Bakıda iflasa uğrayan Fransa kəşfiyyatı: Parisdən Azərbaycana qarşı TƏXRİBAT
Gündəm / Cəmiyyət
Oxunub: 0
26 Ara 2023 | 17:50
Bakıda iflasa uğrayan Fransa kəşfiyyatı: Parisdən Azərbaycana qarşı TƏXRİBAT

Bu gün Fransanın Azərbaycandakı səfirliyinin iki əməkdaşı “persona-non-grata” (arzuolunmaz şəxs) elan edilib. Bu ölkənin Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb. Fransa səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən olunduğu Fransa səfirinin diqqətinə çatdırılıb.
 
Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib və XİN-in müvafiq notası Fransa səfirinə təqdim edilib.
 
Qeyd edək ki, diplomatların ölkədən çıxarılması barədə qərar Fransa kəşfiyyatının Azərbaycandakı fəaliyyətinin ifşa olunmasından sonra berilib. Belə ki, Qərb mətbuatının mənbələrdən əldə etdiyi informasiyaya əsasən, araşdırma bir-biri ilə əlaqəli xüsusatlar şəbəkəsini aşkarlamağa imkan verən çox maraqlı aspektləri üzə çıxarıb, uzun illər Fransa casus şəbəkəsinin ştatdankənar əməkdaşı olmuş Fransa vətəndaşlarından biri könüllü olaraq Azərbaycan hüquq-mühafizə orqanları ilə əməkdaşlığa təşəbbüs göstərib.
 
Bakıda iflasa uğrayan Fransa kəşfiyyatı: Parisdən Azərbaycana qarşı TƏXRİBAT

Müəyyən müddət ərzində bir qismi indi və ya əvvəllər Azərbaycanda xidmət etmiş, bəziləri müxtəlif ölkələrdə və nüfuzlu beynəlxalq təşkilatlarda örtülü işi davam etdirən onlarla Fransa xəfiyyəsi aşkarlanıb. Bununla yanaşı, Azərbaycan xüsusi xidmət orqanlarına Fransa rezidenturasının Cənubi Qafqaz, Yaxın Şərq, Ukrayna və Moldovadakı fəaliyyətinə dair dəlil və sənədlər təqdim edilib. Azərbaycan xüsusi xidmət orqanları tərəfindən istintaq olunan cinayət işi üzrə Ukrayna, Gürcüstan və Azərbaycanla əlaqədar kəşfiyyat fəaliyyətini həyata keçirən bir sıra şəxs həbs olunub, bəziləri isə istintaq altındadır.

Beləliklə, Fransa kəşfiyyatı artıq Azərbaycanda agenturasını işə salıb, rəsmi Bakı isə Parisin təxribat fəaliyyətinin qarşısını alıb.
 
Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədri Səməd Seyidov iki fransız deputatın arzuolunmaz şəxs elan edilməsinin çox düzgün qərar olduğunu bildirib:
 
"Fransa beynəlxalq təşkilatların, Avropa Şurası və Avropa Parlamentinin içərisində Azərbaycana qarşı hiyləgərcəsinə öz ideoloji mübarizəsini aparır. Sözügedən təşkilatlardakı nüfuzlarından Fransa sui-istifadə edir. Artıq Azərbaycanın daxilində də provakasiyalar aparırlar. Ona görə də dövlət təhlükəsizliyi orqanları və Xarici İşlər Nazirliyi tamamilə düz addım atıblar. Bu gün parlamentdə də bu məsələləri ciddi müzakirə etdik. Fransa elə addımlar atır ki, onların heç biri insanlıqla, ümumbəşəri dəyərlərlə qəti üst-üstə düşmür. Türkəfobiya, Azərbaycanafobiya, islamafobiya, ksenefobiya Fransanın gündəlik siyasəti olub. Təəssüflər olsun ki, Makron Fransanı tamamilə dəyişdi. Vaxtilə Fransa Avropada azdan-çoxdan azadlıq haqqında danışmaq hüququna malik idi. İndi isə bu ölkə insan haqlarının pozulması və neokolonializm siyasətinin aparılması, islam dünyasına ağlasığmaz formada münasibətin göstərilməsi, xüsusilə də Azərbaycana qarşı ermənilərin zəhərindən istifadə edərək fəaliyyət göstərməsi kimi məsələlərdə birinci sıradadır".
Bakıda iflasa uğrayan Fransa kəşfiyyatı: Parisdən Azərbaycana qarşı TƏXRİBAT

S.Seyidov Azərbaycan hökumətinin bundan sonra daha da sərt addımlar atacağını istisna etmədiyini vurğulayıb:
 
"Gözümüzün qabağında, artıq Fransanın iki diplomatı ölkədən qovulur. Hamı da onların niyə qovulduğunu bilir. Biz həm daxildə, həm də xaricdə maraqlarımızı qorumuşuq, qoruyuruq və bundan sonra da qoruyacağıq. O cümlədən beynəlxalq müstəvidə Fransanın apardığı siyasəti ifşa etməyi davam etdirəcəyik. Biz millət vəkilləri kimi bunu deyirik. Fransa öz münasibətini dəyişməsə, Azərbaycan hökumət tərəfindən daha da kəskin addımlar atıla bilər. Görünən odur ki, Fransanın öz siyasətini dəyişmək fikri yoxdur. Ona görə ki, Makron erməni diasporu vasitəsilə itən nüfuzunu Fransada hansısa formada qoruyub saxlaya biləcəyini hesab edir. İtən nüfuzuna görə Fransanın milli maraqlarına uyğun gələn Azərbaycan milli maraqlarını bir qrup erməni diaspor nümayəndələrinə qurban edir. Faktiki olaraq, Fransanın milli maraqlarının üstündən xətt çəkir. Bu da prezidentə yaraşmayan addımdır. Faktiki olaraq prezidentliyə xəyanətdir. Öz maraqlarının üstündən xətt çəkib, kiminsə maraqlarını üstün tutmaq başadüşülən deyil. Makron isə buna gedir. Çünki siyasi karyerasının artıq süquta uğradığını bilir. Bilir ki, 2027-ci ildə seçilmək imkanı olmayacaq. O, bütün fəaliyyətlərinin ciddi təhlil olunacağını bilir. Buna görə də qorxur. Taleyindən qorxduğuna görə bu məsələləri ortaya atır ki, sabah həmən erməni diasporunun yaxasından yapışıb, özünə dividentlər əldə etsin. Başa düşə bilmir ki, erməni diasporu, xaricdə yaşayan erməni başbilənləri xəyanət etmək üzrə ustadılar. Onlar Türkiyəyə, bizə, Rusiyaya, hətta Qərbə xəyanət edib.  Paşinyan Avropa Parlementində Avropanın xoşuna gəlmək üçün Rusiyanı söyürdü, kömək istəyirdi. Bu gün  qaça-qaça Rusiyaya gedib. Ermənilərin xəyanət dövrü Türkiyədə yüz illərlə, Azərbaycanda 200 il, Rusiyada 3 il, Qərbdə 1 il olub. Bunların xəyanət dövrü məhdudlaşır. Tez başlayıblar. Deməli, bu xəstəlik inkişaf edir. Makron hansısa formada erməni diasporuna arxasını söykəyib kömək gözləyirsə, bilsin ki, onu hamıdan tez satacaqlar. Növbət prezident seçkilərində onun seçilmək hüququ yoxdur. Onu lazımsız istifadə olunmuş siyasi əşya kimi atacaqlar. Erməni diasporu başqa nüfuzlu siyasətçilərin dalınca qaçacacaqlar. Erməni lobbisinə kim arxalanırsa uduzur"
Dün, 15:54
Ağdamda daha bir qrup sakin üçün peşə hazırlığı kursu başlayıb
Dün, 15:30
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb
Dün, 14:57
İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb
Dün, 14:23
Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur”
Dün, 12:10
Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək
Dün, 11:10
Özünü prokurorluq əməkdaşı kimi qələmə verən şəxs həbs olunub
Dün, 10:39
İsrail Livanın cənubuna zərbələr endirməyə davam edir, azı 5 nəfər ölüb
Dün, 10:08
Hidayət Heydərov "Böyük Dəbilqə" turnirində tatamiyə çıxmayıb
19-06-2026, 18:25
Məzunları magistratura imtahanında ən yüksək və ən zəif nəticə göstərən ali məktəblər məlum olub
19-06-2026, 17:44
Rəşad Nəbiyev Ağdamda vətəndaşları qəbul edəcək
19-06-2026, 16:57
İntensiv yağış yağacaq, temperatur 4-7° enəcək
19-06-2026, 16:36
Ölkə üzrə pensiyalar tam ÖDƏNİLDİ
19-06-2026, 14:22
İsrail ordusu Livanda ciddi itkilər verdi
19-06-2026, 13:26
İlham Əliyev otağındakı tək heykəldən danışdı: Babamın yadigarıdır
19-06-2026, 12:49
Sahibə Qafarova jurnalistika tələbələrini Milli Məclisə dəvət etdi
19-06-2026, 12:07
Naxçıvanda Prezident nümayəndəliyinin statusu artırılır
19-06-2026, 11:10
İyunda qeyri-çimərlik ərazilərdə 12 nəfər batıb
19-06-2026, 10:26
Oğuzda narkotik alverçiləri saxlanıldı
19-06-2026, 09:53
Xankəndidə həyat canlanır: daha 18 ailə şəhərə köçürüldü
19-06-2026, 09:06
Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək
18-06-2026, 18:41
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan hərbçiləri üçün təlim keçəcək
18-06-2026, 17:44
Kərim Vəliyev MDB iştirakçı dövlətləri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasına qatılıb
18-06-2026, 16:02
Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb
18-06-2026, 14:22
İsmayıl Kartal "Fənərbağça"nın baş məşqçi təyin olunub
18-06-2026, 12:54
Niamey aeroportunda partlayış və silah səsləri qeydə alınıb
18-06-2026, 12:21
TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub
18-06-2026, 11:08
İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı