Ankarada Nizami Gəncəvinin türk dilinə tərcümə olunmuş “Sirlər xəzinəsi”nin təqdimatı olub
Gündəm / Mədəniyyət
Oxunub: 379
22 Şub 2025 | 16:07
Ankarada Nizami Gəncəvinin türk dilinə tərcümə olunmuş “Sirlər xəzinəsi”nin təqdimatı olub

Fevralın 22-də Azərbaycanın Ankaradakı səfirliyində dahi Azərbaycan şairi Nizami Gəncəvinin daha bir poemasının – “Sirlər xəzinəsi”nin türk dilinə tərcüməsinin təqdimat mərasimi olub.

Tədbirdə Azərbaycan mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, nizamişünaslar, ekspertlər, iki qardaş ölkənin ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan səfir R.Məmmədov Nizami irsini “bütün bəşəriyyətin, o cümlədən Türk dünyasının sərvəti” adlandırıb. “Sevindirici haldır ki, Azərbaycanın dahi oğlunun əsərləri türk dilinə də tərcümə olunur ki, bu da müasir Türkiyənin 85 milyonluq əhalisi arasında dahi Nizami haqqında ən dolğun məlumatın formalaşmasına kömək edir”, - deyə diplomat qeyd edib.

Diplomatik nümayəndəliyin rəhbəri Nizami Gəncəvi irsi mövzusunda nəşrlərin sayının artacağına ümid etdiyini bildirib.

Azərbaycan mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxışında dahi Nizaminin kitabının tərcüməsinin təqdimatında iştirakı qürur mənbəyi adlandırıb. “Nizaminin misraları bu gün də dünyada milyonlarla insan üçün bələdçidir”, - deyən nazir müavini Azərbaycan dövlətinin dahi şair və mütəfəkkirin irsinin təbliğinə daim xüsusi diqqət yetirdiyini, yubiley tədbirləri təşkil etdiyini vurğulayıb. O bildirib ki, ölkəmizdə dövlət strukturlarının təşəbbüsü ilə vaxtaşırı olaraq Nizamiyə həsr olunmuş görüşlər və tədbirlər keçirilir.

F.Cəfərov əmin edib ki, bu tədbirlər davam etdiriləcək, o cümlədən Nizami Gəncəvinin əsərlərinin tərcümələrinin beynəlxalq kitab sərgilərində təqdimatı keçiriləcək.

Ölkəmizin Türkiyədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxış edərək məlumat verib ki, məşhur “Xəmsə”nin bütün beş əsəri 2026-cı ilə qədər orijinaldan türk dilinə tərcümə olunacaq. O əlavə edib: “Bu gün türk oxucuları artıq iki əsərlə - “İsgəndərnamə” və “Sirlər xəzinəsi” ilə tanış ola bilərlər. Gələcəkdə Azərbaycanın bir çox başqa şair və yazıçılarının da əsərlərinin türk dilinə tərcüməsini mərhələli şəkildə həyata keçirməyi planlaşdırırıq”.

Tərcümənin müəllifi, Atatürk Universitetinin (Ərzurum) Fars dili və ədəbiyyatı kafedrasının müəllimi, professor Nimet Yıldırım bildirib ki, Türkiyədə ümumi oxucu auditoriyası Nizaminin əsərləri ilə tam şəkildə tanış deyil. O, hazırda “Leyli və Məcnun”un orijinaldan tərcüməsi üzərində işlərin davam etdiyini bildirib. “2026-cı ilin ortalarına qədər biz “Xəmsə”nin tam tərcüməsini hazırlamağı və dahi Nizami Gəncəvinin “Divan”ına keçməyi planlaşdırırıq”, -deyə Yıldırım qeyd edib.

Onun fikrincə, Nizami yaradıcılığı fars dilini zənginləşdirib. “Diqqətəlayiqdir ki, böyük mütəfəkkirin qələmindən əvvəllər farsca işlənməyən yüzlərlə söz və ifadə çıxıb. Bu fakt fars dilinin izahlı lüğətlərində də qeydlə öz əksini tapıb: ilkin mənbə Nizamidir”, -deyən alim vurğulayıb ki, Azərbaycanın dahi oğlunun irsinin təbliğinə töhfə vermək onun üçün böyük şərəfdir.

Səfir R.Məmmədov layihənin müəllifinə dahi Nizaminin doğulduğu yer – Gəncə şəhərinə həsr olunmuş kitab, Azərbaycan mədəniyyət nazirinin müavini F.Cəfərov isə professora təşəkkür plaketi təqdim edib.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Ədəbiyyat İnstitutunun dosenti Təhminə Bədəlova Nizaminin yaşayıb-yaratdığı tarixi dövr haqqında tədbir iştirakçılarına məlumat verib. O bildirib ki, Azərbaycanın dahi oğlunun əsərləri hələ onun sağlığında geniş şəkildə tanınıb.

Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlı Türkiyə ictimaiyyətinin uzun müddət Nizami Gəncəvini fars şairi kimi qəbul etməsindən təəssüfləndiyini bildirib. “Sevindirici haldır ki, bu təhrif olunmuş fikir Azərbaycanın dahi oğlunun əsərlərinin türk dilinə tərcüməsi sayəsində də dəyişir”, -deyə şair vurğulayıb. O qeyd edib ki, dahi Nizami irsi əsrlərboyu dünya şərqşünasları arasında ehtiram və rəğbətlə qarşılanıb.

Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov mədəniyyət sahəsinə dövlət dəstəyinin vacibliyini qeyd edib. O deyib: “Prezident İlham Əliyevin qərarları bütün Azərbaycan mədəniyyəti üçün güclü stimuldur. Bunun ən son sübutu Bəxtiyar Vahabzadənin 100 illik yubileyi haqqında Sərəncamdır”. Nizaminin əsərlərinin hazırda dünyanın bütün aparıcı kitabxanalarının kolleksiyalarında yer aldığını qeyd edən K.Tahirov bildirib ki, dünya üzrə nizamişünasların və tərcüməçilərin səylərini dəstəkləməyə, onları Nizaminin əsərlərinin bütün mövcud elektron variantları ilə tanış etməyə hazırdır.

Azərbaycan mədəniyyət nazirinin müavini F.Cəfərov Nizami Gəncəvinin türk dilində kitablarının nümayiş etdirildiyi stendlə tanış olub.

AZƏRTAC
Ankarada Nizami Gəncəvinin türk dilinə tərcümə olunmuş “Sirlər xəzinəsi”nin təqdimatı olub
Ankarada Nizami Gəncəvinin türk dilinə tərcümə olunmuş “Sirlər xəzinəsi”nin təqdimatı olub
Bugün, 15:56
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər
Bugün, 15:24
Məsud Pezeşkian oktyabrın 16-da Ermənistana səfər edəcək
Bugün, 14:54
Rusiya AQEM-i ümumavrasiya istiqamətində inkişaf etdirməyi təklif edib
Bugün, 13:26
Sabah Bakıda hava çiskinli olacaq
Bugün, 12:54
Şavkat Mirziyoyev: Azərbaycana AQEM-ə sədrliyi dövründəki təşəbbüslərinə görə təşəkkür edirik
Bugün, 12:49
"Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb - FƏRMAN
Bugün, 12:09
İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edir - Yenilənib
Bugün, 11:33
"Baksol yolu"nda 28 yaşlı oğlanın kollektora düşərək ölməsi ilə bağlı ittiham olunan şəxsə cəza istənilib
Bugün, 11:05
MDB Məşvərət Şurasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər
Bugün, 10:33
Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb
Bugün, 10:00
UEFA Konfrans Liqası: Liqa mərhələsinin I turu başlayır
Bugün, 09:21
Bu gün Azərbaycanın bəzi ərazilərində işıq olmayacaq
Dün, 18:15
Emoməli Rəhmon Azərbaycanda səfərdədir
Dün, 17:12
Azərbaycan və Qırğızıstan XTQ-ləri arasında əməkdaşlıq müzakirə olunub
Dün, 16:25
Rusiyadan gətirilmiş 10 min qutu bioloji aktiv qida məhsulu məhv edilib
Dün, 16:19
Laos AQEM-ə üzv qəbul edilib
Dün, 15:20
Emoməli Rahmon Bakıda AQEM sammitində iştirak edəcək
Dün, 14:44
İraqda İŞİD-ə məxsus qurğunun partlaması nəticəsində 2 hərbçi ölüb
Dün, 13:14
Sabah Bakıda 28, rayonlarda 29 dərəcə isti olacaq
Dün, 12:50
Sergey Lavrov Bakıda AQEM sammitində iştirak edəcək
Dün, 12:14
Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənilib
Dün, 11:32
Elnur Əliyev: "18 yerli müəssisəyə transformasiya yol xəritəsi hazırlanıb"
Dün, 11:02
İlham Əliyev: "Azərbaycan beynəlxalq miqyasda istifadə oluna biləcək şəhərsalma təcrübəsi yaradır"
Dün, 10:08
Rumıniya PUA-lara görə iki F-16 qırıcısını havaya qaldırıb
Dün, 09:31
UEFA Çempionlar Liqasında II turun növbəti matçları keçiriləcək
Dün, 09:01
Binəqədi, Qaradağ və Sabunçunun bir sıra ərazilərində qaz olmayacaq
13-10-2026, 17:49
Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb