BİZİM TƏQVİM: Mayın 1-də baş vermiş tarixi hadisələr
Gündəm / Cəmiyyət
Oxunub: 100
1 May 2025 | 08:17
BİZİM TƏQVİM: Mayın 1-də baş vermiş tarixi hadisələr


Bu gün Beynәlxalq Әmәk Bayramıdır. Bu bayram  ilk dәfә  1889-cu ilin 1 may tarixindә qeyd olunub. 1 may 1889-cu ildə Parisdə II İnternasionalın konqresində 1 mayın “Dünya zəhmətkeşlərinin həmrəyliyi günü” kimi qeyd olunması barədə qərar qəbul edilib.

Qərar 1886-cı ilin mayında ABŞ-nin Çikaqo şəhərində 8 saatlıq iş günü tələbi ilə etiraz aksiyası keçirən və buna görə güllələnən fəhlələrin xatirəsinə həsr olunmuşdu.

Bəs, mayın 1-də dünyada daha hansı hadisələr baş verib?

1. 1840-cı ildə dünyada ilk dəfə İngiltərədə poçt markaları çap olunub.

2. 1 may 1707-ci ildə Şotlandiya ilə İngiltərənin birləşməsinə dair “İttifaq aktı” bağlanıb. İngiltərə XIII əsrdən Şotlandiyanı özünə birləşdirmək üçün müharibələr aparırdı. XVII əsrdə İngiltərə taxt-tacında şotland əsilli Stüartların əyləşməsindən sonra birləşmə mümkün oldu.

3. Türkiyәdә Beynәlxalq Әmәk Bayramı ilk olaraq 1906-cı ilin 1 may tarixindә İzmirdә qeyd olunub.

4. 1 may 1918-ci ildə “Bakı Komissarları Soveti”nin qoşunları Qubaya hücum edib. Amazaspın başçılıq etdiyi dəstələr qırğınlara başlayıb. Quba bölgəsində ümumilikdə 3 minədək insan qətlə yetirilib.

5. 1925-ci ilin 1 may tarixindә Kipr Böyük Britaniyanın müstәmlәkәsi olub.

6. 1930-cu ildə Günəş sisteminin ən böyük 10 göy cismindən olan Pluton planeti kəşf edilib. Pluton adı Oksfordda yaşayan Venetsia Burney adlı şagird tərəfindən təklif edilib. Venetsia Burney bu təklifini Plutonun soyuq və qaranlıq olması ehtimalına əsasən mifik düşüncədə yeraltı dünyanın tanrısı kimi tanınan Plutondan ilhamlanaraq irəli sürdüyünü söyləyib.

7. 1940-cı ilin 1 may tarixindә Yay Olimpiya oyunları II Dünya Müharibәsi sәbәbindәn tәğv edilib.

8. 1945-ci ilin 1 may tarixindә Zәfәr bayrağı Berlindәki ‘‘Reichstag’’ binasına asılıb.

9. 1964-cü ilin 1 may tarixindә Türkiyә Radio vә Televiziya qurumu TRT qurulub.

10. 1975-ci ilin 1 may tarixindә Vyetnam müharibәsi sona çatıb.

1 mayda bu şəxsiyyətlər xatırlanır:

1. 1 may 1901-ci ildə Aşıq Bəhmən Göyçəli (1901-1976) anadan olub. 

2. 1 may 1910-cu ildə Xalq artisti, müğənni Sürəyya Qacar (1910-1992) Şuşada doğulub. Operalarda Leyli ("Leyli və Məcnun", “Aşıq Qərib" və s.) əsas partiyalarda çıxış edib.

3. 1 may 1934-cü ildə yazıçı, dramaturq İsi Məlikzadə (1934 - 12.5.1995) Ağcabədi rayonunda anadan olub. Əsərləri və ssenariləri əsasında filmlər (“Qoca palıdın nağılı”, “Kişi sözü”, “Gümüşgöl əfsanəsi”, “Pəncərə”, “Küçələrə su səpmişəm”), teletamaşa (“Qatarda”) çəkilib.

4. 1 may 1936-cı ildə tanınmış dilçi alim, akademik Tofiq Hacıyev (1936 -27.11.2015) Cəbrayıl rayonunun Soltanlı kəndində doğulub. Azərbaycan ədəbi dilinin tarixi, türkologiya üzrə əsərlərin müəllifidir. AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru olub. 

5. 1 may 1938-ci ildə Əməkdar mədəniyyət işçisi, tarix elmləri doktoru Ataxan Paşayev Naxçıvan MR Culfa rayonunun Başkənd kəndində anadan olub. 

6. 1 may 1940-cı ildə Xalq artisti, müğənni, bəstəkar Niyaməddin Musayev İmişlidə doğulub. 

7. 1 may 1941-ci ildə Xalq rəssamı Mayis Ağabəyov anadan olub. 20-dən çox filmin quruluşçu rəssamıdır: “Babək”, “Nizami”, “Qətl günü”, “Özgə vaxt” və s. Dövlət Rəssamlıq Akademiyasının professorudur.

8. 1 may 1947-ci ildə bəstəkar, Əməkdar incəsənət xadimi Rauf Əliyev; 1947 - 14.6.2017) Şuşada anadan olub. Simfonik, instrumental və kamera əsərləri, filmlərə ("Yalan", "Fəryad" və s.) musiqi yazıb. 

9. 1 may 1950-ci ildə yazıçı, dramaturq, publisist Məmməd Səid Ordubadi (24.3.1872 - 1950) vəfat edib. "Dumanlı Təbriz", "Qılınc və qələm", "Döyüşən şəhər", "Gizli Bakı" romanları ilə Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi sayılır.

10. 1 may 1959-cu ildə Xalq artisti Firəngiz Mütəllimova Ağcabədi rayonunda doğulub. Milli Dram Teatrında çalışır. Teletamaşalarda ("Səni axtarıram", "Evləri köndələn yar"), kinoda ("Qaçaq Nəbi") yaddaqalan obrazlar yaradıb.(Bizim.Media)
Bugün, 11:44
Ukraynanın Novorossiyskə dron hücumundan sonra neft terminalı yanıb, yaralılar var
Bugün, 10:38
May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bugün, 09:49
Dünya mediası WUF13-ün dünya şəhərsalma siyasətinə töhfəsindən yazıb
Dün, 18:43
Mehdiabada qazın verilməsi DAYANDIRILACAQ
Dün, 18:17
Qurban bayramı ilə bağlı hazırlıq işləri yekunlaşıb
Dün, 17:35
Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə "Meydançanın kralı və kraliçası" turniri keçiriləcək
Dün, 16:58
“Bakı Fəaliyyətə Çağırışı”nın əsas prinsipləri elan olundu
Dün, 16:23
TDT Baş katibi: Azərbaycanın sədrliyi dövründə təşkilatımızın nüfuzu qlobal miqyasda daha da artlb
Dün, 15:39
Baş nazir: Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi istiqamətində irimiqyaslı təşəbbüslər həyata keçirir
Dün, 14:54
Qurban kəsimi rəsmən qadağan edildi - Bu ölkədə
Dün, 14:10
18 kəndə qazın verilişi DAYANDIRILACAQ
Dün, 13:10
Sürücülərə XƏBƏRDARLIQ: Bəzi zolaqlar artıq qüvvədən düşür
Dün, 12:06
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
Dün, 11:45
Bu gün WUF13-ün bağlanış mərasimi keçiriləcək
Dün, 11:04
İslam Rzayev haqda - Yeni qərar
Dün, 10:34
Naxçıvana uçuşlar bərpa edildi
Dün, 09:51
Vəzifəli şəxs vəfat etdi - Foto
Dün, 09:15
Hondurasda iki silahlı hücum nəticəsində 20-dən çox insan həlak olub
21-05-2026, 18:47
Böyük Britaniya Kralı Prezident İlham Əliyevə təbrik ünvanlayıb
21-05-2026, 18:17
Suriya G7 sammitinə dəvət olundu: "Böyük Yeddilik" tarixində bir ilk
21-05-2026, 18:01
Qurban bayramı ilə bağlı təhlükəsiz heyvan kəsimi və satışına nəzarət gücləndirilib
21-05-2026, 17:32
Ceyhun Bayramov BMqT baş direktorunun müavini ilə görüşdü
21-05-2026, 16:55
Şahbaz Şərif İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib
21-05-2026, 16:09
Zelenski: Ukrayna Rusiya FTX-nın qərargahına zərbə endirib
21-05-2026, 15:10
Fələstinli mütəxəssis: Yaşıl məkanlar şəhərləri daha yaşana bilən edir
21-05-2026, 13:31
BMT: Dünya Bankı ölkələrində yüksək urbanizasiya və aşağı iqlim dayanıqlılığı var
21-05-2026, 11:11
Rok Xaokas: Fransa Yeni Kaledoniyaya münasibətdə siyasətinin müstəmləkə mahiyyətini gizlətmir