Sahibə Qafarova Bolqarıstan Prezidenti ilə görüşdü
Gündəm / Cəmiyyət
Oxunub: 0
13 Eyl 2023 | 12:42
Sahibə Qafarova Bolqarıstan Prezidenti ilə görüşdü


Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevlə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Azərbaycan parlament rəhbərini səmimiyyətlə salamlayan dövlət başçısı qeyd edib ki, Azərbaycan və Bolqarıstan sadəcə strateji tərəfdaş ölkələr deyil, həm də çox yaxın ölkələrdir.

Ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq müntəzəm xarakter daşıyır. Onun sözlərinə görə, Azərbaycan və Bolqarıstan beynəlxalq müstəvidə baş verən bir çox proseslərə də eyni baxışlara malikdir, ölkələrimizin regionlarımızın sabitliyinə və təhlükəsizliyinə dair mövqeləri eynidir. Bolqarıstan Prezidenti ikitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli səfərlərin əhəmiyyətini qeyd edərək, Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ildə və bu il Bolqarıstana, özünün isə 2023-cü ilin martında Azərbaycana səfərlərini xoş təəssüratlarla xatırlayıb.

Bolqarıstan Prezidenti, digər sahələrdə olduğu kimi, parlamentlər arasında əməkdaşlığın vacibliyini qeyd edərək, bu istiqamətdə də təmasların sıxlaşdırılmasının ikitərəfli münasibətlərin daha da inkişafına töhfə verəcəyini bildirib.

O, həmçinin regionda sülh və təhlükəsizliyin təmin olunmasını istədiklərini, sülh danışıqlarını dəstəklədiklərini diqqətə çatdırıb.

Rumen Radev Azərbaycanla Bolqarıstan arasında enerji sahəsində də uğurlu nəticələrin müşahidə edildiyini qeyd edərək, bildirib ki, Azərbaycan qazı artıq Bolqarıstana gəlib çatıb. Strateji tərəfdaşlıq münasibətlərimiz yalnız enerji sahəsini əhatə etmir. Ölkələrimiz arasında digər sahələrdə də uğurlu əlaqələr mövcuddur. Azərbaycan və Bolqarıstan Avropa İttifaqının enerji təhlükəsizliyi ilə bağlı strateji baxışını icra etdi.

“Həmrəylik Halqası - STRİNG layihəsinin ölkələrimizin birgə təşəbbüsü olduğunu deyən Rumen Radev, həmçinin bildirib ki, SOCAR-ın Bolqarıstanda ofisinin açılması da bu sahədə uğurlu əməkdaşlığı göstərir. O, həmçinin ölkələrimiz arasında yaşıl enerji sahəsində də əməkdaşlıq üçün yaxşı imkanların olduğunu qeyd edib.

Göstərilən yüksək səviyyəli qonaqpərvərliyə görə minnətdarlığını bildirən Milli Məclisin sədri Sahibə Qafarova, Azərbaycan Prezidenti cənab İlham Əliyevin salamlarını Bolqarıstanın dövlət başçısına çatdırıb. O, dövlət başçılarının qarşılıqlı səfərlərinin, aparılan müsbət danışıqların ölkələrimiz arasında münasibətlərin inkişafında vacib rolunu qeyd edib. Spiker deyib ki, Prezident İlham Əliyevin 2022-ci ilin sentyabr - oktyabr aylarında rəsmi səfəri zamanı istifadəyə verilən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru bu əməkdaşlıqda yeni səhifə açıb.

Bu səfərin onun Azərbaycan Milli Məclisinin sədri kimi Bolqarıstana ilk rəsmi səfəri olduğunu xatırladan spiker Sahibə Qafarova bildirib ki, Azərbaycan ilə Bolqarıstan parlamentləri arasında əməkdaşlığın inkişafında qarşılıqlı səfərlər mühüm rol oynayır. O həmçinin, parlamentlərimizin müxtəlif beynəlxalq parlament təşkilatları çərçivəsində sıx əməkdaşlığının daha da inkişafı üçün yaxşı imkanlar olduğunu, dostluq qruplarının birgə fəaliyyətinin bu istiqamətdə önəmini qeyd edib. Spikerin sözlərinə görə, dostluq qrupları müntəzəm təmaslar, dialoq və fikir mübadiləsi ilə parlamentlərimiz arasında körpü rolunu oynayır.
Sahibə Qafarova, həmçinin parlament komitələrinin işi vasitəsilə parlamentlər arasında əlaqələrin daha da dərinləşdirilməsi imkanları barədə də danışıb.
Milli Məclisin sədri Sahibə Qafarova görüşdə 2020-ci ildə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbə və öz ərazi bütövlüyünü bərpa etməsindən sonra regionda yeni yaranmış vəziyyət barədə məlumat verib. Spiker hazırda Azərbaycanın öz imkanları hesabına işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı yenidənqurma və bərpa işləri həyata keçirildiyini, işğal qurbanı olmasına baxmayaraq, ölkəmizin beynəlxalq hüququn 5 prinsipinə, o cümlədən bir-birinin ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına, qarşılıqlı hörmətə əsaslanan sülh müqaviləsinin imzalanması təşəbbüsü ilə çıxış etdiyini, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı siyasi-hərbi təxribatlarını davam etdirdiyini diqqətə çatdırıb.

O, Azərbaycanın Qarabağ bölgəsində Ermənistan tərəfindən qondarma rejimin “prezident seçkiləri”nin ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün, Azərbaycan Konstitusiyasının və qanunvericiliyinin, habelə beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması olduğunu qeyd edərək, beynəlxalq birliyin bütün üzvlərini Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş bu akta düzgün siyasi qiymət verməyə, təcavüzkar separatizmə qarşı öz səslərini ucaltmağa və adı çəkilən qanunsuz fəaliyyətləri qəti şəkildə pisləməyə çağırıb.

Sahibə Qafarova həmçinin, Ermənistanın “blokada”, “humanitar böhran” barədə yalan və əsassız iddiaları ilə bağlı məlumat verərək, deyib ki, Ermənistan bu cür həqiqətdən uzaq, uydurma iddiaları gündəmə gətirməklə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü birbaşa hədəfə alıb. Spiker deyib ki, Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılmasına, suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında sülh sazişinin imzalanmasına sadiqdir, o cümlədən Qarabağ bölgəsinin etnik erməni sakinlərinin ölkəmizin bərabərhüquqlu vətəndaşları kimi reinteqrasiyası üçün səylər göstərir.

Görüşdə humanitar sahədə də əməkdaşlığın vacibliyini qeyd edən spiker Sahibə Qafarova bildirib ki, Azərbaycan və Bolqarıstan xalqları arasında dostluq dövlətlərarası münasibətlərin inkişafı üçün möhkəm əsasdır. Xalqlarımız arasında humanitar əlaqələr zəngin tarixə malikdir. Xalqlarımızın mədəniyyət, incəsənət, elm sahələrində əməkdaşlığını sübut edən çoxlu faktlar var. Təhsil, elm, mədəniyyət sahələrində əməkdaşlıq xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına xidmət edir. O, xüsusilə 2016-cı ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Veliko Tırnovo şəhərinin Trapezitsa Memarlıq Muzeyi Qoruğunun bərpa edilməsinin sıx humanitar əlaqələrimizin daha bir nümunəsi olduğunu vurğulayıb. Həmçinin, 2022-ci ilin sentyabrında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa ilə Veliko Tırnovo şəhərləri arasında qardaşlıq əlaqələrinin yaradılması haqqında Memorandumun da önəmi ifadə edilib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Sahibə Qafarova Bolqarıstan Prezidenti ilə görüşdü
Sahibə Qafarova Bolqarıstan Prezidenti ilə görüşdü
Sahibə Qafarova Bolqarıstan Prezidenti ilə görüşdü
Bugün, 10:18
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Bugün, 09:35
Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
Bugün, 08:58
BİZİM TƏQVİM:23 iyunda baş vermiş tarixi hadisələr
Dün, 18:29
Azərbaycan vətəndaşları Gürcüstanda daimi yaşayan əcnəbilərin ilk beşliyindədir
Dün, 18:01
ADSEA: Su təchizatı ilə bağlı tənzimləmə işləri yekunlaşmaq üzrədir
Dün, 17:35
Məsrur Bərzani Prezident İlham Əliyevə təbrik ünvanlayıb
Dün, 17:11
Dövlət başçısı: Azərbaycan-Türkmənistan münasibətləri möhkəm təməl üzərində qurulub
Dün, 15:45
Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb
Dün, 15:17
Sahibə Qafarova İordaniya Nümayəndələr Palatasının sədri ilə görüşüb
Dün, 14:40
Ukrayna Voronejdə "İskəndər" və "Kalibr"in hissələrini istehsal edən zavoda hücum edib - YENİLƏNİB
Dün, 12:52
Milli Məclisin sədri Əli Xameneinin vida mərasimində iştirak edəcək
Dün, 12:04
“Bunun sonu pis olacaq” - Zelenski
Dün, 11:35
Sabah Cəlilabadın üç kəndində qaz olmayacaq
Dün, 11:01
Ağcabədi Pedaqoji Kollecində yeni təyinatlar olub
Dün, 10:31
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
Dün, 09:29
İvanovka yolunda ağır qəza - Ölən və yaralananlar var
Dün, 08:55
Bu ərazilərdə işıq olmayacaq
20-06-2026, 15:54
Ağdamda daha bir qrup sakin üçün peşə hazırlığı kursu başlayıb
20-06-2026, 15:30
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb
20-06-2026, 14:57
İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb
20-06-2026, 14:23
Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur”
20-06-2026, 12:10
Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək
20-06-2026, 11:10
Özünü prokurorluq əməkdaşı kimi qələmə verən şəxs həbs olunub
20-06-2026, 10:39
İsrail Livanın cənubuna zərbələr endirməyə davam edir, azı 5 nəfər ölüb
20-06-2026, 10:08
Hidayət Heydərov "Böyük Dəbilqə" turnirində tatamiyə çıxmayıb
19-06-2026, 18:25
Məzunları magistratura imtahanında ən yüksək və ən zəif nəticə göstərən ali məktəblər məlum olub
19-06-2026, 17:44
Rəşad Nəbiyev Ağdamda vətəndaşları qəbul edəcək