Serbiyada nələr baş verir: Gərginlik səngiyəcəkmi...
Gündəm / Dünya
Oxunub: 0
25 Ara 2023 | 15:22
Serbiyada nələr baş verir: Gərginlik səngiyəcəkmi...

 

Xəbər verdiyimiz kimi, ötən gecə Serbiyada iğtişaşlar baş verib.

Hadisələrin səbəbi və xronoloji ardıcıllığını təqdim edir.

Bu ilin noyabr ayında Serbiya prezidenti Aleksandar Vuçiç yerli müxalifətin bütün səviyyələrdə hakimiyyətin dəyişdirilməsi tələbi ilə etirazları fonunda növbədənkənar parlament və yerli seçkilərin keçiriləcəyini elan edib. Dekabrın 17-də Serbiyada Milli Assambleyaya (parlament) növbədənkənar seçkilər keçirilib.

“Aleksandar Vuçiç - Serbiya dayanmamalıdır” hakim koalisiyası səslərin əksəriyyətini qazanaraq parlamentdəki 250 yerdən 128-ni, “Serbiya zorakılığa qarşı” müxalifət bloku ikinci yeri tutaraq, mandatların yarısı qədər - 65 mandat alıb. Dekabrın 18-də "Serbiya Zorakılığa Qarşı" koalisiyası seçkinin nəticələri ilə razılaşmayan mitinqlərə başlayıb.

Dekabrın 24-də nümayişçilər şəhər administrasiyasının binasına daxil olmağa cəhd ediblər. Bayraq dirəklərindən istifadə edərək qapını və pəncərələri sındırıblar. Binanın içərisində olan polis əməkdaşları sınmış qapı və pəncərələri canlı sipərlə örtüb, gözyaşardıcı qazdan istifadə ediblər.

Gecə yarısı hüquq-mühafizə orqanları nümayişçiləri dağıdıb və inzibati binanı mühasirəyə alıb. İki polis əməkdaşı ağır yaralanıb, 35 nəfər saxlanılıb. Hadisə yerinə Serbiyanın daxili işlər naziri Bratislav Qasiç gəlib.
Dövlət başçısı Aleksandar Vuçiç etirazlar fonunda çıxış edib.

Onun fikrincə, administrasiya binasına basqın etmək cəhdi suverenliyi pozmağa yönəlib, lakin inqilab deyil. Prezident etirazlarda “xarici faktor”dan danışıb. O, “dəqiq nəyin hazırlandığını bildiklərini açıq şəkildə bəyan edən” xarici xüsusi xidmət orqanlarına təşəkkür edib.

Serbiyanın baş naziri Ana Brnabiç yaxınlaşan iğtişaşlarla bağlı xəbərdarlıq etdiyinə görə Rusiyaya təşəkkür edib. Vuçiç isə Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb. Onun şəhərdəki iğtişaşlarla bağlı Rusiya səfiri Aleksandr Botsan-Xarçenko ilə də görüşəcəyi açıqlanıb.(Modern)
Dün, 15:54
Ağdamda daha bir qrup sakin üçün peşə hazırlığı kursu başlayıb
Dün, 15:30
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb
Dün, 14:57
İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb
Dün, 14:23
Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur”
Dün, 12:10
Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək
Dün, 11:10
Özünü prokurorluq əməkdaşı kimi qələmə verən şəxs həbs olunub
Dün, 10:39
İsrail Livanın cənubuna zərbələr endirməyə davam edir, azı 5 nəfər ölüb
Dün, 10:08
Hidayət Heydərov "Böyük Dəbilqə" turnirində tatamiyə çıxmayıb
19-06-2026, 18:25
Məzunları magistratura imtahanında ən yüksək və ən zəif nəticə göstərən ali məktəblər məlum olub
19-06-2026, 17:44
Rəşad Nəbiyev Ağdamda vətəndaşları qəbul edəcək
19-06-2026, 16:57
İntensiv yağış yağacaq, temperatur 4-7° enəcək
19-06-2026, 16:36
Ölkə üzrə pensiyalar tam ÖDƏNİLDİ
19-06-2026, 14:22
İsrail ordusu Livanda ciddi itkilər verdi
19-06-2026, 13:26
İlham Əliyev otağındakı tək heykəldən danışdı: Babamın yadigarıdır
19-06-2026, 12:49
Sahibə Qafarova jurnalistika tələbələrini Milli Məclisə dəvət etdi
19-06-2026, 12:07
Naxçıvanda Prezident nümayəndəliyinin statusu artırılır
19-06-2026, 11:10
İyunda qeyri-çimərlik ərazilərdə 12 nəfər batıb
19-06-2026, 10:26
Oğuzda narkotik alverçiləri saxlanıldı
19-06-2026, 09:53
Xankəndidə həyat canlanır: daha 18 ailə şəhərə köçürüldü
19-06-2026, 09:06
Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək
18-06-2026, 18:41
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan hərbçiləri üçün təlim keçəcək
18-06-2026, 17:44
Kərim Vəliyev MDB iştirakçı dövlətləri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasına qatılıb
18-06-2026, 16:02
Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb
18-06-2026, 14:22
İsmayıl Kartal "Fənərbağça"nın baş məşqçi təyin olunub
18-06-2026, 12:54
Niamey aeroportunda partlayış və silah səsləri qeydə alınıb
18-06-2026, 12:21
TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub
18-06-2026, 11:08
İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı