Manaf Manafov: Heydər Əliyev siyasəti hər günümüzdə!

Manaf Manafov
Nərimanov rayon MKTB-nin rəisi
Tarixi uğurlara imza atan Cənab Prezident İlham Əliyev haqqında zamanında Ulu Öndər Heydər Əliyev tərəfindən söylənmiş “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” – məhz bu sözlər, hər günümüzdə öz təsdiqini tapır.
Demək ki, xalqları dünyada məşhurlaşdıran təkcə onların zəngin təbii sərvətləri və maddi mədəniyyət inciləri deyil, həm də dünya siyasətində mühüm rol oynayan fenomen şəxsiyyətləridir. Məhz belə fenomen şəxsiyyətlərin müəyyənləşdirdiyi yol dünya arenasında özünə layiqli yer tutmasını təmin edir.
Belə nadir şəxsiyyətlərdən biri, müasir müstəqil Azərbaycan dövlətinin banisi Ulu öndər Heydər Əliyev güclü dövlət yaratmaqla yanaşı, özündən sonra çoxşaxəli islahatların varisliyini uğurla təmin edə biləcək, peşəkar lider də yetişdirib.
Azərbaycan xalqının iradəsini ifadə edən, Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev, müstəqil Azərbaycana başçılıq edir, həm də dünya azərbaycanlılarının lideridir. Bəli, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən keçirdikdə, onun dövrün çağırışlarına çevik reaksiya verən, yüksək erudisiyaya və idarəetmə bacarığına malik, xalqına və dövlətinə qəlbən bağlı lider olduğunun təsdiqini tapa bilərik. Prezident İlham Əliyev zəngin və möhtəşəm fəaliyyəti ilə, düşünülmüş islahatları və müdrik qərarları, həyatımıza yeni nəfəs gətirib.
Bu gün Prezident İlham Əliyev dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir, onunla hər kəs hesablaşır, ona hörmət və ehtiramla yanaşırlar. Cənab Prezident həyat və fəaliyyətinin ən mühüm məqamlarını öz xalqı ilə birlikdə yaşamış, Azərbaycanın inkişafı naminə, xalqa xidmət etmək , xalqını daha xoş günə, daha firavan həyata qovuşdurmaq üçün saysız-hesabsız işlər görmüş və bu misilsiz işlərini bütün dünyaya çatdırmışdır.
Son günlərdə, daha dəqiq desək, fevralın 13-də Bakıda, Cənab Prezident İlham Əliyevin iştirakı ilə, “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib.
Mingəçevir şəhərində yeni 1280 meqavat gücündə elektrik stansiyasının təməlinin qoyulması mərasimində Dövlət başçımız çıxış edərək, 2025-ci ildə bu stansiyanın açılışını qeyd edəcəyimizə əmin olduğunu bildirmişdir.
Hazırda Mingəçevir elektroenergetika sahəsində əsas şəhərimizdir. Mingəçevirdə fəaliyyət göstərən elektrik stansiyası bu gün ölkəmizin elektrik enerjisinə ehtiyacının böyük hissəsini ödəyir və bu əlamətdar hadisə - İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi, ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək, eyni zamanda, Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmini daha da artıracaq.
Vurğulamaq lazımdır ki, Mingəçeviri nəinki Azərbaycanın, ümumiyyətlə, Qafqazın enerji mərkəzinə çevirən Ulu Öndər Heydər Əliyev olmuşdur. Onun rəhbərliyi və təşəbbüsü ilə ötən əsrin 70-ci illərində - daha doğrusu, 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli qoyulmuşdur. Böyük stansiyanın birinci blokunun 1981-ci ildə Ulu öndər Heydər Əliyevin şəxsən iştirakı ilə açılışı olmuşdur.
Yaxın tarixə nəzər salsaq, ikinci Qarabağ müharibəsi zamanında, döyüş meydanında məğlub olan Ermənistan Azərbaycanın mülki obyektlərini atəşə tutmuş, yüzlərlə yaşayış evi tamamilə dağıdılmış, yüzə yaxın dinc insan həlak olmuşdur, o cümlədən Mingəçevir Elektrik Stansiyası da atəşə tutulmuş, məğlub olan Ermənistan məhz Azərbaycanın elektrik potensialının əsas mərkəzini sıradan çıxarmaq istədiyini görə bilərik. Beləliklə, Mingəçevir Elektrik Stansiyasının önəmi nə qədər böyük olduğunu hamımız görmüş olduq.
Təbii ki, illər keçdikcə istənilən infrastruktur həm də köhnəlir, o cümlədən Mingəçevir Elektrik Stansiyasının yenidən qurulması prioritet məsələlərdən biri hesab olunurdu. Bu baxımdan Dövlət Başçımız mərasimdə vurğulamışdır ki, məhz onun göstərişi ilə 2018-ci ildə stansiyanın tamamilə yenidən qurulması prosesi başlamış və qısa müddət ərzində, 2020-ci ildə stansiya, yenidən işə salınmış və 2400 meqavat generasiya gücünə malik olmuşdur. Beləliklə, bərpa-yenidənqurma işləri nəticəsində təqribən 600 meqavatdan çox itirilmiş güclər bərpa edildi və bu da özlüyündə yeni bir böyük stansiyanın tikintisi deməkdir və təməli qoyulan bu yeni tikiləcək stansiyanın müasir standartlara cavab verməsi nəticəsində karbon qazının miqdarı çox böyük dərəcədə – 2 milyon ton azalacaq və ətraf mühitə də bunun çox böyük faydası olacaqdır.
Mərasimdə Mingəçevir şəhərinin Azərbaycanın və nəinki Azərbaycanın, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başladığı, təxminən 1300 meqavat gücündə olan stansiya bizim potensialımızı böyük dərəcədə gücləndirəcəyini və bu, Azərbaycanın enerji təhlükəsizliyinə verilən növbəti töhfə olacağı, yüzlərlə yeni iş yerləri yaranacağı barədə bildirilmişdir. Ona görə ki, yeni tikiləcək stansiyada şərti yanacağın sərfiyyatı kifayət qədər aşağıdır və bu, imkan verəcək ki, ildə təqribən 800 milyon kubmetr və ya 1 milyard kubmetr qaza qənaət edilsin. Bu, həm də, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaqdır, çünki bu gün Avropa məkanında Azərbaycan qazına böyük tələbat vardır.
Eyni zamanda, mərasimdə İtaliyanın şirkətlər və “Made in Italy” naziri iştirak etmiş, Çinin bir şirkəti də stansiyanın tikintisində iştirak edəcək., bu stansiya, xarici əməkdaşlıq çərçivəsində, xarici tərəfdaşlarla birlikdə inşa ediləcəkdir. İtaliya şirkətinin bu stansiyanın inşasında iştirakı təsadüfi deyil. İtaliya bizim strateji tərəfdaşımızdır. İtaliya-Azərbaycan əlaqələri təkcə iki ölkənin maraqlarını təmin etmir, böyük coğrafiyanın maraqlarını təmin edir. İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır ki, Bakıda Azərbaycan-İtaliya Universitetinin yeni binasının inşası, azad edilmiş torpaqlarda bərpa-yenidənqurma işlərində İtaliya şirkətlərinin çox fəal iştirak etdikləri , dini abidələrin bərpası və tikintisi, qələbə muzeylərinin tikintisi və dizaynı – 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi bu kimi bir çox mühüm işlərin göstəricisidir.
Qeyd etmək lazımdır ki, “Azərenerji” ilə İtaliyanın “Ansaldo” şirkəti arasındakı əlaqələr burada həlledici rol oynamaqdadır. Prezident İlham Əliyev mərasim zamanı söyləmişdir ki, “Azərenerji” ilə “Ansaldo” arasında müqavilələr İkinci Qarabağ müharibəsi başa çatandan dərhal sonra imzalanmışdır. Azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda bu gün böyük quruculuq-bərpa işləri getdiyi bir dövrdə, ilk növbədə, o bölgənin enerji potensialı araşdırılır və bu istiqamətdə də “Ansaldo” və “Azərenerji” tərəfdaşlıq çərçivəsində fəaliyyət göstərirlər.
Bundan başqa, mərasimdə, Azərbaycanda bütövlükdə elektroenergetika sahəsi, bərpaolunan enerji növlərinin inkişafı, hazırda inşa edilən və inşa ediləcək stansiyalar, eləcə də, günəş və külək elektrik enerjisi stansiyalarının inşası və bir çox məqamlar barədə, Dövlət Başçısı tərəfindən açıqlamalar oldu.
“Biz bu gün doğrudan da böyük və önəmli işin təməlini qoyuruq. Əminəm ki, stansiya nəzərdə tutulmuş vaxtda inşa ediləcək və həm ölkəmizin enerji potensialını gücləndirəcək, ixrac imkanlarımızı gücləndirəcək və həm də xarici tərəfdaşlarla yeni, gələcək layihələrə yol açacaqdır.”- Liderimiz İlham Əliyevin hər sözünə hər işinə Azərbaycan xalqı inanır, Cənab Prezidentin daha xoşbəxt gələcək vəd edən daxili və xarici siyasətini hamılıqla dəstəkləyir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada nümunə göstəriləcək bir inkişaf modeli formalaşdı. Bu uğurlu fəaliyyət modeli bütün dünya tərəfindən qəbul olunan görkəmli dövlət xadimi kimi beynəlxalq miqyasda böyük nüfuz qazanan Prezident İlham Əliyev Azərbaycana siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi gətirdi. Bütün bunlar ölkəmizin gələcək inkişafının qarantı sayıla bilər. Günümüzün bu reallığı beynəlxalq siyasətçilər, ekspertlər tərəfindən də təsdiqlənir.
Nəticə olaraq, tam əminliklə deməliyik ki, Prezident İlham Əliyev Azərbaycanı gələcəyə inamla aparır və Heydər Əliyev siyasəti hər gün yaşayır və qalib gəlir!
Bugün, 17:05
Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir
Bugün, 16:34
AMB Özbəkistanda maliyyə sektorunun rəqəmsal transformasiyasını müzakirə edib
Bugün, 15:50
Davam edəcək Vaşinqton-Tehran danışıqları: milyardlar hesabına yaranan etimad - ŞƏRH
Bugün, 15:18
Azər Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək
Bugün, 14:48
"Global Media Group"un altı əməkdaşı MEDİA-nın müsabiqəsində qalib gəlib
Bugün, 14:18
AZAL Brüsselə birbaşa uçuşlara başlayır - YENİLƏNİB
Bugün, 12:20
Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin olunub
Bugün, 11:54
Ukrayna qüvvələri Donetsk və Mariupol arasındakı strateji körpünü sıradan çıxarıb
Bugün, 11:17
Nazir: "Azərbaycan Avropa ilə Asiyanı birləşdirən strateji körpü rolunu gücləndirib"
Bugün, 10:47
Bakıda boks üzrə İBA Çempionlar Gecəsi keçiriləcək
Bugün, 10:03
Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb
Bugün, 09:41
Azərbaycan neftinin qiyməti 76 dollardan aşağı düşüb
Bugün, 09:13
BİZİM TƏQVİM: 1 iyul tarixində baş vermiş tarixi hadisələr
Dün, 16:20
Bakıda 7 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Dün, 16:12
Ukrayna dronların alınması üçün Avropa İttifaqından 3,9 milyard avro məbləğində ilk tranşı alıb
Dün, 13:08
Səbinə Əliyeva: Ukraynaya itkin düşən şəxslərlə bağlı dəstək Azərbaycanın humanitar həmrəyliyə əsaslanan siyasətinin təzahürüdür
Dün, 12:45
MM Hesablama Palatasına yeni səlahiyyətlər verilməsini I oxunuşda təsdiqləyib
Dün, 12:07
Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair cərimələr son oxunuşda qəbul edilib
Dün, 11:11
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb, 14 məsələ müzakirə olunacaq
Dün, 10:27
İyulun 13-dən tələbələrin yerdəyişməsi üzrə sənəd qəbuluna başlanılır
Dün, 09:42
Kobaxidze və Bektenov ticari-iqtisadi əməkdaşlığın inkişafını müzakirə ediblər
Dün, 09:06
Kirmanşahda atışma baş verib, iki SEPAH hərbçisi öldürülüb
29-06-2026, 18:06
KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək
29-06-2026, 17:34
Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək - XƏBƏRDARLIQ - YENİLƏNİB
29-06-2026, 17:03
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil
29-06-2026, 15:27
Sepah zəifləyərsə, İran güclənər - ABŞ-İslam Respublikası savaşı bitər - ŞƏRH
29-06-2026, 14:44
Kamran Əliyev İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru ilə görüşüb