"İşıqlar söndü, sonra partlayış baş verdi" - Yataqxana sakini yanğından DANIŞDI

Xəbər verildiyi kimi, dünən gecə saatlarında Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən Sumqayıt Dövlət Texniki Kollecinin korpusunda yanğın baş verib
Modern.az-ın məlumatına görə, baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülüb.
Məlumata görə, yanğın nəticəsində hər mərtəbəsi 512m² olmaqla ümumi sahəsi 1024m² olan ikimərtəbəli binanın 2-ci mərtəbəsində 6 otağın yanar konstruksiyaları 200m² sahədə və dam örtüyünün yanar konstruksiyaları yanıb.
Binanın böyük hissəsi, bitişik olan korpusu və yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Təhlükəsizlik tədbirləri çərçivəsində 8 nəfər sakinin təxliyəsi həyata keçirilib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin (“Qaçqınkom”) Regional idarəetmə və status şöbəsinin müdiri Sənan Hüseynovun sözlərinə görə, ikimərtəbəli inzibati binada 11 ailə məskunlaşıb. Onlardan yeddi ailə Qubadlı rayonundan, iki ailə Cəbrayıl rayonundan, iki ailə isə Laçın rayonundan məcburi köçkünlərdir. Komitə tərəfindən əraziyə baxış keçirilib, hələlik sakinlər qohumlarının evinə yerləşdirilib, hadisə ilə bağlı araşdırma aparılacaq.
Elm və Təhsil Nazirliyindən bildirilib ki, Sumqayıt Dövlət Universitetinin rektoru, kollecin rəhbərliyi hadisə yerinə gəliblər. Qeyd edək ki, binanın yanğın baş verən hissəsində tələbələr yaşamırlar. Yataqxana tipli bu bina qazlaşmayıb.
Yanğın zamanı bir neçə nəfər tüstüdən zəhərlənib. 1954-cü il təvəllüdlü şəxs (kişi cinsli) “Digər qazların toksiki təsiri” diaqnozu ilə orta ağır vəziyyətdə hospitalizasiya olunub. 1981-ci il təvəllüdlü (kişi cinsli) və 1961 -ci il təvəllüdlü (qadın cinsli) şəxslərə “Digər qazların toksiki təsiri” diaqnozu ilə yerində yardım olunub. Durumları kafidir. İki qadına isə “Stresə qarşı kəskin reaksiya” diaqnozu ilə yerində yardım olunub.
Sakin və hadisənin şahidi Sakit Hüseynov bildirib ki, dünən axşam saat 22 radələrində binada işıqlar sönüb. Bir neçə dəqiqə sonra partlayış səsi eşidilib. Bundan sonra yanğın başlayıb. S.Hüseynov bununla bağlı müvafiq qurumlara məlum verib. Məlumatla əlaqədar dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri, polis əməkdaşları əraziyə cəlb edilib.
Dün, 18:12
Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Dün, 17:40
Surqutda “Qazprom”un müəssisəsi dron hücumuna məruz qalıb, güclü yanğın başlayıb
Dün, 17:11
Avtomobil TIR-la toqquşdu - Ölən və yaralananlar var
Dün, 16:28
Prezidentin AQEM Sammitində sülh, əməkdaşlıq, təhlükəsizlik çağırışları
Dün, 15:54
Azərbaycanın Baş Qərargah rəisi NATO-nun nümayəndə heyəti ilə görüşüb
Dün, 15:12
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər
Dün, 13:34
Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Dün, 13:20
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
Dün, 13:03
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
Dün, 12:53
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Dün, 12:14
Ehtiyatda olan hərbçilərin tibb sahəsində xüsusi rütbələri ilə bağlı qanun layihəsi I oxunuşda təsdiqlənib
Dün, 11:48
Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb
Dün, 11:02
Mətbuat Şurası mediada süni intellektdən istifadə qaydalarını tənzimləyən prinsip hazırlayır
Dün, 10:20
Azərbaycan XİN Pakistana başsağlığı verib
Dün, 09:43
Yasamal və Xəzər rayonlarının bir hissəsində işıq olmayacaq
Dün, 09:14
Mətbuat Şurasının IX qurultayı keçirilir
15-10-2026, 18:38
Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb
15-10-2026, 18:09
Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verilib
15-10-2026, 17:48
Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - yenilənib
15-10-2026, 16:52
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
15-10-2026, 15:56
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər
15-10-2026, 15:24
Məsud Pezeşkian oktyabrın 16-da Ermənistana səfər edəcək
15-10-2026, 14:54
Rusiya AQEM-i ümumavrasiya istiqamətində inkişaf etdirməyi təklif edib
15-10-2026, 13:26
Sabah Bakıda hava çiskinli olacaq
15-10-2026, 12:54
Şavkat Mirziyoyev: Azərbaycana AQEM-ə sədrliyi dövründəki təşəbbüslərinə görə təşəkkür edirik
15-10-2026, 12:49
"Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb - FƏRMAN
15-10-2026, 12:09
İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edir - Yenilənib