Maşın almaq istəyənlərə BƏD XƏBƏR: BU TARİXDƏN BAŞLAYARAQ...
Gündəm / Cəmiyyət
Oxunub: 0
7 Nis 2023 | 12:51
Maşın almaq istəyənlərə BƏD XƏBƏR: BU TARİXDƏN BAŞLAYARAQ...


Azərbaycan yeni avtomobillərin qiymətlərində yaya qədər artım gözlənilməsə də, təkrar bazarda mayın ortasından sonra 3-5 % civarında bahalaşma gözlənilir.

Bunu "Report"a açıqlamasında nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov bildirib.

"Yaşı 10 ildən çox minik avtomobillərinin ölkəyə gətirilməsinin məhdudlaşdırılması barədə qərar gələn aydan qüvvəyə minəcək. Bundan sonra 2-ci əl avtomobil bazarında qiymətlər yenilənəcək. Məsələn, 1998-ci ilin “Mercedes C class” modelinin qiyməti qərardan öncə təqribən 10 min manat idisə, artıq 12 min manat olacaq və yaxud 2012-ci ilin “Kia Rio” modelinin qiyməti 13 min manat idisə, artıq 15 min manat olacaq. Yəni, həmin avtomobillər ölkəmizə gətirilmədiyinə görə alverçilər əllərində nə varsa, onu satacaqlar və qiymətləri qaldıracaqlar. Amma yeni avtomobilləri kreditlə almaq üçün ilkin ödəniş azaldılsa, belə süni qiymət artımlarının qarşısı alınacaq", - deyə o qeyd edib.

Ekspert mart ayında bazardakı vəziyyətə də toxunub və fevral ayına nisbətən aktivliyin artığını bildirib: "Hər il bu mövsümdə bazarda canlanma olur. Bu fəallığın digər səbəbi hibrid və elektromobillərin idxalına güzəştlərin tətbiq edilməsidir. Rəsmi distribütorların satdığı 1-ci əl hibrid və elektromobillərlə yanaşı vətəndaşlar özləri də xaricdən 3 ildən az işlənmiş bu tip avtomobillər gətirir. Paralel olaraq Avropa ölkələrində benzin və dizel mühərrikli nəqliyyat vasitələrinə olan qadağalarla bağlı həmin ölkələrdə 2-ci əl avtomobillər ucuzlaşıb. Bu da bizim yerli sahibkarlar üçün həmin avtomobilləri daha cəlbedici edir".

Onun sözlərinə görə, fevral ayında olduğu kimi mart ayında da ölkədə əsas tələbat kiçik mühərrikli avtomobillərə olub: "İri mühərrikli 2-ci əl avtomobillərə maraq çox deyil. Odur ki, bu avtomobillərin fevral ayında yaşanan ucuzlaşması martda da davam edib. Ümumilikdə isə ötən ay avtomobil bazarında qiymətlər stabil qalıb. Novruz bayramı tətillərindən sonra qiymətlərin azacıq dəyişəcəyini gözləyirdik, amma belə olmadı. İlin əvvəlində mühərrikinin həcmi 3 min kubsantimetr və daha yuxarı olan 2-ci əl avtomobillərin qiyməti enmişdi. Həmin qiymətlər olduğu kimi qalır".

"Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası" (AADA) İctimai Birliyinin icraçı direktoru, avtomobil bazarı üzrə ekspert Eyyub Əliyev də ötən ay əvvəlki aya nisbətən avtomobil bazarında canlanma yaşandığını deyib: "Yeni avtomobil bazarında bu canlanma əsasən salonlara giriş-çıxış sayının artması ilə müşahidə olunub. Amma alıcılıq qabiliyyəti elə də yüksək deyil. Yeni avtomobil satan bəzi salonlar endirim kampaniyaları keçirir, bəziləri isə qiymətlərdə əlavə xidmətləri də nəzərə alırlar. Məsələn, bir illik servis xidməti. Yaşı 10 ildən çox olan minik avtomobillərinin ölkə ərazisinə gətirilməsinin məhdudlaşdırılması barədə qərardan sonra avtomobil alqı-satqısı saytlarında belə bəzi avtomobillərin qiymətlərinin artırılmasını, köhnə elanların çıxarılmasını görürük. Məsələn, qərardan əvvəl 2010-cu ilin "Hyundai Accent" modelinin qiyməti elan saytında 10 min manat idisə, indi bu qiymət dəyişdirilib. Amma ümumi götürsək, ötən ay bazarda ciddi qiymət dəyişikliyi olmayıb. Lakin aprelin sonlarından, mayın əvvəllərindən 2-ci əl avtomobillərin bahalaşmasını görəcəyik. Hələ ki, köhnə avtomobil satmaq istəyənlər gözləmə mövqeyindədir. Yeni avtomobillərin isə bahalaşması gözlənilmir".

E.Əliyev birinci əl avtomobil bazarında əsas tələbatın büdcə avtomobillərinə olduğunu da deyib: "Amma büdcə avtomobilləri üçün seçim çox məhduddur. Bazarda satılmayan avtomobillər də var. İkinci əl avtomobil bazarında satılmayanlar adətən ili köhnə və mühərrik həcmi böyük olan avtomobillərdir. Məsələn, 2004-2007-ci illərin 4 400 kub santimetr mühərrik həcmli "Range Rover Vogue", 2005-2008-ci illərin "Land Cruiser" modellərinin satışında ləngimələr var. Yeni avtomobillər arasında digər əsas tələbat isə kiçik ölçülü, qiyməti 35-40 min manat olan krossoverlərədir. Bunlara tələbat yenə də olacaq. Çünki bizim bazarda hündür maşınları xoşlayırlar. Əsasən də Çindən gətirilən krossoverlərə tələbat var. Ümid edirəm ki, yaxın vaxtlarda Azərbaycanda hibrid və elektromobillər kimi benzin və dizel mühərrikli avtomobillərin də alqı-satqısı üçün kredit şərtləri sadələşdirilər. Belə olarsa, artıq köhnə avtomobillərə tələbat olmayacaq".
Bugün, 13:08
Səbinə Əliyeva: Ukraynaya itkin düşən şəxslərlə bağlı dəstək Azərbaycanın humanitar həmrəyliyə əsaslanan siyasətinin təzahürüdür
Bugün, 12:45
MM Hesablama Palatasına yeni səlahiyyətlər verilməsini I oxunuşda təsdiqləyib
Bugün, 12:07
Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair cərimələr son oxunuşda qəbul edilib
Bugün, 11:11
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb, 14 məsələ müzakirə olunacaq
Bugün, 10:27
İyulun 13-dən tələbələrin yerdəyişməsi üzrə sənəd qəbuluna başlanılır
Bugün, 09:42
Kobaxidze və Bektenov ticari-iqtisadi əməkdaşlığın inkişafını müzakirə ediblər
Bugün, 09:06
Kirmanşahda atışma baş verib, iki SEPAH hərbçisi öldürülüb
Dün, 18:06
KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək
Dün, 17:34
Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək - XƏBƏRDARLIQ - YENİLƏNİB
Dün, 17:03
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil
Dün, 15:27
Sepah zəifləyərsə, İran güclənər - ABŞ-İslam Respublikası savaşı bitər - ŞƏRH
Dün, 14:44
Kamran Əliyev İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru ilə görüşüb
Dün, 13:34
Rusiyanın Dneprə raket hücumu nəticəsində 4 nəfər ölüb
Dün, 12:56
Autizmli uşaqlar Azərbaycan millisinin təlim-məşq düşərgəsini ziyarət ediblər
Dün, 12:07
Azərbaycanda ərzaqlıq buğdanın dövlət tədarük qiyməti müəyyən edilib
Dün, 11:36
Ərdoğan: I Türkoloji Qurultayın 100 illik yubileyinin Bakıda qeyd olunması təsadüfi deyil
Dün, 10:42
Rəsmi Bakıdan İsrailə çağırış - “Bu qərar ciddi narahatlıq doğurur”
Dün, 10:05
Süleyman Rüstəmin yeganə övladı vəfat etdi
Dün, 09:24
Binəqədi rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq
Dün, 08:52
Günün qoroskopu: İnsanlar sizin enerjinizdən təsirlənəcək
27-06-2026, 16:19
London və Tehran razılığa gəldi
27-06-2026, 15:38
İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib
27-06-2026, 15:04
Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb
27-06-2026, 14:41
Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib
27-06-2026, 11:59
İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib
27-06-2026, 11:28
Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər
27-06-2026, 10:59
Azərbaycan neftinin qiyməti 74 dollara düşüb