Dilşad Əmirova: Xocalı şəhidlərinin qanı yerdə qalmadı
Dilşad Əmirova
"Binə" TM-nin direktoru
Fevralın 26-da insanlıq və bəşəriyyətə qarşı ən qanlı cinayətlərdən olan Xocalı soyqırımının 31-ci ildönümü tamam olur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə xüsusi qəddarlıqla törədilmiş Xocalı soyqırımı erməni şovinist millətçilərinin azərbaycanlılara qarşı iki əsrdən artıq müddətdə həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasətinin davamı, ən qanlı səhifələrindən biridir. Ermənistan silahlı birləşmələri, Dağlıq Qarabağdakı erməni yaraqlıları, habelə keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı Xocalıda insanlığa silinməz ləkə olan soyqırımı aktı törətmişlər. Cəmi bir neçə saat ərzində 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca qəddarcasına öldürüldü, 487 nəfərə ağır xəsarət yetirildi, 1275 sakin — köməksiz qocalar, uşaqlar, qadınlar girov götürülərək zülm, təhqir və həqarətə məruz qoyuldular. Həmin gün Xocalıda törədilmiş amansız qətliam nəinki türk dünyasına, bütövlükdə bəşəriyyətin mütərəqqi dəyərlərinə, insanlığa və beynəlxalq hüquq normalarına qarşı yönəlmiş dəhşətli genosid aktı idi.
Bir çox tarixi faciələrimiz kimi, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində sistemli və ardıcıl iş Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli istəyi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Məhz Ulu Öndərin təşəbbüsü ilə Xocalı soyqırımına ilk dəfə olaraq düzgün siyasi-hüquqi qiymət verildi. Milli Məclis 1994-cü il fevralın 24-də “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi. Xocalı genosidi müxtəlif təşkilatlarda gündəmə gətirildi, bununla bağlı bir çox internet saytları yaradıldı. Ulu Öndərin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilir. Bu siyasəti davam etdirən Prezident İlham Əliyev ilk gündən “Biz müdafiədə deyil, hücumda olmalıyıq” deyərək bədnam erməni lobbisinə qarşı effektiv əks-hücumun təşkilini mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir.
Artıq İslam Konfransı Təşkilatına daxil olan 7 ölkə Xocalı soyqırımını rəsmi olaraq genosid aktı kimi tanıyıb. Cənubi Amerika qitəsi ölkələrinin də Xocalı soyqırımını tanımaları dövlətimizin bu istiqamətdə apardığı gərgin işin miqyasını aydın göstərir. Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, Sudan, İordaniya, Honduras, Qvatemala, Panama, Sloveniya və Cibuti parlamentləri də Xocalı soyqırımını beynəlxalq hüquq normaları müstəvisində tanıyıblar. Habelə ABŞ-ın artıq 24 qanunverici orqanlarında da müvafiq qətnamələr qəbul olunub. Bütün bunlar diplomatiyamızın dünyada haqq səsimizin eşidilməsində apardığı məqsədyönlü işlərin fərəhli nəticəsidir və bu iş uğurla davam etdirilir.
Ən başlıcası isə İkinci Vətən müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 il işğal altında qalan torpaqlarımızı azad etdi və “Dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Vətən yenidən bütövləşdi.
Bugün, 17:05
Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir
Bugün, 16:34
AMB Özbəkistanda maliyyə sektorunun rəqəmsal transformasiyasını müzakirə edib
Bugün, 15:50
Davam edəcək Vaşinqton-Tehran danışıqları: milyardlar hesabına yaranan etimad - ŞƏRH
Bugün, 15:18
Azər Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək
Bugün, 14:48
"Global Media Group"un altı əməkdaşı MEDİA-nın müsabiqəsində qalib gəlib
Bugün, 14:18
AZAL Brüsselə birbaşa uçuşlara başlayır - YENİLƏNİB
Bugün, 12:20
Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin olunub
Bugün, 11:54
Ukrayna qüvvələri Donetsk və Mariupol arasındakı strateji körpünü sıradan çıxarıb
Bugün, 11:17
Nazir: "Azərbaycan Avropa ilə Asiyanı birləşdirən strateji körpü rolunu gücləndirib"
Bugün, 10:47
Bakıda boks üzrə İBA Çempionlar Gecəsi keçiriləcək
Bugün, 10:03
Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb
Bugün, 09:41
Azərbaycan neftinin qiyməti 76 dollardan aşağı düşüb
Bugün, 09:13
BİZİM TƏQVİM: 1 iyul tarixində baş vermiş tarixi hadisələr
Dün, 16:20
Bakıda 7 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Dün, 16:12
Ukrayna dronların alınması üçün Avropa İttifaqından 3,9 milyard avro məbləğində ilk tranşı alıb
Dün, 13:08
Səbinə Əliyeva: Ukraynaya itkin düşən şəxslərlə bağlı dəstək Azərbaycanın humanitar həmrəyliyə əsaslanan siyasətinin təzahürüdür
Dün, 12:45
MM Hesablama Palatasına yeni səlahiyyətlər verilməsini I oxunuşda təsdiqləyib
Dün, 12:07
Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair cərimələr son oxunuşda qəbul edilib
Dün, 11:11
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb, 14 məsələ müzakirə olunacaq
Dün, 10:27
İyulun 13-dən tələbələrin yerdəyişməsi üzrə sənəd qəbuluna başlanılır
Dün, 09:42
Kobaxidze və Bektenov ticari-iqtisadi əməkdaşlığın inkişafını müzakirə ediblər
Dün, 09:06
Kirmanşahda atışma baş verib, iki SEPAH hərbçisi öldürülüb
29-06-2026, 18:06
KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək
29-06-2026, 17:34
Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək - XƏBƏRDARLIQ - YENİLƏNİB
29-06-2026, 17:03
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil
29-06-2026, 15:27
Sepah zəifləyərsə, İran güclənər - ABŞ-İslam Respublikası savaşı bitər - ŞƏRH
29-06-2026, 14:44
Kamran Əliyev İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru ilə görüşüb
