“Onun sayəsində Moskvada 7 ev almışam”
Gündəm / Mədəniyyət
Oxunub: 0
26 Ara 2023 | 14:03
“Onun sayəsində Moskvada 7 ev almışam”


Xəbər verdiyimiz kimi, Xalq artisti Flora Kərimova qalmaqal yaşayaraq məhkəməlik olduğu müğənni Afət Fərmanqızı barədə yeni açıqlamalar verib.

Belə ki, "O üz" verilişinin qonağı olan sənətçi yaşadıqları qalmaqalı yenidən gündəmə gətirib:

Müğənni Afət Fərmanqızı ittihamlara səssiz qalmayıb.

Flora Kərimovanın hər dəfə onun adını hallandırması sayəsində xeyli varlandığını açıqlayıb: 

"Allah Flora xanımın canını sağ etsin, onun sayəsində bir il yarım vaxt ərzində Moskvada ikinci evimi alıram. Onun sayəsində tez-tez reklam olunuram. Sizin vasitənizlə ona sual verirəm, o görmürmü ki, mənim toylarımın sayında artım var? Məclisə getmək üçün qiymətim də demək olar ki, hər kəsə bəllidir, heç də aşağı qiymət deyil. Flora Kərimovanın mənim adımı çəkməyi mənə böyük reklam verir və ondan bir şey xahiş etmək istəyirəm: bundan sonra adımı hər ayda bir dəfə yox, həftədə bir dəfə çəkin ki, mən varlanım. Bu gün mən varlanmağımın səbəbkarı kimi Flora xanımın atmacalarını görürəm və ona təşəkkür edirəm, mənə daş ata-ata heykəl qoydu".  

O, F.Kərimovanın hər dəfə efirdə mərhum Xalq artisti İlhamə Quliyeva barəsində danışmasına da münasibət bildirib. A.Fərmanqızı bunun heç də doğru hərəkət olmadığını qeyd edib: 

"Haqq dünyasında olan böyük sənətkarımız İlhamə Quliyevanın adını sağlığında "duxu" çatıb çəkə bilmirdisə, indi də çəkməsin. Həmin verilişin yaradıcı heyətinə, aparıcısına da demək istəyirəm ki, siz ancaq və ancaq İlhamə Quliyevanın haqq dünyasına köçməsindən sonra onun adını çəkə bilərsiniz! Sizdə o cəsarət hardaydı ki, onun sağlığında bu cür suallar verəydiniz. Buna cürətiniz çatmazdı! Ölü dalınca danışmağa nə var ki... Oğul ona deyərəm ki, sağlığında danışardı". 

Afət Fərmanqızı Xalq artistinin "Rusiyada 20 kvadrat metrlik bir otaq tutub, "Haxışta"nı orada deyir" fikrinə də münasibət bildirib: 

"Flora xanım mənim üçün narahat olub, deyir ki, 20 kvadrat metrlik yer tutub. 20 kvadrat deyil, 200 kvadrat metrdir. Sıfırın birini yalan demisiniz. Bundan əlavə qeyd edim ki, Moskvada hətta 20 kvadratmetrlik yer Bakının mərkəzindəki evin qiymətinədir. Ələlxüsus da mənim yaşadığım ərazi çox bahalı yerdir. Mənim yerimə narahat olmasın, Moskvaya köçəndən 200-ə yaxın toya getmişəm. Bunu da bəlli bir məbləğə vuranda iki evin pulu edir. Floranın riyazi savadı bir az zəifdir, ona görə xatırlatma edirəm. Flora bilmir ki, məhkəməyə verib həbs qoydurmaq istədiyi evlərimin hamısını satıb birini saxlamışam. Azərbaycandakı evlərimi satıb Moskvadan ev almışam. Moskvada 7 evim var, bunu ilk dəfədir açıqlayıram. Azərbaycandakı evlərimin hamısını Moskvaya daşımışam. Çünki özüm və ailəm buradadır, evlərim də gözümün qabağında olsun istəyirəm". (Yenisabah.az)
Dün, 18:16
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Dün, 17:58
NK özünün və Prezidentin İşlər İdarəsinin nəqliyyat vasitələrinə dair qərar verib
Dün, 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana dair məlumatları etibarlı mənbələrdən yoxlamağa çağırıb
Dün, 17:14
“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb
Dün, 15:44
Fransada iğtişaşlar fonunda bəzi şəhərlərdə komendant saatı tətbiq ediləcək
Dün, 15:12
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb - FOTO
Dün, 14:38
Bir qrup energetik təltif edilib - Sərəncam
Dün, 13:08
Sabah rayonlara yağış yağacaq
Dün, 12:35
Bakının bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq
Dün, 12:08
Anar Bayramov səhiyyə naziri təyin edilib
Dün, 11:42
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, baş nazirin müavini təyin olunub
Dün, 11:16
Azərbaycan Premyer Liqasında mövsümün tamaşaçı rekordu qeydə alınıb
Dün, 10:19
Bəhruz Əhmədov Laçında hərbçilərlə görüşüb
Dün, 09:23
Azərbaycan Basketbol Liqası: III turun daha bir oyunu bu gün keçiriləcək
Dün, 09:02
Bu gün Nizami rayonunun bəzi ərazilərində işıq olmayacaq
17-10-2026, 16:17
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib
17-10-2026, 14:22
Bakıda İndoneziya mətbəxi və mədəniyyəti festivalı keçirilib
17-10-2026, 13:11
Bazar günü Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq
17-10-2026, 12:47
Zabrat–Maştağa avtomobil yolununun bir hissəsi bağlanıb
17-10-2026, 11:42
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
17-10-2026, 11:04
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
17-10-2026, 10:31
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
17-10-2026, 09:54
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
17-10-2026, 09:28
Azərbaycan Premyer Liqasında bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq
16-10-2026, 18:12
Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
16-10-2026, 17:40
Surqutda “Qazprom”un müəssisəsi dron hücumuna məruz qalıb, güclü yanğın başlayıb
16-10-2026, 17:11
Avtomobil TIR-la toqquşdu - Ölən və yaralananlar var