Azərbaycanın ən dəhşətli problemi: Çarə tapmalıyıq!

Halal kolbasa və sosisdən sonra dərmanların halallıq dərəcəsini müəyyən etməyin ölkəmizin milli təhlükəsizliyi ilə bağlı dəhşətli strateji addım olduğunu ifadə etməkdən qürur duyduğumu yazmaya bilməzdim!
Əlbəttə, Qarabağ kimi ağır, taleyüklü, milli məsələni həll edəndən, bu qarayaranı kəsib atandan sonra milli-strateji hədəflərimiz istiqamətində baş sındırarkən tibb sahəsindən gələn həşəmətli təklif hamımızın ürəyincədir. Çünki tibbçilərimiz çox doğru olaraq Qarabağın “qarayara” olduğunu, Ordumuzun onu kəsib atdığını müstəqim mənada fəhmlə dərk etdiklərindən, yeni metodlarla milli düşüncəmizə rövnəq verməyi qaçılmaz hesab ediblər.
Sanıram ki, bir qədər tələskənliyə yol veriblər – çünki dərmanlardan qabaq əməliyyat məsələsini həll etmək lazım idi. Çünki əsas əməliyyatdır.
İlk növbədə aydınlaşdırmalıyıq ki, Ordumuz Qarabağ adlı qarayaranı kəsərkən narkozdan istifadə edib, ya yox? Əgər narkozdan istifadə edibsə, heç doğru zad deyil, çünki narkozun-anesteziyanın tərkibində islam qaydalarına qətiyyən uyğun olmayan maddələrin olması şübhəsizdir. Hələ morfini demirik – morfi ümumiyyətlə bihuşluq yaradır, ağlı başdan alır, sərməstlik gətirir ki, bu da illərdir qıldığımız namazı batil edir.
Narkozsuz, morfisiz əməliyyatların tətbiqinə keçməyin vaxtı deyilmi? Bu, həddən artıq halallıq olar!
Bu baxımdan fələstinlilərin ən müasir texnoloji tətbiqindən bəhrələnmək mümkündür. Yeri gəlmişkən, ötən gün BMT-nin insan haqları ilə məşğul olan komitəsi məlumat yayıb ki, Qəzzada yaralıları narkozsuz, anesteziya olmadan əməliyyat edirlər və guya bu, narkozun çatışmazlığı ilə bağlıdır.
Dərman halallığı ilə bağlı müzakirə və standart tətbiqindən sonra isə artıq gün kimi hər kəsə aydın oldu ki, Qəzzada islami qaydalara uyğun olaraq cərrahi əməliyyatı aparılır – narkozsuz, üyüşdürücü olmadan. Belə xəstələrin çığırtısınını Haqq-təala daha tez eşidəcəyinə kimsə şəkk-şübhə etməsin!
Bu təcrübəni tətbiq etməklə əməliyyatlara da bir müsəlmançılıq, möminlik, ədəb-ərkan gətirə bilərik.
Donuzlarla bağlı da konkret addımlar atılmalıdır və ölkəmizdə bir dənə də donuz qalmamalıdır - yenə Ordumuzun təcrübəsindən bəhrələnməklə. Ordumuz Ağdam məscidindən donuzu necə çıxarıbsa, həkimlərimiz də donuzları ölkəmizin sərhədlərindən o cür kənara qovmalıdır. Ən yaxşısı AZAL-a bilet alıb, Amerikaya göndərməkdir. Orda dinsizlər o qədər qudurub ki, donuzun özünü yeyib, ürəyini insana köçürürlər.
Biz donuzu Azərbaycana qarşı doğru-dürüst mövqedə olmayan ölkələrə göndərməklə, bu kafərlərin Allah yanında olan hörmətini bir qəpiklik edə bilərik ki, əslində bu da milli-strateji hədəflərimizə çatmağımıza həkimlərimizin cahanşümal qatqısı deməkdir.
O ki qaldı həkimlərimizi rüşvət tələb etməsi, pul verməyənləri müalicə etməməsi, əməliyyatı səhv edib, xəstələri öldürməsi, sağ ayağı amputasiya olunmalı xəstənin sol ayağını mişarlayıb atması, başı ağrıyanı babasildən müalicə etməsi kimi zadlara – bunların heç biri haram deyil, əslində, tibbi inqilabdır, həm də halal, islami! Əvvəla ona görə ki, həkimlər rüşvət yox, hörmət alır və bu da müsəlmansayağıdır, halaldır, ana südü kimi; axtarsaq, hətta bunun dəlillərini Quranda tapacaq qədər savadlı dinşünaslarımız da ortaya çıxa bilər; ikincisi, sağ ayağın yerinə sol ayağın kəsilməsi Allahın təqdiridir – demək, belə məsləhətdir; üçüncüsü, Əzrayıl təkdir, çatdıra bilmir və Azərbaycan həkimləri də can-başla ona yardım edir. Burda dindənkənar, haram nə ola bilər ki?
Ölkəmizdə hər yerdə halallıq var: bazarda çəkidə aldatmırlar, dükanda Bakıda istehsal edilən tər-təmiz Zelandiya yağı satılır, təmiz Çin xammalından Bakı sexlərində halal Türkiyə məhsulları tikilir və s.
Bircə əməliyyatları da halallıq standartlarına uyğunlaşdırmaq çarəsini tapsaq, bitdi, ta bizə zaval yoxdu – hamımız dərhal cənnətdə olacağıq, şübhəniz olmasın!
20-06-2026, 15:54
Ağdamda daha bir qrup sakin üçün peşə hazırlığı kursu başlayıb
20-06-2026, 15:30
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb
20-06-2026, 14:57
İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb
20-06-2026, 14:23
Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur”
20-06-2026, 12:10
Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək
20-06-2026, 11:10
Özünü prokurorluq əməkdaşı kimi qələmə verən şəxs həbs olunub
20-06-2026, 10:39
İsrail Livanın cənubuna zərbələr endirməyə davam edir, azı 5 nəfər ölüb
20-06-2026, 10:08
Hidayət Heydərov "Böyük Dəbilqə" turnirində tatamiyə çıxmayıb
19-06-2026, 18:25
Məzunları magistratura imtahanında ən yüksək və ən zəif nəticə göstərən ali məktəblər məlum olub
19-06-2026, 17:44
Rəşad Nəbiyev Ağdamda vətəndaşları qəbul edəcək
19-06-2026, 16:57
İntensiv yağış yağacaq, temperatur 4-7° enəcək
19-06-2026, 16:36
Ölkə üzrə pensiyalar tam ÖDƏNİLDİ
19-06-2026, 14:22
İsrail ordusu Livanda ciddi itkilər verdi
19-06-2026, 13:26
İlham Əliyev otağındakı tək heykəldən danışdı: Babamın yadigarıdır
19-06-2026, 12:49
Sahibə Qafarova jurnalistika tələbələrini Milli Məclisə dəvət etdi
19-06-2026, 12:07
Naxçıvanda Prezident nümayəndəliyinin statusu artırılır
19-06-2026, 11:10
İyunda qeyri-çimərlik ərazilərdə 12 nəfər batıb
19-06-2026, 10:26
Oğuzda narkotik alverçiləri saxlanıldı
19-06-2026, 09:53
Xankəndidə həyat canlanır: daha 18 ailə şəhərə köçürüldü
19-06-2026, 09:06
Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək
18-06-2026, 18:41
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan hərbçiləri üçün təlim keçəcək
18-06-2026, 17:44
Kərim Vəliyev MDB iştirakçı dövlətləri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasına qatılıb
18-06-2026, 16:02
Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb
18-06-2026, 14:22
İsmayıl Kartal "Fənərbağça"nın baş məşqçi təyin olunub
18-06-2026, 12:54
Niamey aeroportunda partlayış və silah səsləri qeydə alınıb
18-06-2026, 12:21
TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub
18-06-2026, 11:08
İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı