Bakı finalı ilə əlaqədar bankların iş rejimi dəyişəcək
Gündəm / İqtisadiyyat
Oxunub: 701
22 May 2019 | 14:53
Bakı finalı ilə əlaqədar bankların iş rejimi dəyişəcək
2019-cu il UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə əlaqədar banklar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

xeber.info xəbər verir ki, bu barədə Trend-ə Maliyyə Bazarlarına Nəzarət Palatasından məlumat verilib.

UEFA Avropa Liqasının final oyunu ərəfəsində ölkə əhalisinin və turistlərin maliyyə xidmətlərindən asanlıqla faydalanması üçün Palata i-map informativ xəritədə "FinalBaku2019" başlıqlı bölmə yaradıb.

May ayının 29-da UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatasının təşəbbüsü ilə banklar 27 may-1 iyun tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Ümumilikdə ölkə əhalisinin, ölkəmizdə səfərdə olan turistlərin və xarici qonaqların bank xidmətlərindən rahat faydalanmasının təmin edilməsi məqsədilə 22 bankın 75 filial və şöbəsi müştərilərə gücləndirilmiş iş şəraitində xidmət göstərəcək.

9 bankın 12 filial və şöbəsi 24 saat rejimində fəaliyyət göstərəcəkdir.

Gücləndirilmiş iş rejimində çalışacaq bankların siyahısı və iş qrafiki ilə bu keçid vasitəsilə tanış ola bilərsiniz.

Bundan əlavə UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ərəfəsində ölkə əhalisinin və turistlərin maliyyə xidmətlərindən asanlıqla faydalanması üçün Palata tərəfindən istifadəyə verilmiş İ-MAP informativ xəritədə "FinalBaku2019" başlıqlı bölmə yaradılıb. Aşağıda qeyd olunan keçid vasitəsilə adıçəkilən bölməyə daxil olan istifadəçilər 27 may-1 iyun tarixlərində ölkəmizdə gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək maliyyə subyektləri barədə ətraflı məlumat əldə edə bilərlər.

İ-Map informativ xəritəyə keçid: https://www.fimsa.az/az/map

Final oyunu ərəfəsində Palatanın əməkdaşlarından ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək. Yarana biləcək hər hansı sual və ya müraciətlə bağlı vətəndaşlar, eləcə də şəhərimizin qonaqları MBNP-yə müraciət ünvanlaya biləcəklər.
Dün, 18:54
Azərbaycan–Qırğızıstan müttəfiqliyi və ŞƏT platformasında yeni imkanlar - ŞƏRH
Dün, 18:13
Magistraturaya boş qalan plan yerlərinin nəticələri elan olunub
Dün, 16:55
Hakan Fidan: Rusiya və Ukrayna ilə "Taxıl sazişi"nə oxşar layihə üzrə danışıqlar davam edir
Dün, 16:25
İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü keçirilib - YENİLƏNİB
Dün, 15:50
Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar
Dün, 15:12
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib
Dün, 14:37
Ukrayna Rusiyanın S-400 radiolokasiya stansiyasına və komanda-qərargah maşınına zərbə endirib
Dün, 14:16
İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib
Dün, 13:52
Əli Əsədov Oljas Bektenovu təbrik edib
Dün, 13:16
Bişkekdə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüş olacaq
Dün, 12:55
Azərbaycanlı jurnalistlər Qüdsün Köhnə şəhərini ziyarət ediblər
Dün, 12:06
İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gəlib
Dün, 11:42
Sentyabrda yağıntının miqdarı iqlim normasına yaxın olacaq - AYLIQ PROQNOZ
Dün, 10:53
İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verib
Dün, 10:29
Xaçmazda avtomobil ağaca çırpılıb, ölən və xəsarət alanlar var
Dün, 09:44
Azərbaycan Premyer Liqasında III tura iki oyunla yekun vurulacaq
Dün, 09:05
Nepalda sel fəlakətində ölənlərin sayı 804-ə çatıb
29-08-2026, 17:21
Nepalda daşqın nəticəsində ölənlərin sayı 668-ə çatıb - YENİLƏNİB
29-08-2026, 15:28
Rusiya Donetsk və Sumı regionlarında bəzi yerləri ələ keçirib
29-08-2026, 14:47
Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib
29-08-2026, 13:35
Sabah Bakıya və rayonlara yağış yağacaq
29-08-2026, 12:58
İlham Əliyev Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib
29-08-2026, 12:36
Ukrayna ordusunun Rusiyaya hücumlarında 4 nəfər ölüb, xəsarət alanlar var
29-08-2026, 12:00
SEPAH: ABŞ-ın Hörmüz boğazı ilə bağlı açıqlamaları açıq-aşkar yalandır
29-08-2026, 11:17
AAYDA vətəndaşlara müraciət edib
29-08-2026, 10:08
Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra ölüb
29-08-2026, 09:43
"Fars": İran Hörmüz boğazına alternativ olaraq Xəzər dənizini nəzərdən keçirir