İlqar Nəzərov: Əsl vətənpərvərlik nümunəsi
İlqar Nəzərov
“Şərq” İstehsalat Birliyinin baş direktoru
Faşizm üzərində tarixi Qələbədən 78 il keçir. 1941-1945-ci illər müharibəsində igid Azərbaycan oğulları xalqımıza xas qəhrəmanlıq nümunəsi göstərdilər. Xalqımızın sarsılmaz iradəsi və inamı ön və arxa cəbhəni birləşdirdi, faşizm üzərində Qələbəyə mühüm töhfə verdi.
Ümummilli Lider Heydər Əliyev Böyük Vətən müharibəsində iştirak edən veteranlarımız haqqında bildirmişdir: “Siz Böyük Vətən müharibəsinin cəbhələrində, döyüşlərdə iştirakınızla, göstərdiyiniz qəhrəmanlıqla, şücaətlə Azərbaycan xalqının nəyə qadir olduğunu bütün dünyaya sübut etmisiniz. Siz Azərbaycan xalqının hörmətini ucalara qaldırmısınız. Siz Azərbaycan xalqını dünyaya tanıtmısınız. Sizin döşünüzdəki dövlət ordenləri, medalları, nişanları mənim dediyim bu sözlərə əyani sübutdur. İndi Müstəqil Azərbaycan Respublikasında Böyük Vətən müharibəsinin, İkinci dünya müharibəsinin veteranlarına xüsusi qayğı göstərilir və bundan sonra da göstəriləcəkdir. Siz əmin ola bilərsiniz ki, Azərbaycan dövləti, Azərbaycanın prezidenti sizin probleminizlə daim məşğul olur və bundan sonra da məşğul olacaqlar. Biz həyatın bu çətin, ağır dövründə bütün imkanlarımızdan istifadə edərək Böyük Vətən müharibəsinin veteranlarına lazımi qayğılar göstərmişik və göstərəcəyik də. Mən bu gün bir daha bəyan edirəm ki, bizim üçün İkinci Dünya müharibəsində, faşizmə qarşı aparılan Böyük Vətən müharibəsində iştirak etmiş hər bir şəxs yüksək hörmətə malikdir. Bizim cəmiyyətdə sizin xüsusi yeriniz vardır. Biz heç vaxt sizin xidmətlərinizi unutmayacağıq.”
Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev İkinci Dünya müharibəsinin ağır və çətin sınaqlarından keçmiş veteranların qayğılarına daim diqqətlə yanaşır. Onların qəhrəmanlığına, şücaətinə dəyərini bu fikirləri ilə ifadə edir: “Biz tarixdə bu əlamətdar günə qayğı ilə yanaşır, döyüş meydanında və arxa cəbhədə qələbəyə töhfə verənlərin xatirəsini ehtiramla yad edir, öz həyatları bahasına dünyanı faşizmdən xilas etmiş zabit və əsgərlərin igidliklərinə hörmətimizi bildiririk.”
Qeyd etdiyimiz kimi, Böyük Vətən müharibəsində Qələbənin əldə olunmasında ön və arxa cəbhələrdə fəal iştirak edən azərbaycanlılarda Vətənə məhəbbət, milli təəssüb, həmrəylik hissi həmişə güclü olub. Azərbaycan xalqı daim qəhrəmanlığı, şücaəti, Vətənə məhəbbəti ilə diqqətdədir. Dünya bunun bir daha 44 günlük İkinci Qarabağ müharibəsində şahidi oldu. Otuz il ərzində Ermənistanın işğalçılıq və soyqırımı siyasətinin acı nəticələrini yaşamış Azərbaycan xalqı 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına və növbəti hərbi təcavüzünə cavab olaraq Vətən müharibəsinə qalxdı. Qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etdi və tarixi Qələbə qazandı. Çoxəsrlik tariximizə yazılan Zəfər səhifəsi Azərbaycanın malik olduğu imkanların, bir qarış torpağımızı belə düşmənə verməyəcəyimizi təsdiqlədi. 30 ilin işğalına 44 gündə son qoyulması vətənpərvərliyimizin, torpağa bağlılığımızın göstərici oldu. Azərbaycan xalqı daha bir qəhrəmanlıq salnaməsi yazaraq qalib xalq olduğunu bütün dünyaya sübut etdi. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixi, ata və babalarımızın igidlik, mərdlik, şücaət ənənələri daha da zənginləşdirildi.
İkinci Dünya müharibəsinin veteranları xalqımızın fəxridir. Onların müharibə illərində göstərdiyi qəhrəmanlıq bu gün də böyük hörmətlə xatırlanır, həlak olanların xatirəsi ehtiramla yad edilir.
Bugün, 18:06
KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək
Bugün, 17:34
Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək - XƏBƏRDARLIQ - YENİLƏNİB
Bugün, 17:03
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil
Bugün, 15:27
Sepah zəifləyərsə, İran güclənər - ABŞ-İslam Respublikası savaşı bitər - ŞƏRH
Bugün, 14:44
Kamran Əliyev İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru ilə görüşüb
Bugün, 13:34
Rusiyanın Dneprə raket hücumu nəticəsində 4 nəfər ölüb
Bugün, 12:56
Autizmli uşaqlar Azərbaycan millisinin təlim-məşq düşərgəsini ziyarət ediblər
Bugün, 12:07
Azərbaycanda ərzaqlıq buğdanın dövlət tədarük qiyməti müəyyən edilib
Bugün, 11:36
Ərdoğan: I Türkoloji Qurultayın 100 illik yubileyinin Bakıda qeyd olunması təsadüfi deyil
Bugün, 10:42
Rəsmi Bakıdan İsrailə çağırış - “Bu qərar ciddi narahatlıq doğurur”
Bugün, 10:05
Süleyman Rüstəmin yeganə övladı vəfat etdi
Bugün, 09:24
Binəqədi rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq
Bugün, 08:52
Günün qoroskopu: İnsanlar sizin enerjinizdən təsirlənəcək
27-06-2026, 16:19
London və Tehran razılığa gəldi
27-06-2026, 15:38
İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib
27-06-2026, 15:04
Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb
27-06-2026, 14:41
Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib
27-06-2026, 11:59
İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib
27-06-2026, 11:28
Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər
27-06-2026, 10:59
Azərbaycan neftinin qiyməti 74 dollara düşüb
27-06-2026, 09:54
Ukrayna Volqoqradda "Titan-Barrikadı" zavoduna zərbə endirib
26-06-2026, 12:35
Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək
26-06-2026, 11:23
Venesuela Səhiyyə Nazirliyi: Zəlzələlər nəticəsində 235 nəfər ölüb, 4,3 min nəfər xəsarət alıb
26-06-2026, 10:48
ABŞ yığması DÇ-2026-da tarixi qol rekordunu yeniləyib
26-06-2026, 09:41
Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26-06-2026, 09:16
Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
26-06-2026, 08:58
Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür
