Milli Məclis İnzibati Xətalar Məcəlləsinə çoxsaylı dəyişiklikləri ilk oxunuşda qəbul edib
Gündəm / Cəmiyyət
Oxunub: 75
23 May 2025 | 13:08
Milli Məclis İnzibati Xətalar Məcəlləsinə çoxsaylı dəyişiklikləri ilk oxunuşda qəbul edib

Milli Məclis İnzibati Xətalar Məcəlləsinə çoxsaylı dəyişiklikləri ilk oxunuşda qəbul edib.

Qanun layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Qeyd edilib ki, yəqdim edilən qanun layihəsi İnzibati xətalar haqqında protokolların, qərarların (qərardadların) mərkəzləşdirilmiş qaydada uçotunu və izlənilməsini təmin etmək və inzibati xətalar haqqında işlərin baxılmasında operativliyin təmin edilməsi məqsədilə hazırlanıb

Qüvvədə olan İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinə əsasən Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalara (Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 ve 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalara) görə inzibati tənbeh vermə haqqında elektron qerar ve onun əlavəsi (foto ve ya video materiallar) inzibati xətanın törədildiyi günden bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxsin inzibati məsuliyyətə cəlb olunması istisna edilib.

Layihədə 45-ci maddəyə təklif edilən dəyişikliyə görə qərarların icrasının sürətləndirilməsi, elektron sistemlərin effektivliyinin artırılması məqsədilə təkcə Məcəllənin 122.1-ci maddesinde nəzərdə tutulan inzibati xətalara görə deyil, eyni zamanda digər inzibati xətalara görə inzibati tənbeh vermə haqqında elektron qərar, habelə səlahiyyətli orqanlar (vəzifəli şəxslər) tərəfindən nömrələnmiş blanklarda tərtib edilmiş qərar 24 saat müddətində şəxs üçün yaradılan elektron kabinetdə yerləşdirilmədiyi halda da şəxs inzibati məsuliyyətə cəlb olunmayacaq.

Həmçinin qeyd olunan məqsədlərə nail olmaq üçün layihədə 45-ci maddənin yeni redaksiyada verilərək səlahiyyətli orqanlar (qurumlar) tərəfindən baxdıqları inzibati xətalar haqqında işlər üzrə qərarlar (qərardadlar) ve protokollar barədə Məcəllə ilə müəyyən edilmiş məlumatların özlərinin informasiya sistemlərinə 24 saat ərzində və 45-ci maddədə nezerde tutulan digər hallarda ise derhal yerləşdirilməsi ilə bağlı müddəaların əlavə edilməsi də təklif edilir.

Layihədə Məcəlləyə əlavə edilməsi nəzərdə tutulan 45-1-ci maddeye esasen inzibati xəta haqqında protokolların və inzibati xəta haqqında iş üzrə qərarların (qərardadların) mərkəzləşdirilmiş qaydada uçotunu və izlənilməsini təmin etməklə bu Məcəlləyə əsasən tətbiq edilmiş cərimələrin dövlət büdcəsinə və ya inzibati cərimə növündə inzibati tənbeh vermə barədə qərar qəbul etmiş səlahiyyətli orqanların hesablarına köçürülən hissəsinə dair məlumatların təhlil edilməsi və həmin məlumatların düzgünlüyü üzrə nəzarətin həyata keçirilməsi məqsədilə "İCMAL" informasiya sisteminin yaradılması təklif edilir.

Belə ki, "İCMAL" informasiya sistemində inzibati xətalar haqqında protokolların və qərarların (qərardadların) unikal nömrə verilməklə real vaxt rejiminde ve avtomatlaşdırılmış qaydada İzlənilməsi nəzərdə tutulur. Buna görə də layihəyə əlavə edilməsi nəzərdə tutulan 45-2-ci maddədə səlahiyyətli orqanlar tərəfindən inzibati xətalar haqqında protokollar və qərarlar (qərardadlar) barədə məlumatların "İCMAL" informasiya sisteminə ötürülməsi təklif edilir. Protokollara və qərarlara (qərardadlara) unikal nömrə verildikdən sonra "İCMAL" informasiya sistemi tərəfindən səlahiyyətli orqanların informasiya sisteminə ötürülür. "İCMAL" informasiya sisteminin tətbiqi gələcəkdə inzibati xətalar haqqında işler üzrə operativliyin, hesabatlılığın və şəffaflığın təmin edilməsi ilə nəticələnəcək.

Eyni zamanda layihəyə əlavə edilməsi nəzərdə tutulan 57-1-ci maddədə barəsində İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin sənədlər barədə məlumatlandırılması formalarından bəhs olunub. Bundan başqa, 16-1-ci feslin adının ve hemin fəsildə eks olunan 127-3-cü ve 127-4-cü maddələrin yeni redaksiyada verilərək təkmilləşdirilməsi nəzərdə tutulur.

Qüvvədə olan İnzibati Xətalar Məcəlləsinin 150.11-ci və 150.14-cü maddələrinin tələblərinə uyğun olaraq, yol hərəkəti qaydaları, ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətaları, həmçinin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə barəsində İnzibati cərimə tənbeh növü tətbiq edilen şəxs qerarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi günden 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilir. Cərimələrin vaxtında ödənilməsini təşviq etmek,gecikmələrin qarşısını almaq məqsədilə əlavə edilməsi nəzərdə tutulan 150.1-1-ci maddeye əsasən bütün inzibati xətalara görə inzibati cərimə növündə inzibati tenbeh vermə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qüvvəyə mindiyi gündən 10 gün müddətində icra edilerse, tetbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azadolma tətbiq edilir.

Yuxarıda qeyd olunanlarla yanaşı, layihədə bir sıra texniki və dəqiqləşdirmə xarakterli dəyişikliklər də nəzərdə tutulur.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Dün, 18:43
Mehdiabada qazın verilməsi DAYANDIRILACAQ
Dün, 18:17
Qurban bayramı ilə bağlı hazırlıq işləri yekunlaşıb
Dün, 17:35
Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə "Meydançanın kralı və kraliçası" turniri keçiriləcək
Dün, 16:58
“Bakı Fəaliyyətə Çağırışı”nın əsas prinsipləri elan olundu
Dün, 16:23
TDT Baş katibi: Azərbaycanın sədrliyi dövründə təşkilatımızın nüfuzu qlobal miqyasda daha da artlb
Dün, 15:39
Baş nazir: Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi istiqamətində irimiqyaslı təşəbbüslər həyata keçirir
Dün, 14:54
Qurban kəsimi rəsmən qadağan edildi - Bu ölkədə
Dün, 14:10
18 kəndə qazın verilişi DAYANDIRILACAQ
Dün, 13:10
Sürücülərə XƏBƏRDARLIQ: Bəzi zolaqlar artıq qüvvədən düşür
Dün, 12:06
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
Dün, 11:45
Bu gün WUF13-ün bağlanış mərasimi keçiriləcək
Dün, 11:04
İslam Rzayev haqda - Yeni qərar
Dün, 10:34
Naxçıvana uçuşlar bərpa edildi
Dün, 09:51
Vəzifəli şəxs vəfat etdi - Foto
Dün, 09:15
Hondurasda iki silahlı hücum nəticəsində 20-dən çox insan həlak olub
21-05-2026, 18:47
Böyük Britaniya Kralı Prezident İlham Əliyevə təbrik ünvanlayıb
21-05-2026, 18:17
Suriya G7 sammitinə dəvət olundu: "Böyük Yeddilik" tarixində bir ilk
21-05-2026, 18:01
Qurban bayramı ilə bağlı təhlükəsiz heyvan kəsimi və satışına nəzarət gücləndirilib
21-05-2026, 17:32
Ceyhun Bayramov BMqT baş direktorunun müavini ilə görüşdü
21-05-2026, 16:55
Şahbaz Şərif İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib
21-05-2026, 16:09
Zelenski: Ukrayna Rusiya FTX-nın qərargahına zərbə endirib
21-05-2026, 15:10
Fələstinli mütəxəssis: Yaşıl məkanlar şəhərləri daha yaşana bilən edir
21-05-2026, 13:31
BMT: Dünya Bankı ölkələrində yüksək urbanizasiya və aşağı iqlim dayanıqlılığı var
21-05-2026, 11:11
Rok Xaokas: Fransa Yeni Kaledoniyaya münasibətdə siyasətinin müstəmləkə mahiyyətini gizlətmir
21-05-2026, 09:54
WUF13-də mənzil maliyyələşməsi üçün yeni yanaşmalar müzakirə olunur
21-05-2026, 09:24
Xəzər dənizində zəlzələ olub
20-05-2026, 18:16
Tramp Hörmüz boğazından danışıb: Mən tələsmirəm