Rusiya İran vasitəsilə xilas olmağa çalışır - “Kaspi”nin TƏHLİLİ
Gündəm / Siyasət
Oxunub: 0
27 May 2023 | 11:48
Rusiya İran vasitəsilə xilas olmağa çalışır - “Kaspi”nin TƏHLİLİ


Rusiya İranla hərbi-texniki sahədə əməkdaşlıqla yanaşı, indi də tranzit dəhlizlər məsələsində razılığa gəlib. Moskva həm “Rəşt-Astara” dəmiryolunun tikintisi üçün 1,6 milyard avro kredit ayırır, həm də Xəzərdə İran üçün yeni ticarət donanması yaradır. Qərb isə hər iki ölkəni yeni sanksiyalarla hədələyir.

Ukraynaya hərbi müdaxilə səbəbindən Qərbin sanksiya və təzyiqləri ilə üzləşən Rusiya vəziyyətdən çıxış yolu aramaqda, özünə müttəfiqlər axtarışındadır. Bu məsələdə özünə ən yaxın İranı görür. Məhz İran Rusiyanın təcavüzünü dəstəkləyib, hətta onu hərbi texnika ilə təchiz etməkdən də çəkinməyib, proses davam edir. İki ölkə arasında hərbi-texniki əməkdaşlıq elə bir həddə çatıb ki, fövqəldövlətlər məsələyə ciddi şəkildə qarışmaq qərarına gəlib.

Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.

Yeni sanksiyalar gündəmdədir

Xirosimada keçirilən sammitdə narahatlığını dilə gətirən G7 liderləri İrandan Ukrayna ilə müharibədə Rusiyaya dəstəyi dayandırmağı tələb ediblər. Fövqəldövlətlər İranın davamlı sabitliyi pozan fəaliyyətlərindən narahatlıqlarını qeyd ediblər. Mediada yer alan xəbərlərə görə, Rusiya və İran arasında dərinləşən əməkdaşlığın qarşısını almaq üçün hər iki ölkəyə qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsi üzərində iş gedir. İlkin olaraq Rusiya və İranın Ukrayna müharibəsində istifadə etdiyi bank, təyyarə və gəmilərə qarşı sanksiyalar tətbiq etmək təklif olunub. Sanksiyalara İranın milyardlarla dollarlıq aktivlərinin dondurulması da daxildir. Bəs nədən İran Rusiya yolunda özünü bu qədər ziyana salır? Axı sanksiyalar onsuz da ağır vəziyyətdə olan İranda mövcud durumu daha da gərginləşdirə bilər.

Tehran-Moskva əməkdaşlığı müharibəni uzadır?
Tehran və Moskva arasında hərbi əməkdaşlığın güclənməsindən narahat olan Qərb hesab edir ki, Rusiya və İranın müdafiə sahəsindəki əməkdaşlığının genişlənməsi Ukrayna müharibəsinin uzadılmasına yönəlib. Yayılan xəbərlərdə vurğulanır ki, Rusiya İrandan daha təkmil dronlar almağı planlaşdırır. Eyni zamanda, İran da Rusiyadan təyyarələr və başqa hərbi texnika da daxil milyardlarla dollarlıq silah almaq niyyətindədir. Rusiya İrandan ilk növbədə təkmilləşdirilmiş döyüş dronları alır. İran iki ay əvvəl bəyan etmişdi ki, Rusiyadan Su-35 təkmil qırıcı təyyarələrinin alınması barədə saziş imzalayıb. Nə Tehran, nə də Moskva bu sazişin detallarını açıqlamayıblar. İranın dövlət mediası yazır ki, Tehran döyüş təyyarələri almaq üçün bir sıra ölkələrə müraciət edib və Moskva onun ricasını müsbət cavablandırıb. Rusiya prezidenti Vladimir Putin və İranın ali rəhbəri Əli Xamenei ötən il iyulda Tehranda görüşmüş və Qərb sanksiyalarının təsirini azaltmaq məqsədilə əməkdaşlığın gücləndirilməsinin mühümlüyünü vurğulamışdılar. Rusiya İran silahlarından istifadə ittihamlarını rəsmən rədd etsə də, Müdafiə Nazirliyi yanında İctimai Şuranın nümayəndəsi RBC telekanalındakı canlı yayımda bunu etiraf etmişdi. O, bunu deyəndə həmin anda mikrofonun söndürüldüyünü zənn edirdi. Tehran isə bu xəbərləri nəhayət təsdiqləyərək bildirib ki, İran “az sayda” PUA-nı Rusiyaya Ukraynaya hücumundan aylar əvvəl çatdırıb.

Tehran və Moskva ortaq ticarət donanması qurur

Yeri gəlmişkən, sanksiyalar qarşısında sənaye potensialını qorumaq və artırmaqda böyük təcrübəyə malik İran Rusiya ilə “əsrin ən irimiqyaslı layihəsini” reallaşdırmaq istiqamətində də mühüm bir addım atıb. İki ölkə 20 ticarət gəmisi tikmək barədə razılığa gəlib. Lakin gəmilərin Volqa-Xəzər dənizi naviqasiya kanalında quruya düşmə riskləri var. Tərəflər bu problemi həll etmək üçün də plan cızırlar. Rusiya mediası yazır ki, 20 gəminin inşası və satın alınması üçün müqavilə imzalanıb. İran.ru xəbər verir ki, tərəflər şimal-cənub və şərq-qərb tranzit dəhlizlərində gəmilərin alınması və tikintisi, yüklərin daşınmasının təşkili üzrə birgə müəssisə yaratmaq barədə razılığa gəliblər. Müqaviləyə uyğun olaraq, gəmilərin kombinə edilmiş daşımalarının və tikintisinin həyata keçirilməsi üçün tərəflərin resurslarından və imkanlarından istifadə etməklə limanların yüklə təmin edilməsi planı hazırlanacaq. “Şimal-Cənub” nəqliyyat dəhlizinin inkişafı üçün yeddi ölkənin iştirakı ilə beynəlxalq konsorsium yaradılır, onun hüquqi strukturu artıq qeydiyyata alınır. Rusiyaya cənub, Yaxın Şərq və Hind okeanı ölkələrinə dəhliz lazımdır. Bu dəhliz yaradılarkən Qazaxıstan, Özbəkistan, Azərbaycan və Türkmənistandan keçməklə avtomobil və dəmir yolu ilə yükdaşımaların birləşdirilməsi, o cümlədən Xəzər dənizindəki limanlar və ətrafdan keçən dəmir yolları vasitəsilə İran və Hindistanla nəqliyyat dəhlizinə inteqrasiya edilməsi nəzərdə tutulur.

Bundan əvvəl İranın Rəşt və Astara şəhərləri arasında təxminən 170 km uzunluğunda dəmir yolu hissəsində layihələndirmə, tikinti, mal və xidmətlərin çatdırılmasının maliyyələşdirilməsi üzrə əməkdaşlıq haqqında Rusiya-İran hökumətlərarası saziş də imzalanıb. Vladimir Putin ümidvar olduğunu bildirib ki, Tehran və Bakı arasında dəmir yolu infrastrukturunun inkişafı və bu marşrut üzrə yükdaşımalarda əməkdaşlığa dair saziş tezliklə imzalanacaq. Nəticədə Rusiyanın Baltik və şimal dənizlərindəki limanları İran limanları ilə birləşdiriləcək. Layihənin ümumi dəyəri 1,6 milyard avro təşkil edir, sahənin tikintisinə 1,3 milyard dövlətlərarası kredit ayrılacaq. Müqaviləyə əsasən, Moskva və Tehran layihələndirməni, tikintini, eləcə də malların tədarükünü birgə maliyyələşdirəcəklər. Rusiya baş nazirinin birinci müavini Andrey Belousov bildirib ki, “Şimal-Cənub” nəqliyyat dəhlizi üzrə yük daşımaları 2030-cu ilə qədər üç dəfə artaraq 45 milyon tona, gələcəkdə isə 60-100 milyon tona çatacaq. İran mediası yazır ki, Astara-Rəşt nəqliyyat dəhlizinin tikintisi Rusiyanın tarixi istəklərinin reallaşmasından xəbər verir. Layihə tək iqtisadi deyil, həm də strateji əhəmiyyət kəsb edir. Marşrutun məqsədi Rusiyanın okeanlardan təcrid olunmasının qarşısını almaqdır.
Dün, 16:19
London və Tehran razılığa gəldi
Dün, 15:38
İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib
Dün, 15:04
Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb
Dün, 14:41
Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib
Dün, 11:59
İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib
Dün, 11:28
Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər
Dün, 10:59
Azərbaycan neftinin qiyməti 74 dollara düşüb
Dün, 09:54
Ukrayna Volqoqradda "Titan-Barrikadı" zavoduna zərbə endirib
26-06-2026, 12:35
Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək
26-06-2026, 11:23
Venesuela Səhiyyə Nazirliyi: Zəlzələlər nəticəsində 235 nəfər ölüb, 4,3 min nəfər xəsarət alıb
26-06-2026, 10:48
ABŞ yığması DÇ-2026-da tarixi qol rekordunu yeniləyib
26-06-2026, 09:41
Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26-06-2026, 09:16
Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
26-06-2026, 08:58
Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür
25-06-2026, 17:45
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
25-06-2026, 17:14
Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib
25-06-2026, 16:45
İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib
25-06-2026, 16:25
“İntellektual gömrük” informasiya sistemi yaradılıb
25-06-2026, 12:52
TƏBİB regionlarda həkim çatışmazlığının həlli üçün təhlillərə başlayıb
25-06-2026, 12:32
Su polisi Hövsanda əməliyyat keçirib, külli miqdarda narkotik aşkarlanıb
25-06-2026, 11:48
İƏT Parlament İttifaqı Konfransının 20-ci sessiyası başa çatıb - YENİLƏNİB
25-06-2026, 11:09
Azərbaycan Mozambiki Müstəqillik Günü münasibətilə təbrik edib
25-06-2026, 10:33
600 bal toplayanların ən çoxu I qrupdadır
25-06-2026, 09:51
Mərdəkanda dənizdə batanlardan sonuncusunun meyiti tapılıb
25-06-2026, 09:07
Dünya bazarlarında "WTI" neftinin qiyməti 70 dollardan aşağı enib
24-06-2026, 17:51
Milli Məclis və TBMM sədrləri görüşüb, Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin önəmi vurğulanıb
24-06-2026, 17:17
Azərbaycan Qırğızıstanın beynəlxalq axtarışa verdiyi şəxsi təhvil verib