Yutubda keçmiş sevgilisi ilə bağlı video yayan qadın cəzalandırıldı
Mingəçevir Şəhər Məhkəməsində Şəhər Mərkəzi Xəstəxanasının oftalmoloqu Elxan Hüseynovun qeyri-rəsmi nikahda yaşadığı Pərvanə Tahirova barəsindəki xüsusi ittiham qaydasında şikayətinə baxılıb.
E.Hüseynov əvvəllər qeyri-rəsmi nikahda yaşadığı və 3 yaşlı övladının anası olan qadının Cinayət Məcəlləsinin 147 və 148-ci (Təhqir və böhtan) maddələri əsasında məsuliyyətə cəlb edilməsini tələb edib. O bildirib ki, əvvəllər sevgi münasibətində olduğu qadın mətbuatda və yutub platformasında çıxış edərək onun haqqında təhqiramiz və böhtan xarakterli fikirlər bildirib. Yutubda yayılmış video məhkəməyə sübut kimi təqdim edilib.
Araşdırmalar zamanı məlum olub ki, həkim E.Hüseynov bir neçə il əvvəl Pərvanə Tahirova ilə qeyri-rəsmi ər-arvad kimi yaşamağa başlayıb və onların bir qızı dünyaya gəlib. Daha sonra E.Hüseynov Pərvanəni və qızını özünə məxsus evə köçürüb. Lakin bir müddət sonra onların münasibəti pozulub və E.Hüseynov keçmiş sevgilisi və övladının evi tərk etməsini tələb edib. Lakin P. Tahirova Elxanın tələbini rədd edib və evi ona qaytarmayacağını, onun qızını böyütdüyünü deyib. Daha sonra tərəflər arasında məhkəmə çəkişməsi başlayıb. Həmçinin P.Tahirova Elxanın onun yaşadığı evə gizli kamera quraşdırması və sair iddialarla bağlı video çəkərək mediada yayıb.
Məhkəmə xüsusi ittiham qaydasındakı şikayəti təmin edib. P.Tahirova qeyd edilən maddələr üzrə təqsirli hesab edilib və 1500 manat cərimə olunub.
Dün, 18:22
Sahibə Qafarova: Dünyada davam edən münaqişələr və böhranlar insanların həyatını risk altına alır
Dün, 17:45
Ədliyyə Nazirliyi: Məhkumlara qadağan olunan əşyaların verilməsi və ötürülməsi cinayət məsuliyyəti yaradır
Dün, 16:28
Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək
Dün, 15:44
Milli Kibertəhlükəsizlik Agentliyi “Zimbra” istifadəçilərinə təhlükəsizlik barədə xəbərdarlıq edib
Dün, 14:47
Moldova XIN: Azərbaycanla əlaqələrin daha da möhkəmləndirilməsinə ümid edirik
Dün, 14:09
Ukrayna Rusiyaya məxsus təyyarəni aerodromda vurub
Dün, 12:53
Sabah 36 dərəcə isti gözlənilir, güclü külək əsəcək
Dün, 12:21
Növbəti köç karvanları Şükürbəyli və Horovlu kəndlərinə çatıb - YENİLƏNİB
Dün, 11:49
Kamran Əliyev Yasamal rayonunda vətəndaşları qəbul edib
Dün, 11:18
Ali məktəblərə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib
Dün, 10:41
Tokayev Qazaxıstan hökumətini istefaya göndərib
Dün, 10:17
Azərbaycan neftinin qiyməti 92 dolları ötüb
Dün, 09:05
Nepalda daşqın nəticəsində ölənlərin sayı 469 nəfərə çatıb
27-08-2026, 18:01
Bərdədə avtomobil evə çırpılıb, 3 nəfər xəsarət alıb - FOTO
27-08-2026, 17:24
Ağ Ev: Hazırda İranla danışıqlar aparılmır
27-08-2026, 16:38
Balıq ovunda qadağan olunmuş alətlərin siyahısı müəyyənləşdiriləcək
27-08-2026, 16:11
"Sabah" futbol klubuna 5 milyon manat ayrılıb - SƏRƏNCAM
27-08-2026, 15:43
“Qarabağ”ın oyununa görə metronun iş rejimi dəyişəcək
27-08-2026, 14:52
“Gənclik”də avtobusların dayanacaq yeri müvəqqəti dəyişdirilib
27-08-2026, 14:18
Moldovanın hava sahəsində 5 dron müşahidə olunub
27-08-2026, 12:24
Təhsil Tələbə Krediti Fondu ali məktəblərə qəbul olunanlara müraciət edib
27-08-2026, 11:47
İlham Əliyev Maya Sanduya: Əməkdaşlığımızı bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik
27-08-2026, 11:14
Ali Məhkəmə podrat müqavilələri üzrə məhkəmə təcrübəsinə aydınlıq gətirib
27-08-2026, 10:39
DİN sosial şəbəkələrdə saxta xidmətlərlə bağlı vətəndaşlara xəbərdarlıq edib
27-08-2026, 09:35
AVRO-2026: Bu gün Milli Gimnastika Arenasında C qrupunun daha iki oyunu keçiriləcək
27-08-2026, 08:57
BİZİM TƏQVİM:27 avqustda baş vermiş tarixi hadisələr
26-08-2026, 18:05
Tramp: MKİ rəhbərinin Rusiyaya səfəri qismən rutin xarakterlidir

