BİZİM TƏQVİM: 11 iyunda baş vermiş tarixi hadisələr

2007-ci ilin bu günündə Azərbaycan Respublikasının Prezidenti Qobustan Dövlət Tarixi-Bədii Qoruğu ərazisində yerləşən tarixi və mədəni sərvətlərin qorunması haqqında Sərəncam imzalayıb.
Bu tarixi sənəd qoruq ərazisindəki milli sərvətlər xəzinəsinin qorunması və gələcək nəsillərə çatdırılması, eləcə də Azərbaycanın qədim mədəni irsinin geniş miqyasda təbliğ olunması məqsədi ilə imzalanıb.
Bəs, iyunun 11-də dünyada daha hansı mühüm hadisələr baş verib?
1. 11 iyun 1868-ci ildə Türkiyənin Qızıl Aypara təşkilatı – "Osmanlı yaralı və xəstə əsgərlərə yardım cəmiyyəti" adı ilə bir qrup könüllü həkimin səyi ilə döyüşdə yaralanan əsgərlərə ayrı-seçkilik etmədən kömək məqsədiylə quruldu. Sonradan Mustafa Kamal Atatürk təşkilata Türk Kızılayı adını verdi.
2. 11 iyun 1937-ci ildə Türkiyənin dövlət başçısı Atatürk Trabzonda etdiyi çıxışında bütün ferma və malların xalqa bağışlandığını elan etdi.
3. 1948-ci il 11 iyunda Amerika Birləşmiş Ştatları başqa ölkələrin işlərinə daxilolmama ilə bağlı 125 illik “Monro doktrinası"ndan imtina edərək dünya siyasətinə aktiv qoşulma qərarı aldı. Amerika Konqresi "Vandenberq siyasəti" adı verilən yeni doktrina ilə ABŞ prezidentinə regional və qlobal müqavilələrə müdaxilə səlahiyyəti verdi. İkinci Dünya Müharibəsindən sonra Sovet İttifaqının yayılma siyasətinə mane olmağı hədəfə alan bu qərar NATO-nun qurulmasına gedən yolu açdı.
4. 2004-cü ilin 11 iyununda Elvan Abeylegesse “Qoldan League” yarışmasında Norveçin Bergen şəhərində qaçdığı 5000 metrlik marafonda 14:24.68 dərəcəsiylə 7 ildir dəyişməyən 5000 metrlik dünya rekordunu qıran ilk türk atleti oldu.
11 iyunda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:
1. Dünyanın ən böyük fatehlərindən biri, Şərqdə daha çox İsgəndər Zülqerneyn kimi tanınan Makedoniyalı İsgəndər eramızdan əvvəl 323-cü ilin bu günlərində 33 yaşında Babil şəhərində vəfat edib. E.ə. 336-cı ildə hakimiyyətə gələn İsgəndər 334-cü ildə Əhəmənilər sülaləsindən olan III Daraya qarşı müharibəyə başlayıb və Aralıq dənizindən – Balkanlardan, Misir və Hindistanadək böyük bir ərazini ələ keçirib. Bundan sonra vətənə qayıdarkən Babilistanda xəstəliyə tutulub və dünyadan köçüb (e.ə.356 - e.ə.323).
2. Alman bəstəkarı Rixard Ştraus 1864-cü ilin bu günü anadan olub (1864-1949).
3. 11 iyun 1896-cı ildə Azərbaycanın maarif xadimi, Əməkdar Müəllim Qəribsoltan Məlikovanın doğum günüdür (1896-1967). Həsən bəy Zərdabinin qızı olan Qəribsoltan Məlikova Tiflisdə rus gimnaziyasında təhsil alıb və uzun müddət kimsəsiz uşaqlar üçün internat məktəbində dərs deyib.
4. 11 iyun 1892-ci ildə Xalq artisti, opera müğənnisi Aleksandr Drozdov (1892 – 15.6.1968) Omskda (Rusiya) anadan olub. 1935-ci ildən Azərbaycan Opera və Balet Teatrında çalışıb. Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib.
5. 11 iyun Cənubi Azərbaycan inqilabi hərəkatının görkəmli xadimi, Azərbaycan Demokrat Firqəsinin yaradıcısı, publisist Seyid Cəfər Pişəvərinin xatirə günüdür. 1892-ci ildə Cənubi Azərbaycanın Xalxal vilayətində dünyaya gələn Seyid Cəfər 13 yaşında (1905) ailəsi ilə Bakıya köçüb, sonralar Xırdalanda müəllimlik edib. 1920-ci ilin may ayında İrana qayıdan Pişəvəri orada Gilan Respublikası Müvəqqəti Hökumətinin xarici işlər komissarı olub. İsfahanda fəhlə tətillərinə başçılıq edib, 1930-cu ildə həbsə alınaraq “Qəsri-Qacar” zindanına salınıb. 1945-ci ildə Azərbaycan Demokrat Firqəsini yaradan Seyid Cəfər onun Mərkəzi Komitəsinin sədri seçilib. Cənubi Azərbaycanda Milli Azadlıq Hərəkatının qələbəsindən sonra Təbrizdə hökuməti qurub və baş nazir təyin edilib. Hərəkatın süqutundan sonra yenidən Bakıya qayıdan Seyid Cəfər Pişəvəri 1947-ci ilin bu günü Bakıda müəmmalı şəkildə həlak olub (1892-1947).
6. Osmanlı dövründə 31 Mart Üsyanını basdıran Hərəkat Ordusunun komandiri, sədrəzəm (vəzir) və hərbi nazir Mahmud Şevket Paşa 1913-cü ilin 11 iyununda sui-qəsd nəticəsində öldürüldü.
7. Azərbaycanın görkəmli səhnə xadimi Hökumə Qurbanova 1913-cü il iyunun 11-də Bakıda dünyaya gəlib. Dram teatrının xüsusi səs tembrinə malik nəhəng aktrisası Azərbaycan və dünya dramaturqlarının səhnə əsərlərində onlarca yaddaqalan obraz yaradıb. “Vaqif”də Xuraman, “Xoşbəxtlər”də İnci, “Səyavuş”da Südabə, “Şeyx Sənan”da Xumar, “Antonio və Kleopatra”da Kleopatra, “Qış nağılı”nda Germiona, “Hind gözəli”ndə Vasantasena obrazları onun yaradıcılığının ən gözəl nümunələridir. “Onu bağışlamaq olarmı”, “İnsan məskən salır” və digər filmlərdə də çəkilən Hökumə Qurbanova ifaçılığında lirizm və romantik vüsət səciyyəvi cəhətlər olub (1913-1988).
8. 11 iyun 1923-cü ildə Əməkdar rəssam Mahmud Tağıyev (1923–2001) Bakıda anadan olub. Sovet tikililərini təsvir edən tabloların, portret janrında (“Dədə Qorqud”, “Səməd Vurğun”) əsərlərin müəllifidir.
9. 11 iyun 2020-ci ildə Xalq artisti, xanəndə Teymur Mustafayev (10.4.1939 – 2020) vəfat edib. 1964-cü ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olub.(Bizim.Media)
Bugün, 10:37
Kəmaləddin Heydərov Kəlbəcərdə vətəndaşları qəbul edəcək
Bugün, 09:54
Bu gün Laçın Şəhəri Günüdür
Bugün, 09:28
Bu gün Mehriban Əliyevanın doğum günüdür
Dün, 18:40
Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib
Dün, 18:11
Beynəlxalq axtarışda olan şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edilib
Dün, 17:20
Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
Dün, 17:02
Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir
Dün, 16:40
Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM
Dün, 16:08
Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
Dün, 15:53
Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib
Dün, 15:16
Kriptovalyuta bazarı: Kəskin artım tendensiyası nə dərəcədə qalıcı ola bilər? – TƏHLİL
Dün, 14:48
Oğuzda avtomobil aşıb, 7 nəfər xəsarət alıb - YENİLƏNİB
Dün, 14:06
Azər Məmmədov Qaxda vətəndaşları qəbul edəcək
Dün, 12:44
DİM sədri: Bu il ali təhsil müəssisələrinin qəbul planı 97,07 % dolub
Dün, 12:12
İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib
Dün, 11:10
Azərbaycan XİN Uruqvayı təbrik edib
Dün, 10:22
Qoşqar Təhməzli Şəmkirdə vətəndaşları qəbul edəcək
Dün, 09:43
Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb
24-08-2026, 18:53
Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb
24-08-2026, 18:11
Ukrayna Hikmət Hacıyevi təltif etdi
24-08-2026, 17:38
Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar
24-08-2026, 16:14
Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx
24-08-2026, 15:23
"The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib
24-08-2026, 14:47
UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək
24-08-2026, 13:43
Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir
24-08-2026, 12:47
Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb
24-08-2026, 12:02
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib