Hindistanla Pakistan arasında müharibə BAŞLAYIR?

Aprelin 24-də Cəmmu və Kəşmir bölgəsinin Pahalqam şəhərində 26 turistin həyatını itirdiyi silahlı hücumdan sonra Hindistan və Pakistan arasında münasibətlər kəskinləşib.
Hindistan baş verənlərə görə Pakistanı ittiham edib və bir sıra sərt addımlar atıb.
Rəsmi Dehli Pakistanla hava nəqliyyatını və ticarəti dayandırıb, diplomatik münasibətlərin səviyyəsini aşağı salıb və 1960-cı ildə imzalanmış Hind çayı üzrə su razılaşmasından çıxdığını elan edib. Bu addım İslamabadda açıq şəkildə “müharibə elanı” kimi qiymətləndirilib və ciddi qarşılıq veriləcəy bildirilib.
Hindistan polisi hücumla bağlı üç şübhəlinin adını açıqlayıb, onlardan ikisinin Pakistan vətəndaşı olduğunu iddia ediblər. Bunun ardınca Hindistan Pakistandakı səfirliyinin əməkdaşlarının sayını yarıbayarı azaldıb, iki ölkə arasındakı yeganə quru sərhəd-keçid məntəqəsini — Vaqahı bağlayıb və Cənubi Asiya Regional Əməkdaşlıq Assosiasiyasının (SAARC) çərçivəsində verilən vizaları ləğv edib.
Pakistan isə buna cavab olaraq hindistanlı hərbi məsləhətçiləri ölkədən çıxarıb, Hindistan vətəndaşları üçün vizaları dayandırıb və Hindistan aviaşirkətlərinə öz hava məkanını bağlayıb.
Hind çay sisteminin əsas mənbələri Hindistan ərazisində yerləşir, lakin bu sulardan əsasən Pakistan istifadə edir. 1960-cı il tarixli müqaviləyə əsasən, Hindistan üç şərq çayına, Pakistan isə üç qərb çayına nəzarət edir. Hind çayı Pakistanın kənd təsərrüfatı və enerji təchizatının əsas mənbəyidir.
Hindistan tarixdə ilk dəfə bu müqavilənin icrasını birtərəfli şəkildə dayandırıb. Hindistanın xarici işlər naziri Vikram Misri bildirib ki, bu addım yalnız “Pakistan terrorizmdən tam şəkildə və inandırıcı formada imtina etdiyi təqdirdə” ləğv edilə bilər.
Pakistan energetika naziri Aveis Lehari Hindistanın qərarını “su müharibəsi aktı” və “qanunsuz, qorxaq addım” adlandırıb. Pakistan Kənd Təsərrüfatı Birliyinin rəhbəri isə bu addımı “real müharibə” kimi dəyərləndirib, iqlim dəyişikliyi və azalan su ehtiyatları fonunda vəziyyətin kritik olduğunu bildirib.
Hindistan müdafiə naziri Racnat Sinqh hücuma “sərt cavab” veriləcəyini və yalnız icraçılara yox, təşkilatçılara da qarşı tədbir görüləcəyini bildirib. Ekspertlər bu gərginliyi 2016 və 2019-cu illərdəki silahlı toqquşmalarla müqayisə edirlər.
Amerikalı ekspertlər və beynəlxalq müşahidəçilər bu dəfə də oxşar ssenarinin — lokal zərbələrin və sərhədyanı toqquşmaların baş verəcəyini proqnozlaşdırırlar. Həm Hindistan, həm də Pakistanın nüvə silahına malik olması isə vəziyyəti daha da riskli edir.
Hər iki tərəf hərbi ritorikanı gücləndirsə də, müşahidəçilər diqqəti çəkməyə çalışırlar: nüvə təhlükəsi səbəbilə tərəflər, çox güman ki, lokal və simvolik zərbələrlə kifayətlənməyə çalışacaq, ardınca isə diplomatik gərginliyin azaldılmasına yönəlik addımlar ata bilərlər.
Son hadisələr Hindistan və Pakistan arasında illərdir davam edən tarixi münaqişənin yeni, təhlükəli mərhələyə qədəm qoyduğunu göstərir. Su ehtiyatları üzərindəki qarşıdurma, silahlı insidentlər və sərt bəyanatlar fonunda bölgədə müharibə ehtimalı real risk kimi qalır. Lakin nüvə silahlarının mövcudluğu tərəfləri daha ehtiyatlı davranmağa vadar edə bilər.
Bugün, 15:12
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib
Bugün, 14:37
Ukrayna Rusiyanın S-400 radiolokasiya stansiyasına və komanda-qərargah maşınına zərbə endirib
Bugün, 14:16
İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib
Bugün, 13:52
Əli Əsədov Oljas Bektenovu təbrik edib
Bugün, 13:16
Bişkekdə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüş olacaq
Bugün, 12:55
Azərbaycanlı jurnalistlər Qüdsün Köhnə şəhərini ziyarət ediblər
Bugün, 12:06
İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gəlib
Bugün, 11:42
Sentyabrda yağıntının miqdarı iqlim normasına yaxın olacaq - AYLIQ PROQNOZ
Bugün, 10:53
İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verib
Bugün, 10:29
Xaçmazda avtomobil ağaca çırpılıb, ölən və xəsarət alanlar var
Bugün, 09:44
Azərbaycan Premyer Liqasında III tura iki oyunla yekun vurulacaq
Bugün, 09:05
Nepalda sel fəlakətində ölənlərin sayı 804-ə çatıb
29-08-2026, 17:21
Nepalda daşqın nəticəsində ölənlərin sayı 668-ə çatıb - YENİLƏNİB
29-08-2026, 15:28
Rusiya Donetsk və Sumı regionlarında bəzi yerləri ələ keçirib
29-08-2026, 14:47
Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib
29-08-2026, 13:35
Sabah Bakıya və rayonlara yağış yağacaq
29-08-2026, 12:58
İlham Əliyev Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib
29-08-2026, 12:36
Ukrayna ordusunun Rusiyaya hücumlarında 4 nəfər ölüb, xəsarət alanlar var
29-08-2026, 12:00
SEPAH: ABŞ-ın Hörmüz boğazı ilə bağlı açıqlamaları açıq-aşkar yalandır
29-08-2026, 11:17
AAYDA vətəndaşlara müraciət edib
29-08-2026, 10:08
Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra ölüb
29-08-2026, 09:43
"Fars": İran Hörmüz boğazına alternativ olaraq Xəzər dənizini nəzərdən keçirir
28-08-2026, 18:22
Sahibə Qafarova: Dünyada davam edən münaqişələr və böhranlar insanların həyatını risk altına alır
28-08-2026, 17:45
Ədliyyə Nazirliyi: Məhkumlara qadağan olunan əşyaların verilməsi və ötürülməsi cinayət məsuliyyəti yaradır
28-08-2026, 16:28
Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək
28-08-2026, 15:44
Milli Kibertəhlükəsizlik Agentliyi “Zimbra” istifadəçilərinə təhlükəsizlik barədə xəbərdarlıq edib
28-08-2026, 14:47
Moldova XIN: Azərbaycanla əlaqələrin daha da möhkəmləndirilməsinə ümid edirik