Trampın qərarı Azərbaycanda bu məhsulları bahalaşdıracaq - SİYAHI
Gündəm / Dünya
Oxunub: 136
3 Nis 2025 | 11:38
Trampın qərarı Azərbaycanda bu məhsulları bahalaşdıracaq - SİYAHI


ABŞ prezidenti Donald Tramp yeni vergi tariflərini açıqlayıb.

ABŞ-ın digər ölkələrə qarşılıqlı şəkildə tətbiq etdiyi gömrük vergilərinin (tariflər, rüsumlar - red) dərəcələri  10-50 faiz arasında dəyişir.

Siyahıya əsasən Azərbaycan ABŞ-ın 10% gömrük vergisi tətbiq edəcəyi ölkələr siyahısındadır. Qeyd edilib ki, Azərbaycan ABŞ-a 10% vergi tətbiq etdiyi üçün ABŞ da Azərbaycana 10 % vergi tətbiq edir.

Tramp ABŞ-ın ticarət müstəqilliyini bərpa etmək məqsədilə bu tarifləri tətbiq edəcəyini vurğulayıb və ölkəsinin iqtisadi gücünün yenidən yüksələcəyini bəyan edib. Açıqlamalara görə ABŞ-ın yeni tarifləri aprelin 5-dən etibarən qüvvəyə minəcək və minimum tarif dərəcəsi 10 % olacaq.

Bu tariflərin Azərbaycan mənşəli məhsullara təsiri necə olacaq?

Qeyd edək ki, ABŞ Azərbaycanın ticarət tərəfdaşlarından biridir. Dövlət Gömrük Komitəsinin məlumatına görə 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 1 milyard 753 milyon dollar olub. Bu göstəriciyə görə ABŞ ticarət tərəfdaşları sırasında 4-cü yerdədir. Amerikanın bu mövqedə olması Azərbaycana idxalla bağlıdır. Belə ki, ticarət dövriyyəsinin 94 faizini Amerikadan gətirilən mallar təşkil edir. 

Azərbaycanın xarici ticarət dövrüyyəsində ABŞ-ın payı 3,68 faizdir. Ölkəyə gətirilən malların 7,68 faizi Amerikadan gətirilir. Azərbaycanın ixracında Amerikanın payı heç 1 faizə də çatmır. Ötən ilin sonunda bu göstərici 0,51 faiz olub. 

Azərbaycandan ABŞ-a əsas ixrac məhsulları təbii meyvə şirələri və mürəbbələr, xalça və toxuculuq malları, dərman və ətir hazırlamaq üçün bitkilər, şərab məmulatları, avadanlıqlar və mexaniki qurğular, kimya məhsulları, radio və radar avadanlıqlarıdır. Bu ildən bu siyahıya yumurta da əlavə olunacaq. 

Azərbaycanın ABŞ-dan idxal etdiyi məhsullar isə qiymətli metallar (qızıl, alüminium), mülki təyyarə, onun mühərrik və ehtiyat hissələri, yerüstü nəqliyyat vasitələri, avadanlıq və cihazlar, eyni zamanda onların ehtiyat hissələri, borular, çənlər və onlara aid hissələrdir. 

Gömrük rüsumlarının artırılması Azərbaycandan ABŞ-a ixrac edilən məhsulların qiymətini artıracaq. Bu ABŞ bazarında həmin məhsulların daha bahalı olmasına gətirib çıxaracaq. Bu da məhsulların rəqabətqabiliyyətini qismən azalda bilər. 

Yüksək rüsumlar Azərbaycan ixracatçılarının yükünü artıracaq. Onlar qiymətləri tənzimləmək məqsədilə əlavə xərcləri ya özləri üzərlərinə götürməli, ya da qiymətləri artırmalı olacaqlar. 

Amma nəzərə almaq lazımdır ki, Azərbaycandan ABŞ-a əsasən xalça, toxuculuq malları, şərab məmulatları və digər əl işləri məhsulları kimi unikal və premium məhsullar ixrac edilir. Onların da öz alıcıları var. 

Əgər Azərbaycan məhsullarıbnın  rəqabət qabiliyyəti azalarsa Azərbaycan ixracatçıları digər bazarlara, xüsusən Avropa, Asiya və yaxın Şərq bazarlarına yönələ bilərlər. 

Ümumilikdə, ABŞ tərəfindən tətbiq edilən 10% gömrük rüsumlarının artırılması Azərbaycan üçün ciddi itkilər vəd etmir. Azərbaycandan bu ölkəyə ixracın zəif olması bunu deməyə əsas verir. Üstəlik  Azərbaycandan Amerikaya ixrac olunan məhsulların çeşidi də çox deyil.

Qeyd edək ki, Tramp xüsusilə Çinə qarşı sərt mövqe göstərərək 67% rüsum tətbiq edir. Yeni tarif siyahısında ən yüksək tariflər Afrikadakı bəzi ölkələrə, məsələn, Lesoto, Kamboca, Laosa və Madaqaskara tətbiq ediləcək. Həmçinin, Vyetnam, Şri Lanka, Myanma kimi ölkələr də yüksək tariflərə məruz qalacaq. Azərbaycana və Türkiyəyə isə 10% gömrük rüsumu qoyulacağı açıqlanıb.

Dərc edilən siyahıya görə ən yüksək tarif Lesotoya (50%), Kambocaya (49%), Laosa (48%), Madaqasqara (48%), Vyetnama (46%), Şri-Lankaya (44%) və Myanmara (44%) tətbiq edilir.

Bundan əlavə, Tramp, ABŞ-a xaricdən gətirilən avtomobillərə 25% gömrük rüsumu tətbiq ediləcəyini də qeyd edib. O, bu tariflərin ABŞ istehsalçıları üçün daha güclü rəqabət və istehlakçılar üçün aşağı qiymətlər yaradacağına inandığını bildirib.

Yeni tariflər həmçinin ABŞ-ın ticarət tərəfdaşları ilə daha bərabər şərtlər üzərində əlaqələr qurmağı məqsəd qoyur.
Trampın qərarı Azərbaycanda bu məhsulları bahalaşdıracaq - SİYAHI
Dün, 18:03
Sabah Mərdəkan qəsəbəsində qaz olmayacaq
Dün, 17:22
Azərbaycan idmançılarının növbəti reytinqi açıqlanıb
Dün, 16:40
İlham Əliyevin sosial media hesablarında "ŞƏT plyus" formatında görüşündəki çıxışına dair paylaşım edilib
Dün, 15:52
"Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribuna quraşdırılıb
Dün, 15:15
Paşinyan: İrəvan kommunikasiya və ticarət layihələrinin icrası üçün Bakı və Ankara ilə sıx işləyir
Dün, 14:45
İndiyədək Birinci və İkinci Qarabağ müharibəsində itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib
Dün, 14:21
Ərdoğan: Türkiyə sülh və sabitlik naminə işləməyə davam edəcək
Dün, 12:57
Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq
Dün, 12:24
Kiyevdə Rusiya PUA-larının hücumundan sonra 16 mərtəbəli binada yanğın baş verib
Dün, 11:46
Sahibə Qafarova Belqradda Qoşulmama Hərəkatının konfransında iştirak edir
Dün, 11:08
Ceyhun Bayramov Abbas Əraqçi ilə regional məsələləri müzakirə edib
Dün, 10:34
Bişkekdə İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub - YENİLƏNİB
Dün, 10:15
İlham Əliyevin "ŞƏT plyus" formatında görüşdə çıxışı gözlənilir
Dün, 09:50
Bişkekdə Hikmət Hacıyev Alen Simonyanla görüşüb
Dün, 09:10
Rusiya "Ukrayna Dəmir Yolları"nın Kiyevdəki anbarına zərbə endirib, yeddi nəfər həlak olub
31-08-2026, 18:54
Azərbaycan–Qırğızıstan müttəfiqliyi və ŞƏT platformasında yeni imkanlar - ŞƏRH
31-08-2026, 18:13
Magistraturaya boş qalan plan yerlərinin nəticələri elan olunub
31-08-2026, 16:55
Hakan Fidan: Rusiya və Ukrayna ilə "Taxıl sazişi"nə oxşar layihə üzrə danışıqlar davam edir
31-08-2026, 16:25
İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü keçirilib - YENİLƏNİB
31-08-2026, 15:50
Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar
31-08-2026, 15:12
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib
31-08-2026, 14:37
Ukrayna Rusiyanın S-400 radiolokasiya stansiyasına və komanda-qərargah maşınına zərbə endirib
31-08-2026, 14:16
İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib
31-08-2026, 13:52
Əli Əsədov Oljas Bektenovu təbrik edib
31-08-2026, 13:16
Bişkekdə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüş olacaq
31-08-2026, 12:55
Azərbaycanlı jurnalistlər Qüdsün Köhnə şəhərini ziyarət ediblər
31-08-2026, 12:06
İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gəlib