İlham Əliyevi dəstəkləməməyim haqsızlıq olar - Elçibəyin qardaşı oğlundan ŞOK AÇIQLAMA
Fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. İndiyədək 7 nəfərin - Prezident İlham Əliyevin, Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafanın, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, deputat Zahid Orucun, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin, BAXCP sədri Qüdrət Həsənquliyevin, deputat Razi Nurullayevin, Vətəndaş Hüquqlarının Müdafiəsinə Dəstək İctimai Birliyinin sədri, siyasi ekspert Fuad Əliyevin namizədliyi irəli sürülüb.
Bəzi siyasi partiyalar seçkilərdə namizəd irəli sürməsə də, mövqelərini açıqlayıb. Məsələn, İqbal Ağazadənin sədrlik etdiyi Ümid Partiyası seçkilərdə İlham Əliyevi dəstəkləyəcək, sabiq baş nazir Pənah Hüseynin rəhbərlik etdiyi Azərbaycan Xalq Partiyası isə üzvlərə seçkilərdə kimi dəstəkləmələri barədə sərbəstlik verib.
Ayrı-ayrı tanınmış şəxslər də növbədənkənar prezident seçkilərində kimi dəstəkləyəcəkləri barədə açıqlamalar veriblər.
Modern.az bu məqsədlə Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin qardaşı oğlu Hürrü Əliyevin seçkidə kimi dəstəkləyəcəyi ilə bağlı fikrini öyrənib.
Saytımıza açıqlamasında Hürrü Əliyev İlham Əliyevin növbədənkənar seçkidə qələbəsinin qaçılmaz olduğunu bildirib:
"Növbədənkənar prezident seçkilərinin elanı ən uğurlu və zamanında atılan siyasi addım idi. Cənab Prezident özünün də dediyi kimi, nəyi, nə zaman edəcəyini bilir. Bu gün dünyanın ən aparıcı, demokratik dövlətlərindən müşahidəçilər Azərbaycana gəlsə, dünya tarixində ən şəffaf seçki belə keçirilsə, cənab İlham Əliyevin rahat 70-80 faiz səsi var. Bu, bir mənalıdır. Cənab İlham Əliyevin qələbəsi qaçılmazdır. Biz reallıqdan çıxış edən adamlarıq. Əgər qələbə belə olmasa, hansısa uğur qazanmaq mümkün olsa, seçkilərdə iştirak edərdim. Yoxsa seçkiyə qatılmağın mənası yoxdur. Burada birmənalı əsas namizəd qalibdir. Bəzən fikrimizi yozurlar. Deyirlər ki, bu, iqtidarın mövqeyindən çıxış edir. Bu, doğru deyil. Bizim missiyamız, ideyamız aydındır. Biz bütöv Azərbaycan yolunda olan əsgərlərik. Bu, tək bizim deyil, millətin yoludur. Adama "sənin mübarizən, davan, mücadilən nədir?" deyə soruşarlar. Əlbəttə, yolumuz bütöv Azərbaycan, böyük Turandır. Bu gün ərazilərimizin azad edilməsi, bütöv Azərbaycan yolunda ən real atılan addımı cənab İlham Əliyev atıb. Bunu danmaq Allahsızlıq, haqsızlıq olar".
Elçibəyin qardaşı oğlu İlham Əliyevə səs verəcəyini vurğulayıb:
"Bizim davamız demokratiya, sosial-iqtisadi məsələlər, hər hansı xırda siyasət uğrunda deyil. Mücadiləmiz böyük dava uğrundadır. Bu istiqamətdə İlham Əliyev ən azı bizdən qat-qat çox işlər görüb. Bu, reallıqdır. Onu mən necə müdafiə etməyim? Səsvermədə iştirak edib, ona səs verməməyim haqsızlıq olar. Əgər bizim davamız başqa məsələlər, hakimiyyət və məqam uğrunda olsaydı, bəlkə fərqli düşünərdik. Lakin biz 10 il qabaqdan müxalifət düşərgəsinə deyirdik ki, bütün sosial-iqtisadi, Avropa hüquqları istiqamətində mübarizələri qırağa atın. Vətənin azadlığı, bütövlüyü uğrunda olan düzgün mübarizəyə gəlin. Zaman da göstərdi ki, milli mücadilənin aparıcı tərəfləri nüfuz qazandı. Yenə deyirəm, adam çağırar deyər ki, "qardaş sənin davan bütöv Azərbaycan, milli yol deyil? Lap gözəl,gəl, əyləş qarşıma bu istiqamətdə sən, yoxsa mən çox iş görmüşəm?". Doğrudan da, mənim fəaliyyətim uzaqbaşı təbliğat olub. Amma adamın əməlləri mövcuddur. Ortaya fakt qoyub. Bu istiqamətdə, bəli, cənab İlham Əliyevi mən dəstəkləyirəm".
Dün, 15:54
Ağdamda daha bir qrup sakin üçün peşə hazırlığı kursu başlayıb
Dün, 15:30
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb
Dün, 14:57
İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb
Dün, 14:23
Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur”
Dün, 12:10
Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək
Dün, 11:10
Özünü prokurorluq əməkdaşı kimi qələmə verən şəxs həbs olunub
Dün, 10:39
İsrail Livanın cənubuna zərbələr endirməyə davam edir, azı 5 nəfər ölüb
Dün, 10:08
Hidayət Heydərov "Böyük Dəbilqə" turnirində tatamiyə çıxmayıb
19-06-2026, 18:25
Məzunları magistratura imtahanında ən yüksək və ən zəif nəticə göstərən ali məktəblər məlum olub
19-06-2026, 17:44
Rəşad Nəbiyev Ağdamda vətəndaşları qəbul edəcək
19-06-2026, 16:57
İntensiv yağış yağacaq, temperatur 4-7° enəcək
19-06-2026, 16:36
Ölkə üzrə pensiyalar tam ÖDƏNİLDİ
19-06-2026, 14:22
İsrail ordusu Livanda ciddi itkilər verdi
19-06-2026, 13:26
İlham Əliyev otağındakı tək heykəldən danışdı: Babamın yadigarıdır
19-06-2026, 12:49
Sahibə Qafarova jurnalistika tələbələrini Milli Məclisə dəvət etdi
19-06-2026, 12:07
Naxçıvanda Prezident nümayəndəliyinin statusu artırılır
19-06-2026, 11:10
İyunda qeyri-çimərlik ərazilərdə 12 nəfər batıb
19-06-2026, 10:26
Oğuzda narkotik alverçiləri saxlanıldı
19-06-2026, 09:53
Xankəndidə həyat canlanır: daha 18 ailə şəhərə köçürüldü
19-06-2026, 09:06
Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək
18-06-2026, 18:41
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan hərbçiləri üçün təlim keçəcək
18-06-2026, 17:44
Kərim Vəliyev MDB iştirakçı dövlətləri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasına qatılıb
18-06-2026, 16:02
Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb
18-06-2026, 14:22
İsmayıl Kartal "Fənərbağça"nın baş məşqçi təyin olunub
18-06-2026, 12:54
Niamey aeroportunda partlayış və silah səsləri qeydə alınıb
18-06-2026, 12:21
TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub
18-06-2026, 11:08
İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı

