İlham Əliyev Məhkəmə-Hüquq Şurasının 20 illiyinə həsr olunan konfransın iştirakçılarına müraciət ünvanlayıb
Gündəm / Cəmiyyət
Oxunub: 116
18 Haz 2025 | 16:10
İlham Əliyev Məhkəmə-Hüquq Şurasının 20 illiyinə həsr olunan konfransın iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev Məhkəmə-Hüquq Şurasının 20 illiyinə həsr olunmuş “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

"Hörmətli konfrans iştirakçıları,

Sizi Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illik yubileyinə həsr olunmuş “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” mövzusunda beynəlxalq konfransın öz işinə başlaması münasibətilə salamlayır, hər birinizə ən xoş arzularımı yetirirəm.

2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin birbaşa rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğunun bünövrəsini qoymaqla, insan hüquqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi təsbit etmişdir.

İnsan hüquqlarının müdafiəsinin ən mühüm vasitələrindən biri olan müstəqil məhkəmə sisteminin yaradılması və inkişaf etdirilməsi dövlət siyasətimizin daim diqqət mərkəzindədir.

Hüquq islahatları çərçivəsində 2005-ci ildə məhkəmə hakimiyyətinin özünüidarəetmə orqanı qismində təsis edilmiş Məhkəmə-Hüquq Şurası fəaliyyət göstərdiyi 20 il ərzində hər kəsin məhkəməyə müraciət etmək imkanının genişləndirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin və keyfiyyətinin artırılması, yüksək hüquqi biliklərə malik hakim korpusunun formalaşdırılması, məhkəmə fəaliyyətində yeni informasiya texnologiyalarının tətbiqi istiqamətində və digər mühüm istiqamətlərdə əhəmiyyətli irəliləyişə nail olmaqla, cəmiyyətin ədalət mühakiməsinə inamının möhkəmlənməsində xüsusi rol oynamışdır.

Eyni zamanda ictimai münasibətlərin inkişafı, sürətlə artan rəqəmsallaşma və müasir dövrün digər tendensiyaları məhkəmə idarəçiliyi məsələlərinə yeni yanaşmaların tətbiqini zəruri edir.

Əminəm ki, bugünkü konfransda aparılacaq müzakirələr məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlara cavabların axtarılmasına, bununla da ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına öz töhfəsini verəcək".
Bugün, 18:43
Mehdiabada qazın verilməsi DAYANDIRILACAQ
Bugün, 18:17
Qurban bayramı ilə bağlı hazırlıq işləri yekunlaşıb
Bugün, 17:35
Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə "Meydançanın kralı və kraliçası" turniri keçiriləcək
Bugün, 16:58
“Bakı Fəaliyyətə Çağırışı”nın əsas prinsipləri elan olundu
Bugün, 16:23
TDT Baş katibi: Azərbaycanın sədrliyi dövründə təşkilatımızın nüfuzu qlobal miqyasda daha da artlb
Bugün, 15:39
Baş nazir: Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi istiqamətində irimiqyaslı təşəbbüslər həyata keçirir
Bugün, 14:54
Qurban kəsimi rəsmən qadağan edildi - Bu ölkədə
Bugün, 14:10
18 kəndə qazın verilişi DAYANDIRILACAQ
Bugün, 13:10
Sürücülərə XƏBƏRDARLIQ: Bəzi zolaqlar artıq qüvvədən düşür
Bugün, 12:06
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
Bugün, 11:45
Bu gün WUF13-ün bağlanış mərasimi keçiriləcək
Bugün, 11:04
İslam Rzayev haqda - Yeni qərar
Bugün, 10:34
Naxçıvana uçuşlar bərpa edildi
Bugün, 09:51
Vəzifəli şəxs vəfat etdi - Foto
Bugün, 09:15
Hondurasda iki silahlı hücum nəticəsində 20-dən çox insan həlak olub
Dün, 18:47
Böyük Britaniya Kralı Prezident İlham Əliyevə təbrik ünvanlayıb
Dün, 18:17
Suriya G7 sammitinə dəvət olundu: "Böyük Yeddilik" tarixində bir ilk
Dün, 18:01
Qurban bayramı ilə bağlı təhlükəsiz heyvan kəsimi və satışına nəzarət gücləndirilib
Dün, 17:32
Ceyhun Bayramov BMqT baş direktorunun müavini ilə görüşdü
Dün, 16:55
Şahbaz Şərif İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib
Dün, 16:09
Zelenski: Ukrayna Rusiya FTX-nın qərargahına zərbə endirib
Dün, 15:10
Fələstinli mütəxəssis: Yaşıl məkanlar şəhərləri daha yaşana bilən edir
Dün, 13:31
BMT: Dünya Bankı ölkələrində yüksək urbanizasiya və aşağı iqlim dayanıqlılığı var
Dün, 11:11
Rok Xaokas: Fransa Yeni Kaledoniyaya münasibətdə siyasətinin müstəmləkə mahiyyətini gizlətmir
Dün, 09:54
WUF13-də mənzil maliyyələşməsi üçün yeni yanaşmalar müzakirə olunur
Dün, 09:24
Xəzər dənizində zəlzələ olub
20-05-2026, 18:16
Tramp Hörmüz boğazından danışıb: Mən tələsmirəm