə aparmaq gərəkdir. Qələbələr asanlıqla əldə olunur. Nikbin olun, ruhdan düşməyin. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün əzmlə irəliləyin. Günün ikinci yarısında köhnə tanışlar özlərini xatırladacaqlar. Baş verənləri təhlil edin. Problemlərin həlli üçün daha sadə və perspektiv plan təklif edin.

Romantik hisslərin girdabına düşməyin. Əks cins mənsubu sizə xüsusi diqqət yetirir. Axşam saatları aktiv istirahət, müxtəlif görüşlər üçün əlverişlidir.
Bugün, 17:05
Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir
Bugün, 16:34
AMB Özbəkistanda maliyyə sektorunun rəqəmsal transformasiyasını müzakirə edib
Bugün, 15:50
Davam edəcək Vaşinqton-Tehran danışıqları: milyardlar hesabına yaranan etimad - ŞƏRH
Bugün, 15:18
Azər Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək
Bugün, 14:48
"Global Media Group"un altı əməkdaşı MEDİA-nın müsabiqəsində qalib gəlib
Bugün, 14:18
AZAL Brüsselə birbaşa uçuşlara başlayır - YENİLƏNİB
Bugün, 12:20
Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin olunub
Bugün, 11:54
Ukrayna qüvvələri Donetsk və Mariupol arasındakı strateji körpünü sıradan çıxarıb
Bugün, 11:17
Nazir: "Azərbaycan Avropa ilə Asiyanı birləşdirən strateji körpü rolunu gücləndirib"
Bugün, 10:47
Bakıda boks üzrə İBA Çempionlar Gecəsi keçiriləcək
Bugün, 10:03
Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb
Bugün, 09:41
Azərbaycan neftinin qiyməti 76 dollardan aşağı düşüb
Bugün, 09:13
BİZİM TƏQVİM: 1 iyul tarixində baş vermiş tarixi hadisələr
Dün, 16:20
Bakıda 7 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Dün, 16:12
Ukrayna dronların alınması üçün Avropa İttifaqından 3,9 milyard avro məbləğində ilk tranşı alıb
Dün, 13:08
Səbinə Əliyeva: Ukraynaya itkin düşən şəxslərlə bağlı dəstək Azərbaycanın humanitar həmrəyliyə əsaslanan siyasətinin təzahürüdür
Dün, 12:45
MM Hesablama Palatasına yeni səlahiyyətlər verilməsini I oxunuşda təsdiqləyib
Dün, 12:07
Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair cərimələr son oxunuşda qəbul edilib
Dün, 11:11
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb, 14 məsələ müzakirə olunacaq
Dün, 10:27
İyulun 13-dən tələbələrin yerdəyişməsi üzrə sənəd qəbuluna başlanılır
Dün, 09:42
Kobaxidze və Bektenov ticari-iqtisadi əməkdaşlığın inkişafını müzakirə ediblər
Dün, 09:06
Kirmanşahda atışma baş verib, iki SEPAH hərbçisi öldürülüb
29-06-2026, 18:06
KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək
29-06-2026, 17:34
Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək - XƏBƏRDARLIQ - YENİLƏNİB
29-06-2026, 17:03
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil
29-06-2026, 15:27
Sepah zəifləyərsə, İran güclənər - ABŞ-İslam Respublikası savaşı bitər - ŞƏRH
29-06-2026, 14:44
Kamran Əliyev İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru ilə görüşüb