İqbal Ağazadə İlham Əliyevi dəstəklədiyini açıqladı

Azərbaycan Ümid Partiyası növbədənkənar Prezident seçkiləri ilə bağlı qərarını açıqlayıb.
Partiyadan verilən məlumata görə, partiya Prezident seçkilərində hazırki Prezident İlham Əliyevin namizədliyini dəstəkləyir və bunu ölkəmiz, xalqımız adına ən doğru qərar hesab edir.
Sözügedən qərarın mətnini təqdim edirik:
“Ümid Partiyası 2002-ci ildən siyasi proseslərdə ölkənin əsas partiyalarından biri olmuş və keçirilən bütün seçkilərdə (2004-cü il bələdiyyə seçkiləri xaric) aktiv iştirak etmiş, seçici ilə səmimi ünsiyyətdə olmuş, proqramını, gələcək planlarını açıq bəyan etmiş, qalib gəlmək üçün bütün partiya resurslarını səfərbər etmişdir. Hər keçirilən seçkidə partiyanın təşkilatlanması və seçici rəyinə təsir edən siyasi instituta çevrilmək üçün yeniliklər tətbiq etmiş, qanun çərçivəsində bütün imkanlardan yararlanmağa çalışıb.
Partiyanın əsas məqsədi dövlətçiliyimizin möhkəmləndirilməsi, işğal olunmuş torpaqlarımızın azad olunması, suveren hüquqlarımızın ölkə ərazisində bərqərar olması, vətəndaşlarımızın sosial rifah halının yaxşılaşdırılması, demokratik təsisatların inkişaf etdirilməsi, əsas insan hüquq və azadlıqlarının qorunması olmuşdur. Keçirilən hər bir seçkini fürsət bilən partiya bu istiqamətdə geniş fəaliyyət göstərməklə, ölkənin əsas təşkilatlanmış partiyalarından birinə çevrilib.
Ümid Partiyası bu gün təşkilatı, strukturu, proqramı və insan resursları ilə ölkə ərazisində ən tanınmış və rəğbət göstərilən partiyalardan biridir.
2020-ci il sentyabrın 27-də başlayan II Qarabağ savaşı zamanı Ümid Partiyası bütün resursları ilə dövlətin və onun maraqlarının yanında yer alaraq torpaqlarımızın işğaldan azad olunması istiqamətində əlindən gələni etməyə çalışıb.
Ölkə daxilində milli birliyin qorunması və 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın azad olunması üçün tərəddüd etmədən ölkə Prezidentini, Ali Baş Komandanı və onun atdığı addımları dəstəkləyib.
Keçən üç ildən bir qədər artıq zamanda Partiya milli dövlətçilik və suveren hüquqlarımızın bərpası istiqamətində baş verən hadisələrin məsuliyyətini dərk edərək, Azərbaycanımızın maraqlarınının qorunmasında heç zaman tərəddüd etmədi, xarici təhdidlərin və ayrı-ayrı dövlətlərin ərazi bütövlüyümüzün bərpası istiqamətində atılan addımlara görə ölkəmiz üzərinə diplomatik hücumlara öz mövqeyi ilə cavab verib.
Torpaqların işğaldan azad edilməsi və suveren hüquqların bərpası istiqamətində bu cür tarixi şanslar çox nadir hallarda yaranır. Bunu düzgün qiymətləndirməyənlər çox təəssüf ki, təkcə özlərinə deyil, ölkə maraqlarına da ziyan vururlar.
Yaşadığımız 30 illik işğal tarixi və onun acı nəticələri bir daha sübut edir ki, ölkənin maraqları naminə hər kəs partiya və fərdi istəklərindən geri durmağı bacarmalı, tarixin verdiyi imkan və şansların düzgün dəyərləndirilməsi üçün rasional qərarlar qəbul etməlidir”.
Partiyanın açıqlamasında bildirilib ki, ölkənin işğal olunmuş ərazilərinin azad olunması və suveren hüquqlarımızın bərpası keçən 3 il ərzində məhz İlham Əliyevin siyasəti və adı ilə bağlıdır: “Baxmayaraq ki, bu gün torpaqlarımız işğaldan azad edilib, dövlət sərhədlərimizə nəzarət öz əlimizdədir, amma proses hələ bitməyib. Müxtəlif xarici təsirlər, bəzən təhdidlər, sülh müqaviləsinin bağlanmaması hələ də narahatlıq və böyük nigaranlıq yaradır.
Belə vəziyyətdə başlanılan və uğurla aparılan bir siyasətin yekununa varması üçün mütləq stabillik və davamlılıq, o cümlədən bu prosesi aparan Ali Baş Komandan İlham Əliyevin öz vəzifəsini icra etməsi ən məqəsədəuyğun hal olardı.
Azərbaycan dövlətinin maraqlarını, ərazi bütövlüyünün bərpası işinin sülh müqaviləsi ilə yekunlaşmasını, aparılan siyasətin davamlılığını, suverenliyimizin möhkəmlənməsini, bu tarixi uğurun və şansın mütləq qələbə ilə sonlandırılmasını dəstəkləyən Ümid Partiyası 2024-cü ilin 7 fevral tarixində keçiriləcək növbədənkənar Prezident seçkilərində hazırki Prezident, Ali Baş Komandan İlham Əliyevin namizədliyini dəstəkləyir və bunu ölkəmiz, xalqımız adına ən doğru qərar hesab edir.
Ümid Partiyası heç zaman seçicilərinə və vətəndaşlarımıza münasibətdə qeyri-səmimi olmadı.
İlham Əliyevin torpaqlarımızı işğaldan azad edərək 200 illik bir təhdidə son qoyması ölkə seçiciləri içərisində onun kifayət qədər yüksək reytinqini formalaşdırmışdır. Biz vətəndaşlarımız, seçicilərimiz ilə birlikdəyik.
Ölkə daxilindəki problemlərin həlli istiqamətində mübarizə və fəaliyyətimizi, prinsip və düşüncələrimizi yenə də ardıcıl və sistemli davam etdirəcəyik. Lakin bu mərhələ ölkə suverenliyi və dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində həlledici mərhələdir. Başladığı işi uğurla sona çatdırması üçün bu seçkidə iddia və istəklərimizdən, şəxsi və partiya mənafelərimizdən daha çox Azərbaycanımızı düşünərək, Ali Baş Komandan İlham Əliyevin namizədliyini dəstəkləyirik”.(Bakupost)
Dün, 15:54
Ağdamda daha bir qrup sakin üçün peşə hazırlığı kursu başlayıb
Dün, 15:30
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb
Dün, 14:57
İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb
Dün, 14:23
Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur”
Dün, 12:10
Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək
Dün, 11:10
Özünü prokurorluq əməkdaşı kimi qələmə verən şəxs həbs olunub
Dün, 10:39
İsrail Livanın cənubuna zərbələr endirməyə davam edir, azı 5 nəfər ölüb
Dün, 10:08
Hidayət Heydərov "Böyük Dəbilqə" turnirində tatamiyə çıxmayıb
19-06-2026, 18:25
Məzunları magistratura imtahanında ən yüksək və ən zəif nəticə göstərən ali məktəblər məlum olub
19-06-2026, 17:44
Rəşad Nəbiyev Ağdamda vətəndaşları qəbul edəcək
19-06-2026, 16:57
İntensiv yağış yağacaq, temperatur 4-7° enəcək
19-06-2026, 16:36
Ölkə üzrə pensiyalar tam ÖDƏNİLDİ
19-06-2026, 14:22
İsrail ordusu Livanda ciddi itkilər verdi
19-06-2026, 13:26
İlham Əliyev otağındakı tək heykəldən danışdı: Babamın yadigarıdır
19-06-2026, 12:49
Sahibə Qafarova jurnalistika tələbələrini Milli Məclisə dəvət etdi
19-06-2026, 12:07
Naxçıvanda Prezident nümayəndəliyinin statusu artırılır
19-06-2026, 11:10
İyunda qeyri-çimərlik ərazilərdə 12 nəfər batıb
19-06-2026, 10:26
Oğuzda narkotik alverçiləri saxlanıldı
19-06-2026, 09:53
Xankəndidə həyat canlanır: daha 18 ailə şəhərə köçürüldü
19-06-2026, 09:06
Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək
18-06-2026, 18:41
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan hərbçiləri üçün təlim keçəcək
18-06-2026, 17:44
Kərim Vəliyev MDB iştirakçı dövlətləri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasına qatılıb
18-06-2026, 16:02
Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb
18-06-2026, 14:22
İsmayıl Kartal "Fənərbağça"nın baş məşqçi təyin olunub
18-06-2026, 12:54
Niamey aeroportunda partlayış və silah səsləri qeydə alınıb
18-06-2026, 12:21
TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub
18-06-2026, 11:08
İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı