Bakıda yalan ayaq tutmur, frau Berbok!
Gündəm / Cəmiyyət
Oxunub: 0
7 Kas 2023 | 09:40
Bakıda yalan ayaq tutmur, frau Berbok!

Sən demə, Almaniyada da yeri səhv düşənlər olurmuş

Kimsə “köhnə qitə”nin və Avropa İttifaqının mühüm dövlətlərindən hansınınsa beynəlxalq məsələlərdə səlahiyyətli olan nazirlərindən birinin belə səhv edəcəyini söyləsəydi və ya haradasa yazsaydı, qətiyyən inanmazdıq. Xüsusən, son otuz ildə Avropa və Qərb dövlətlərindən dəfələrlə və çoxsaylı hədyanlar eşitmiş Azərbaycan əhalisinə yalan sırımaq cəhdi absurd və gülüncdür. Amma belə bir fakta yenə şahidlik etdik və dərhal da şair Qabilin “Səhv düşəndə yerimiz…” şeirindəki “…korşalırıq biz, səhv düşəndə yerimiz!” – ifadəsi yadımıza düşdü.

Söhbət ondan gedir ki, “qoca qitə”nin Anadolu türkləri demiş, kos-koca dövlətlərindən olan Almaniyanın hələ gənc ikən korşalmış xarici işlər naziri frau Annalena Berbokun bir neçə gün əvvəl – yəni dünyanın son yetmiş ildə yaşadığı ən həssas dövründə, üstəlik, artıq kiminsə aldadılması mümkün olmayan vaxtda, sürətlə inkişaf edən Azərbaycanın paytaxtında ağappaq yalan danışması region mətbuatı tərəfindən ciddi şəkildə qınandı. Qeyd edildi ki, alman nazir özünə hörmət qoymur.

Xanım Berbokun bu yalanı azərbaycanlı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında səsləndirməsi böyük diplomatik səhv idi. Beynəlxalq təcrübəyə və protokol qaydalarına görə, diplomatlar hətta düşmənçilik etdikləri ölkələrdəki həmkarları ilə danışarkən belə, həmsöhbətinə ehtiramla yanaşırlar. Berbok həmin düşüncəsiz addımıyla Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramova qarşı hörmətsizlik etmiş oldu. Halbuki, bundan əvvəl Almaniyanın ölkəmizdən xeyli neft aldığını dilə gətirmişdi: “Biz Ermənistanın tərəfdarı deyilik, daim Azərbaycanın ərazi bütövlüyünü tanımışıq”.

Ermənistanın tərəfdarı deyilsən, təbii sərvətlərinə ehtiyacın olan Azərbaycanınərazi bütövlüyünü tanıyırsan və… Azərbaycan ərazilərinin bəzi yerlərinin adını ermənicə deyirsən. Bu daşlı yollarda sənin atın yeriməz, frau. İndi – bütün dünyanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığı vaxtda bizim şəhərlərimizin adını ermənicə səsləndirmək – sadəcə Fransanın quyruğunda getmək deməkdir. O Fransanın ki, öz ərazisində sabitlik yoxdur. Görünür, həm də bu səbəbdən Qafqazda da əmin-amanlıq mühitinin qərarlaşmasına qarşı çıxır. Əlbəttə, bu qarşıçıxmada həlledici rolu Parisin ermənipərəstliyi oynayır.

Onu da unutmayaq ki, Fransanın yaşadığımız coğrafiyada çirkin addımlar atmasının əsas səbəbi Afrikadakı müstəmləkələrinin əlindən çıxmasıdır. Bəs, Almaniyaya nə düşüb? Onun ki müstəmləkəsi yoxdur. Bu səbəbdən ölkənin Avropa İttifaqının üz qarasına çevrilmiş Fransanın quyruğunu buraxaraq, mütərəqqi yol tutmuş dövlətlərin ardınca getməsi daha yaxşı olmazdımı? Təbii ki, kiməsə yol göstərmək fikrimiz yoxdur. Ancaq kimlərinsə yarımçıq təfəkkürlərinin mücərrəd guşələrində bəslədikləri yalanları bizə sırımaq cəhdlərinə münasibətdə susan deyilik. Elə cənab Ceyhun Bayramov da susmadı və keçirdiyi birgə mətbuat konfransında almaniyalı həmkarına diplomatiya dərsi verdi.

Buradan belə nəticə çıxır ki, frau Berbok öz ölkəsinə qayıdandan sonra Almaniya rəhbərlərinə də yalan danışacaq ki, bəs Azərbaycanda olarkən, vaxtilə Ermənistandan qovulmuş, bütün hüquqları pozulmuş qaçqınlarla da görüşüb, onların problemləri ilə maraqlanıb. Onun diplomatik dayazlığı belə söz deyəcəyini düşünməyə əsas verir.

Hər halda Almaniyanın XİN rəhbəri Bakıdakı “Mənzərə” restoranında azərbaycanlı “qaçqınlarla” görüşməyə vaxt tapdı. Yəni, diqqət edək, xanım Berbok Ermənistanda Qarabağdan köçənlər və məcburi köçkün kimi sırınan şəxslərlə görüşür, Azərbaycanda isə öz ölkəsinin maraqlarını satmağa hazır bir ovuc zümrənin təmsilçiləri ilə. Necə deyərlər, deyəsən “Mənzərə” mənzərə görüb axı.

Sözügedən zümrənin təmsilçilərinə gəlincə, onların qrant naminə nəinki Şuşanın və ya Xankəndinin, hətta Qəbələvə İsmayıllının adını da ermənicə deməyə hazır olduqları hər kəsə yaxşı məlumdur. Yeri gəlmişkən, Almaniyanın baş diplomatı Ermənistana səfəri çərçivəsində sülhməramlı kimi sırınan erməni xüsusi təyinatlılarının düşərgəsinə baş çəkməyi unutmayıb. Nəticəyə gələk: Ermənistan güclü olmalı, möhkəmlənməli, Azərbaycan isə saxta demokratlara meydan verilməklə zəiflədilməlidir…

Nə isə, ölkəsində bir çoxlarının “kifayət qədər təcrübəli diplomat” adlandırdığı Annalena Berbok naşılıq nümayiş etdirərək deyib ki, Qarabağdan köçən insanlar ona Qarabağa qayıtmaq istədiklərini deyiblər: “Hesab edirəm ki, Azərbaycan onlara şans tanımalıdır”.

Bu yaddaşı korşalmış diplomata Azərbaycan Prezidentinin dəfələrlə bəyan etdiyi fikri xatırladaq – Qarabağ erməniləri vətəndaşlarımızdır. Deməli, onlar ölkəmizdə yaşayan ləzgilər, talışlar, ruslar, ukraynalılar, yəhudilər kimi, bütün hüquqlardan bəhrələnəcəklər. Ancaq görünən budur ki, həmin ermənilər vətəndaş olmağa razı deyillər. Bəlkə “dövlət” olmaq istəyirlər? Yaxşı deyil, xanım Berbok bunu da çatdırsın!

Sual olunur: Almaniyada yaşayan çoxsaylı xalqlardan hansınınsa beş-on min təmsilçisi bu ölkənin ərazisində özlərinə dövlət yaratmaq istəsə, rəsmi Berlin belə avantürizmə münasibətdə hansı reaksiyanı verəcək? Təbii ki, Almaniya dövləti ən sərt sifətini göstərəcək və göstərməlidir də. O zaman ölkənin XİN rəhbəri nə üçün belə edir? Yoxsa diplomatik təcrübəsi normal düşüncəyə imkan vermir? Bəlkə onun erməni XİN rəhbəri Ararat Mirzoyanla birgə ixtisasartırma kurslarına göndərilməsi üçün Almaniya dövlətinə müraciət ünvanlayaq?

Sonda bunu da bildirək. Xanım Berbok,unutmayın ki, Azərbaycanın xarici siyasətinin ən mühüm tərkib hissələrindən biri heç bir ölkənin daxili işlərinə qarışmamaq və kiminsə özünün daxili işlərinə qarışmasına imkan verməməkdir. Yəni “ermənilərə şans tanımaq” təşəbbüsünü özünüzlə aparın, bəlkə Almaniyada gərəyiniz oldu.
20-06-2026, 15:54
Ağdamda daha bir qrup sakin üçün peşə hazırlığı kursu başlayıb
20-06-2026, 15:30
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb
20-06-2026, 14:57
İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb
20-06-2026, 14:23
Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur”
20-06-2026, 12:10
Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək
20-06-2026, 11:10
Özünü prokurorluq əməkdaşı kimi qələmə verən şəxs həbs olunub
20-06-2026, 10:39
İsrail Livanın cənubuna zərbələr endirməyə davam edir, azı 5 nəfər ölüb
20-06-2026, 10:08
Hidayət Heydərov "Böyük Dəbilqə" turnirində tatamiyə çıxmayıb
19-06-2026, 18:25
Məzunları magistratura imtahanında ən yüksək və ən zəif nəticə göstərən ali məktəblər məlum olub
19-06-2026, 17:44
Rəşad Nəbiyev Ağdamda vətəndaşları qəbul edəcək
19-06-2026, 16:57
İntensiv yağış yağacaq, temperatur 4-7° enəcək
19-06-2026, 16:36
Ölkə üzrə pensiyalar tam ÖDƏNİLDİ
19-06-2026, 14:22
İsrail ordusu Livanda ciddi itkilər verdi
19-06-2026, 13:26
İlham Əliyev otağındakı tək heykəldən danışdı: Babamın yadigarıdır
19-06-2026, 12:49
Sahibə Qafarova jurnalistika tələbələrini Milli Məclisə dəvət etdi
19-06-2026, 12:07
Naxçıvanda Prezident nümayəndəliyinin statusu artırılır
19-06-2026, 11:10
İyunda qeyri-çimərlik ərazilərdə 12 nəfər batıb
19-06-2026, 10:26
Oğuzda narkotik alverçiləri saxlanıldı
19-06-2026, 09:53
Xankəndidə həyat canlanır: daha 18 ailə şəhərə köçürüldü
19-06-2026, 09:06
Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək
18-06-2026, 18:41
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan hərbçiləri üçün təlim keçəcək
18-06-2026, 17:44
Kərim Vəliyev MDB iştirakçı dövlətləri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasına qatılıb
18-06-2026, 16:02
Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb
18-06-2026, 14:22
İsmayıl Kartal "Fənərbağça"nın baş məşqçi təyin olunub
18-06-2026, 12:54
Niamey aeroportunda partlayış və silah səsləri qeydə alınıb
18-06-2026, 12:21
TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub
18-06-2026, 11:08
İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı