“Ona dəli demək olmaz, bilirsiniz necə yaxşı uşaqdır” - Direktordan qəribə açıqlama
Bir neçə gündür ki, 1 saylı Psixiatriya Xəstəxanasında saxlanılan Bakının Xətai rayonundakı 3 saylı Uşaq Evinin 17 yaşlı sakinlərindən biri M.H. çərşənbə günü xəstəxanadan buraxılıb, bu barədə Səhiyyə Nazirliyindən BBC-yə məlumat verilib.
17 yaşlı yeniyetmə sosial mediada yayılmış bir videoda yaşadığı Uşaq Evində “ərzaq yeyintisi ilə” bağlı tənqidi fikirlər səsləndirmişdi. Video yayıldıqdan bir qədər sonra yeniyetmənin psixiatriya xəstəxanasına yerləşdirilməsi xəbəri yayılıb.
Lakin onun yerləşdirildiyi xəstəxananın Baş həkimi yeniyetmənin psixi pozğunluğunun olmadığını, buna görə də onu müəssisədə saxlamağın uyğun olmadığını bildirib. Bu açıqlamadan bir gün sonra, çərşənbə günü Baş həkim Ağahəsən Rəsulov işdən azad olunub.
Bakının Xətai rayonunda yerləşən 3 saylı Uşaq Evinin sakinlərindən olan 17 yaşlı yeniyetmə bir neçə gün əvvəl yaşadığı uşaq evindən qaçıb.
Sosial mediada yayılmış videoda yeniyetmə Uşaq Evində yeyinti olduğunu deyir: “Ətin sümüyünü bişirir, özünü aparırlar, meyvələri, südü, ərzağı aparırlar, mənimsəmə var”.
Uşaq Evinin direktoru BBC-yə açıqlamasında həmin video-müsahibənin “uşağın qaçmasından sonra” yayıldığını deyib və əlavə edib ki, sonuncu dəfə polis onu tapıb uşaq evinə təhvil vermək istəyəndə o yenə qaçıb.
“Deyirlər ki, mən onu yatızdırıram xəstəxanada, mənim imzam da var orda, lakin qardaşının özünün də imzası var orda. Qardaşının özü Komitəyə (Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi-red.) müraciət edib ki, (M.H.-nin) əsəbləri yerində deyil, qoy bir müddət müalicə alsın”, - Məhbubə Hüseynova deyir.
“Onda davranış pozuntusu var. Üstəlik, danlanmağı da sevmir. Biz ona etdiyi hərəkətlərin səhv olduğunu deyəndə, onun xoşuna gəlmir. Balacalara pis örnək olur. Biz də polisə müraciət etdik, polis gəldi, apardı yerləşdirdi psixiatriyaya”, - Uşaq Evinin direktoru Məhbubə Hüseynova iddia edib.
Daxili İşlər Nazirliyi isə polisin belə bir tədbir görməsindən xəbərsizdir. DİN sözçüsü Elşad Hacıyev BBC-yə deyib ki, yeniyetməni Psixiatriya Xəstəxanasına polisin yerləşdirməsi ilə bağlı qurumda məlumat yoxdur.
“Sığınacaqdan qaçdığı üçün polis onu aşkarlayıb, xəstəxanaya yox, 3 saylı Uşaq Evinə təhvil verib”, - Daxili İşlər Nazirliyindən BBC-yə bildiriblər.
Məhbubə Hüseynovanın iddiasına görə, yeniyetmə indiyədək “3 dəfə xəstəxanada müalicə alıb”: “Lakin buna səbəb onun “davranış, emosiya pozuntusuna görədir, mütəmadi gedib 4-5 gün yatıb, qayıdır. Ona dəli demək olmaz, əsəbləri sakit olanda bilirsiniz necə yaxşı uşaqdır”. .
Lakin həm xəstəxananın işdən çıxarılmış Baş həkiminin, həm də Uşaq Evinin direktorunun M.H.-nin psixi probleminin olmadığını deməsinə rəğmən, Səhiyyə Nazirliyinin məlumatına görə, yeniyetmə “Azərbaycan Respublikasının “Psixiatriya yardımı haqqında” Qanununa əsasən xəstəxananın yeniyetmə şöbəsinə yerləşdirilib”.
“Hazırda aparılan stasionar müalicə nəticəsində yeniyetmənin psixi vəziyyəti stabilləşir. Mütəxəssislər tərəfindən yeniyetmənin psixi durumundakı stabilləşmənin tam möhkəmləndirilməsi üçün 2-3 gün müvafiq müalicənin davam edilməsinə qərar verilib. Stasionar müalicə kursu başa çatdıqdan sonra o, evə - ambulator müalicəyə, qardaşının himayəsinə veriləcək”, - Səhiyyə Nazirliyinin çərşənbə axşamı - yenyetmənin xəstəxanadan çıxarılmadan öncə verdiyi açıqlamasında deyilir.
Həmin xəstəxananın Baş həkiminin işdən çıxarılmasına gəldikdə isə, Nazirlik deyir ki, o Uşaq Evində yeyinti olmasına dair ittihamlar səsləndirən M.H.-nin psixi pozğunluğunun olmamasına dair açıqlamasına görə yox, “yaşa görə işdən azad olunub”.
Lakin qurumdan onun neçə yaşının olmasını açıqlamayıblar və Baş həkimin işdən çıxarılmasının açıqlaması ilə eyi vaxta təsadüf etməsi barədə şərh verməyiblər. Yerli media Ağahəsən Rəsulovun 68 yaşının olduğunu yazır.
Yerli mediaya verdiyi açıqlamasında Ağahəsən Rəsulov “uşaq haqqında nə demişəmsə, düz demişəm. Burada nə var ki?! Onun haqqında dediklərimi yenə də təkrarlaya bilərəm” deyib.
Xətaidəki 3 saylı Uşaq Evinin adı ötən il də mediada yeyinti iddiaları ilə bağlı gündəmə gəlmişdi. Yerli medianın xəbərlərində iddia olunub ki, müəssisəyə gətirilən qurbanlıq ət və heyvanlar rəhbərlik tərəfindən "direktor Məhbubə Hüseynovanın tapşırığı ilə satdırılıb", eyni zamanda, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi bu Uşaq Evində aparılmış araşdırmaların nəticəsində bəzi nöqsanlar aşkarladığı üçün Məhbubə Hüseynovaya töhmət verilib və o cərimələnib. Amia.az
Bugün, 16:20
Bakıda 7 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Bugün, 16:12
Ukrayna dronların alınması üçün Avropa İttifaqından 3,9 milyard avro məbləğində ilk tranşı alıb
Bugün, 13:08
Səbinə Əliyeva: Ukraynaya itkin düşən şəxslərlə bağlı dəstək Azərbaycanın humanitar həmrəyliyə əsaslanan siyasətinin təzahürüdür
Bugün, 12:45
MM Hesablama Palatasına yeni səlahiyyətlər verilməsini I oxunuşda təsdiqləyib
Bugün, 12:07
Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair cərimələr son oxunuşda qəbul edilib
Bugün, 11:11
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb, 14 məsələ müzakirə olunacaq
Bugün, 10:27
İyulun 13-dən tələbələrin yerdəyişməsi üzrə sənəd qəbuluna başlanılır
Bugün, 09:42
Kobaxidze və Bektenov ticari-iqtisadi əməkdaşlığın inkişafını müzakirə ediblər
Bugün, 09:06
Kirmanşahda atışma baş verib, iki SEPAH hərbçisi öldürülüb
Dün, 18:06
KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək
Dün, 17:34
Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək - XƏBƏRDARLIQ - YENİLƏNİB
Dün, 17:03
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil
Dün, 15:27
Sepah zəifləyərsə, İran güclənər - ABŞ-İslam Respublikası savaşı bitər - ŞƏRH
Dün, 14:44
Kamran Əliyev İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru ilə görüşüb
Dün, 13:34
Rusiyanın Dneprə raket hücumu nəticəsində 4 nəfər ölüb
Dün, 12:56
Autizmli uşaqlar Azərbaycan millisinin təlim-məşq düşərgəsini ziyarət ediblər
Dün, 12:07
Azərbaycanda ərzaqlıq buğdanın dövlət tədarük qiyməti müəyyən edilib
Dün, 11:36
Ərdoğan: I Türkoloji Qurultayın 100 illik yubileyinin Bakıda qeyd olunması təsadüfi deyil
Dün, 10:42
Rəsmi Bakıdan İsrailə çağırış - “Bu qərar ciddi narahatlıq doğurur”
Dün, 10:05
Süleyman Rüstəmin yeganə övladı vəfat etdi
Dün, 09:24
Binəqədi rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq
Dün, 08:52
Günün qoroskopu: İnsanlar sizin enerjinizdən təsirlənəcək
27-06-2026, 16:19
London və Tehran razılığa gəldi
27-06-2026, 15:38
İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib
27-06-2026, 15:04
Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb
27-06-2026, 14:41
Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib
27-06-2026, 11:59
İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib
