Hüseyn Şahmalıyev: Müzəffər, Qalib Azərbaycan Ordusu
Gündəm / Cəmiyyət
Oxunub: 0
24 Haz 2023 | 12:44
Hüseyn Şahmalıyev: Müzəffər, Qalib Azərbaycan Ordusu

Hüseyn Şahmalıyev
YAP Qobustan rayon təşkilatının Qobustan
Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi Şəxs ərazi partiya təşkilatının sədri,


İkinci Qarabağ müharibəsi tarixə Azərbaycanın Şanlı Qələbəsi kimi yazıldı. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Silahlı Qüvvələrimizin müəllifi olduğu bu Zəfərimizin qazanılmasında xüsusi rolu olan xalq-ordu birliyi daha bir imtahandan uğurla çıxdı. İllərdən bəri göstərilən siyasi qətiyyətin, möhkəm iradənin məntiqi nəticəsi olan bu Zəfər yolunda atılan addımlar bəhrəsini verdi. Prezident İlham Əliyevin müdafiə qüdrətimizin möhkəmlənməsi istiqamətində davam etdirdiyi siyasət özünü doğrultdu. Xalqla ordunun birliyi Qələbə əzmini artırdı, ordunu daha güclü etdi. Ulu Öndər Heydər Əliyevin «Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır» sözlərinin hikmətini sülh danışıqlarına sadiq qalmaqla, müdafiə qüdrətimizi möhkəmləndirməklə, ordumuzu ən müasir silah, sursat, hərbi avadanlıqlarla təminatını Qələbə üçün başlıca amil kimi diqqətdə saxlayan Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, siyasi müstəvidə qazanılan qələbə döyüş meydanındakı Zəfərimizi təmin etdi. Danışıqlar yolu ilə əldə olunmayan nəticə hərbçilərimizin peşəkarlığı, rəşadəti, şəhidlərimizin canı-qanı bahasına, dövlətimizin siyasəti hesabına qazanıldı. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masasında qarşıya qoyulan məqsədinə nail oldu.
2020-ci il noyabrın 9-da Ermənistanın baş naziri Nikol Paşinyan Üçtərəfli Bəyanatı imzaladı. Bu təslimçilik aktı Azərbaycanın gücünü, xalqımızın birliyini göstərdi. Bakıda keçirilən «Dəmir yumruq» adlı Zəfər paradı, nümayiş etdirilən ən müasir hərbi texnika, nizami ordu göstərdi ki, müharibədə beşinci nəsil hərbi texnikanın tətbiqi ilə düşmənə ölümcül zərbə vuran Azərbaycanın qarşısında dura biləcək qüvvə yoxdur. «Bu tarixi missiyanı Siz icra etmisiniz - Azərbaycan əsgəri, Azərbaycan giziri, Azərbaycan zabiti icra edib. Xalqımızın vətənpərvərlik ruhunun Qələbənin qazanılmasında böyük rolu olduğunu dəfələrlə vurğulayan Prezident İlham Əliyevin söylədiyi kimi, Azərbaycan xalqı bu tarixi anı yaşadığı üçün xoşbəxtdir.
XXI əsrin müharibəsini aparan Azərbaycan Silahlı Qüvvələrinin döyüş təcrübəsinin, peşəkarlığının, ən çətin istehkamları keçmək məharətinin dünyanın aparıcı hərbi məktəblərində öyrənilməsi Azərbaycan əsgərinin qüruru, məhvə məhkum Ermənistanın «yenilməz ordu mifi»nin dağıdılması idi. 30 il ərzində Ermənistanı dəstəkləyənlərin təxribatlarına baxmayaraq Qalib gələn Azərbaycan hərbçilərinin döyüş ruhu, Qələbə əzmi oldu.
Münaqişənin danışıqlar yolu ilə həllinə tərəfdar olan Prezident İlham Əliyev dəfələrlə bildirmişdi ki, əgər məsələ sülh yolu ilə həll olunmasa, biz bunu hərbi yolla həll edəcəyik. Nəticədə də belə oldu.
Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində 30 illik işğala tarixdə görünməmiş döyüş təcrübəsi ilə son qoydu. Qəhrəmanlıq dastanı olan Şuşa əməliyyatından sonra Ermənistan diz çökdü. Bu müharibədə xalqımız kimi bütün dünya ictimaiyyəti Milli Ordumuzun gücünü, qüdrətini gördü, heyrətləndi. Azərbaycanın uğurlarına qısqanclıqla yanaşanlar da təəccüblərini gizlədə bilmədilər. İşğal altına düşmüş birinci şəhərimiz olan Şuşanın sonuncu olaraq azad olunması Qələbə sevincimizin tarixi Zəfər dastanı oldu.
Qələbənin səbəbkarı isə 44 gündə birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı yerinə yetirən Azərbaycan xalqı, Milli Ordumuzun hər bir əsgəri, zabitidir. Azərbaycanın hərbi, diplomatiya sahəsində əldə etdiyi bu uğurda ən böyük sevinc payı sülh və sabitlik əsasında gələcəyi qurmaq uğrunda cəsarətli addımlar atan xalqımıza məxsusdur. Qələbəmiz üçün torpaqlarımızın bütövlüyü naminə qurban gedən Şəhidlərimizin fədakarlığı sayəsində Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Müharibə başa çatandan sonra və bu günlərdə Prezident İlham Əliyevin sərəncamları ilə Milli Qəhrəman adına layiq görülənlər, orden medallarla təltif olunanlar bu mükafatlara layiqdirlər. Müharibədə yaralananlara yüksək səviyyədə dövlət qayğısı göstərilir. Müharibə zamanı daim yanımızda olan Türkiyə qazilərimizin müalicəsində də qardaş yardımını əsirgəmir.
Silahlı Qüvvələrin yaranması günü münasibətilə hərbi mundir daşıyan bütün hərbçilərimizi təbrik edir, onlara uğurlara aparan yollarda Qələbələr arzulayırıq.
Bugün, 12:35
Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək
Bugün, 11:23
Venesuela Səhiyyə Nazirliyi: Zəlzələlər nəticəsində 235 nəfər ölüb, 4,3 min nəfər xəsarət alıb
Bugün, 10:48
ABŞ yığması DÇ-2026-da tarixi qol rekordunu yeniləyib
Bugün, 09:41
Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
Bugün, 09:16
Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Bugün, 08:58
Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür
Dün, 17:45
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
Dün, 17:14
Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib
Dün, 16:45
İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib
Dün, 16:25
“İntellektual gömrük” informasiya sistemi yaradılıb
Dün, 12:52
TƏBİB regionlarda həkim çatışmazlığının həlli üçün təhlillərə başlayıb
Dün, 12:32
Su polisi Hövsanda əməliyyat keçirib, külli miqdarda narkotik aşkarlanıb
Dün, 11:48
İƏT Parlament İttifaqı Konfransının 20-ci sessiyası başa çatıb - YENİLƏNİB
Dün, 11:09
Azərbaycan Mozambiki Müstəqillik Günü münasibətilə təbrik edib
Dün, 10:33
600 bal toplayanların ən çoxu I qrupdadır
Dün, 09:51
Mərdəkanda dənizdə batanlardan sonuncusunun meyiti tapılıb
Dün, 09:07
Dünya bazarlarında "WTI" neftinin qiyməti 70 dollardan aşağı enib
24-06-2026, 17:51
Milli Məclis və TBMM sədrləri görüşüb, Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin önəmi vurğulanıb
24-06-2026, 17:17
Azərbaycan Qırğızıstanın beynəlxalq axtarışa verdiyi şəxsi təhvil verib
24-06-2026, 16:47
Milli Paralimpiya Komitəsində Tunis Qran-prisinin mükafatçıları ilə görüş keçirilib
24-06-2026, 16:17
İran XİN: AEBA müfəttişlərinin nüvə obyektlərinə girişi yalnız yekun razılaşma çərçivəsində müzakirə olunacaq
24-06-2026, 15:56
Neftçalada DOST filialının açılışı olub
24-06-2026, 15:33
Nazim Sadıxov: "Braziliyalı rəqibimin zəif və güclü tərəflərini təhlil etmişəm"
24-06-2026, 15:02
İlham Əliyev Numan Kurtulmuşu qəbul edib
24-06-2026, 13:26
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
24-06-2026, 13:08
Sabah Bakıda və rayonlarda yağış yağacaq
24-06-2026, 12:40
Türkiyəyə köçən xarici vətəndaşlar - Azərbaycanlılar da siyahıdadır