Sürücülərin nəzərinə: Dairələrdə dəyişiklik edilir
Gündəm / Sosial
Oxunub: 678
15 Nis 2019 | 16:29
Sürücülərin nəzərinə: Dairələrdə dəyişiklik edilir

Dördüncü mikrorayon və Biləcəri dairələrində nəqliyyat şəraitinin yaxşılaşdırılması, mütəmadi olaraq müşahidə edilən tıxac və sıxlıq hallarının minimuma endirilməsi, bundan başqa, konflikt nöqtələrinin aradan qaldırılması ilə yol hərəkətinin təşkilində ən prioritet məsələlərdən biri olan piyada təhlükəsizliyinin təmin edilməsi istiqamətində işlər görüləcək.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, 4-cü mkr. dairəsində hərəkətin səmərəliliyinin artırılması məqsədilə mövcud dairənin həndəsi ölçüləri dəyişdirilir. Cavadxan (Memar Əcəmi metrostansiyası istiqamətindən) və 20 Yanvar küçələrindən dairəyə daxil olan və geriyə dönmə hərəkətini yerinə yetirmək istəyən nəqliyyat vasitələrinin maneəsiz hərəkətinin təşkil edilməsi məqsədilə dairədə geriyə dönmə yerinin təşkili planlaşdırılır. Hüseyn Seyidzadə küçəsi və Mir Cəlal küçəsi vasitəsilə dairəyə doğru hərəkət edib, Z.Bünyadov prospekti istiqamətinə yönəlmək istəyən nəqliyyat vasitələrinin isə dairəyə daxil olmadan düzünə hərəkəti təşkil ediləcək. Cavadxan və Hüseyn Seyidzadə küçəsinin kəsişməsində hərəkətin kanallaşdırılması məqsədilə ayırıcı adacıq inşa olunacaq. Hüseyn Seyidzadə küçəsi vasitəsilə (Eldar Babayev küçəsi istiqamətindən) dairə istiqamətində hərəkət edib sağa, Cavadxan küçəsinə yönəlmək istəyən nəqliyyat vasitələri üçün isə əlavə zolaq yaradılacaq.

Biləcəri dairəsi adlanan ərazidə də dairənin həndəsi ölçüləri dəyişdirilir. Həmçinin, nəqliyyat vasitələrinin hərəkəti kanallaşdırılır, mövcud avtobus dayanacaq məntəqələrinin yerləri dəyişdirilir. Həm dairənin, həm də Natavan və Rəşid İsmayılov küçələrinin kəsişməsində hərəkət svetoforlarla tənzimlənəcək. Piyadaların rahat və təhlükəsiz şəkildə hərəkətinin təmin edilməsi məqsədilə nizamlanan piyada keçidlərinin təşkili nəzərdə tutulub.
Dün, 18:29
Azərbaycan vətəndaşları Gürcüstanda daimi yaşayan əcnəbilərin ilk beşliyindədir
Dün, 18:01
ADSEA: Su təchizatı ilə bağlı tənzimləmə işləri yekunlaşmaq üzrədir
Dün, 17:35
Məsrur Bərzani Prezident İlham Əliyevə təbrik ünvanlayıb
Dün, 17:11
Dövlət başçısı: Azərbaycan-Türkmənistan münasibətləri möhkəm təməl üzərində qurulub
Dün, 15:45
Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb
Dün, 15:17
Sahibə Qafarova İordaniya Nümayəndələr Palatasının sədri ilə görüşüb
Dün, 14:40
Ukrayna Voronejdə "İskəndər" və "Kalibr"in hissələrini istehsal edən zavoda hücum edib - YENİLƏNİB
Dün, 12:52
Milli Məclisin sədri Əli Xameneinin vida mərasimində iştirak edəcək
Dün, 12:04
“Bunun sonu pis olacaq” - Zelenski
Dün, 11:35
Sabah Cəlilabadın üç kəndində qaz olmayacaq
Dün, 11:01
Ağcabədi Pedaqoji Kollecində yeni təyinatlar olub
Dün, 10:31
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
Dün, 09:29
İvanovka yolunda ağır qəza - Ölən və yaralananlar var
Dün, 08:55
Bu ərazilərdə işıq olmayacaq
20-06-2026, 15:54
Ağdamda daha bir qrup sakin üçün peşə hazırlığı kursu başlayıb
20-06-2026, 15:30
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb
20-06-2026, 14:57
İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb
20-06-2026, 14:23
Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur”
20-06-2026, 12:10
Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək
20-06-2026, 11:10
Özünü prokurorluq əməkdaşı kimi qələmə verən şəxs həbs olunub
20-06-2026, 10:39
İsrail Livanın cənubuna zərbələr endirməyə davam edir, azı 5 nəfər ölüb
20-06-2026, 10:08
Hidayət Heydərov "Böyük Dəbilqə" turnirində tatamiyə çıxmayıb
19-06-2026, 18:25
Məzunları magistratura imtahanında ən yüksək və ən zəif nəticə göstərən ali məktəblər məlum olub
19-06-2026, 17:44
Rəşad Nəbiyev Ağdamda vətəndaşları qəbul edəcək
19-06-2026, 16:57
İntensiv yağış yağacaq, temperatur 4-7° enəcək
19-06-2026, 16:36
Ölkə üzrə pensiyalar tam ÖDƏNİLDİ
19-06-2026, 14:22
İsrail ordusu Livanda ciddi itkilər verdi