Dəyişməyən varis - sovetlərdən qaçanlar Rusiyadan da uzaqlaşır - ŞƏRH
Gündəm / Siyasət
Oxunub: 156
12 Ağu 2025 | 17:43
Dəyişməyən varis - sovetlərdən qaçanlar Rusiyadan da uzaqlaşır - ŞƏRH


Rusiya hələ də keçmiş sovet respublikalarına, sosialist düşərgəsindən olanlara bərabərhüquqlu tərəfdaş və dövlət olaraq yanaşa bilmir. Onlara ənənəvi ağalıq, “böyük qardaşlıq” etməyə çalışır...

Rusiyanın son zamanlar Azərbaycana və azərbaycanlılara qarşı etdiyi təzyiqlər bu ölkənin imperiyalist xislətindən əl çəkmədiyini göstərir. Azərbaycanın öz ordusunun gücü ilə torpaqlarını işğaldan azad etməsi, Qarabağ bölgəsində erməni separatçılığının kökünü kəsməsi, bölgədə sülh gündəliyini müəyyən etməsi, Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi, AZAL-a məxsus mülki təyyarənin vurulmasına görə Rusiyadan üzrxahlıq tələb etməsi və, ən əsası, rəsmi Bakının müstəqil xarici siyasət yürütməsi Moskvanın narazılığına səbəb olub.

Federasiyada müxtəlif səviyyədə Azərbaycana qarşı təbliğat aparılır, elan olunmayan sanksiyalar tətbiq edilir, bu ölkədəki azərbaycanlı diaspor nümayəndələri şərlənir, rəsmi olmayan məlumatlara görə, onlara qarşı güc strukturları reketlik yolu ilə böyük məbləğdə pul tələb edilər və s.
Dəyişməyən varis - sovetlərdən qaçanlar Rusiyadan da uzaqlaşır - ŞƏRH

Ukraynaya humanitar yardım etdiyinə görə Rusiya Dövlət Dumasında Azərbaycan diasporuna bir növ hücum etmək təklif olunub. Deputat, tarixçi professor Mixail Matveyev Azərbaycana onun diasporunu darmadağın etmək və “etnik cinayətkar qruplaşmalarına” zərbə vurmaqla cavab verməyi təklif edib.

Azərbaycanlı iş adamlarına qarşı hücumlar da bu qəbildəndir.

Bu günlərdə RF bir az da qabağa gedərək SOCAR-ın Ukraynadakı neft bazasına, həmçinin Azərbaycan qazını Ukraynaya nəql edən qaz kompressor stansiyasına zərbələr endirməklə bütün beynəlxalq prinsipləri və müharibə qanunlarını pozub.
Dəyişməyən varis - sovetlərdən qaçanlar Rusiyadan da uzaqlaşır - ŞƏRH

Rusiyanın son zamanlar Azərbaycana qarşı etdiyi sayğısızlıqlara görə üzr istəməkdənsə, bu tip addım atması onun hələ də sovet dövrünün xülyası ilə yaşadığından xəbər verir.

Vaxtilə keçmiş SSRİ-nin bayrağı altında Moskva çar Rusiyasından qalma ərazilərdə müstəmləkəçilik siyasətini davam etdirirdi. Lakin böhranlı iqtisadi vəziyyət, hakimiyyətin zəifləməsi, ölkənin "velikorus" şovinizmi düşüncəsi ilə idarə edilməsi, “müttəfiq” respublikalara “müstəmləkə” kimi baxılması və başqa bu kimi amillər sovet vətəndaşlarının ittifaq dövlətinə qarşı çıxışlarına səbəb olan amillərdəndir.

Azərbaycan, Gürcüstan, Moldovada münaqişə ocaqları yaratmaq, Özbəkistanda ahıska türkləri ilə özbəklər arasında qardaş qırğını təşkil etmək, habelə 1986-cı il dekabrın 16-da Qazaxıstanın Almatı şəhərində, 1989-cu il mayın 9-da Gürcüstanda, 1990-cı il yanvarın 20-də Azərbaycanın Bakı, Lənkəran, Neftçala şəhərlərində dinc aksiya iştirakçılarının sovet ordusu tərəfindən qırğına məruz qalması Kremldən, mərkəzdənqaçmanı gücləndirən hadisələr sayılır.
Dəyişməyən varis - sovetlərdən qaçanlar Rusiyadan da uzaqlaşır - ŞƏRH

SSRİ rəhbərliyi, Kommunist Partiyası ölkəni bürüyən etiraz aksiyalarının qarşısını almaqda aciz idi. Ona görə də sovet rəhbərliyində bir qrup 1991-ci il avqustun 18-da Fövqəladə Vəziyyət üzrə Dövlət Komitəsi (FVDK –“QKÇP”) yaradıldığını elan etdi. Komitə bu prosesi ənənəvi repressiya qaydaları ilə yatırmağa çalışdı. Ancaq bu qondarma qurumun ömrü üç gün sürdü, avqustun 21-də onun rəhbərləri həbs edildi.

Bu, sovetlərin dağılmasında dönüş idi. SSRİ yaratdığı vəziyyətin quyusuna düşdü. Onu bu haldan varisi Rusiya çıxarmağa səy göstərdi. O da keçmiş müstəmləkə dövlətlərə çar Rusiyası və SSRİ-dən qalma metodla yanaşmağa başladı. Respublikalardakı münaqişələrin həlinə yardım etməkdənsə, status-kvonun qalmasına çalışdı. Bu azmış kimi, onların ərazilərində “müstəqil dövlətlər” adı altında separatçı rejimlər yaratmağa başladı. Azərbaycanda “DQR”, Gürcüstanda “Cənubi Osetiya” və “Abxaziya” “respublikaları”, Moldovada “Dnestryanı” yaratmaqla onların ərazi bütövlüyü və suverenliyini pozdu.

2008-ci ilin avqustunda Gürcüstana hücum etməklə Rusiya “Cənubi Osetiya”, “Abxaziya” məsələlərində özünü və hədəfini bir daha göstərdi.
Dəyişməyən varis - sovetlərdən qaçanlar Rusiyadan da uzaqlaşır - ŞƏRH

Ərazi bütövlüyü pozulan bu respublikalar SSRİ-nin tərkibindən çıxaraq Qərbə inteqrasiyaya üstünlük verdi. Bu ölkələr Rusiya ilə bərabərhüquqlu tərəfkeş kimi münasibət saxlamaq tərəfdarı idilər. Ancaq bu yanaşma Kremli qane etmir. O, müxtəlif üsullarla bu respublikaları öz təsir və nüfuz dairəsində saxlamağa çalışır. Müstəqil Dövlətlər Birliyi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), Avrasiya İqtisadi İttifaqı kimi qurumlar belə oyuncaq tələlərdəndir. Adlarıçəkilən bu qurumlar indiyədək üzv dövlətlərin ərazisindəki münaqişələrin həlli ilə bağlı heç bir əməli addım atmayıblar.

Məsələn, vaxtilə Azərbaycan KTMT-nin üzvü olub. Ancaq təşkilat ovaxtkı Ermənistanla münaqişənin həllinə yardım edə bilmədiyi üçün oranı tərk edib. İndi də Ermənistan onun tədbirlərini boykot etmək yolunu tutub. Ukrayna, Gürcüstan, Moldova MDB və KTMT üzvlüyündən çoxdan çıxıblar. Bu, həm də sovetlərin mirası Rusiyadan imtina idi.

2014-cü ildə Rusiya Ukraynanın daxil işinə müdaxilə etməyə başladı. 2022-ci il fevralın 24-də isə Ukraynaya qarşı elan olunmamış müharibəyə başladı. Heç şübhəsiz, hədəf münaqişə yaratmaqla ölkəni zəiflətmək, onun Qərbə inteqrasiya yolunu bağlamaqdır. Rusiya bu münaqişədə aparıcıdır. Özü döyüşür.
Dəyişməyən varis - sovetlərdən qaçanlar Rusiyadan da uzaqlaşır - ŞƏRH

Rusiya sovetlərin buraxdığı səhvləri təkrarlamaqla daha müasir şərtlər, prinsiplər əsasında dəyişə bilmədi. Bu gün yaranmış reallıqla razılaşmır, vəziyyətə hələ də uyğunlaşa bilmir. Özünü çar Rusiyası, SSRİ kimi aparır. Belə Rusiya isə heç kimə lazım deyil. Çünki həmin respublikalar indiki RF-dən qat-qat güclü olan SSRİ-nin tərkibində idilər. Ancaq onu müstəmləkə və başqa yarıtmaz əməllərinə görə dağıtdılar.

İndiki Rusiyanın nəzarəti altında olmaq çox təhlükəlidir. Odur ki, keçmiş müttəfiq respublikaları, indiki müstəqil dövlətləri SSRİ-dən qaçmağa vadar edən şərtlər indi də Rusiyadan uzaqlaşmağa səbəb olur.(Report)
Dün, 17:53
Pensiya və maaşları istənilən bankdan almaq mümkün olacaq
Dün, 16:45
Parlamentin növbədənkənar sessiyası çərçivəsində növbəti iclasın tarixi və gündəliyi məlum olub
Dün, 15:31
Qaradağ İH-də keçirilən əməliyyatda saxlanılan rəis müavininin məhkəməsi başlayıb
Dün, 12:40
Milli Məclisdə kənd təsərrüfatı ilə bağlı dinləmə keçiriləcək
Dün, 11:58
Elm və təhsil naziri TDT-nin Baş katibi ilə görüşüb
Dün, 11:19
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 18 vaqon gübrə və antrasit göndəriləcək
Dün, 10:44
XİN Ukrayna və Yaxın Şərqdə davam edən silahlı münaqişələrlə bağlı Azərbaycan vətəndaşlarına çağırış edib - BƏYANAT
Dün, 09:59
Kobaxidze: Gürcüstanla Azərbaycan arasında misli görünməmiş sıx əlaqələr var
Dün, 09:28
Azərbaycan millisi bu gün San Marino ilə qarşılaşacaq
Dün, 09:02
NYT: Hörmüz boğazı ərazisində ABŞ-nin "Apache" zərbə helikopteri qəzaya uğrayıb
8-06-2026, 18:33
Hacıqabuldakı yanğın söndürülüb
8-06-2026, 17:59
İranda bütün uçuşlar müvafiq bildirişədək ləğv olunub
8-06-2026, 17:28
Bəzi rayonlarda dolu düşəcək, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ
8-06-2026, 16:57
Ceyhun Bayramov Hakan Fidan və Maka Boçorişvilini Ermənistanla sülh prosesi barədə məlumatlandırıb
8-06-2026, 16:07
İran İsrailə zərbələri dayandırıb
8-06-2026, 14:01
Tramp İsrail və İrandan gərginliyi dərhal azaltmağı tələb edib
8-06-2026, 12:47
İsrail ordusu İrana qarşı genişmiqyaslı hava zərbələrini başa çatdırıb, strateji müdafiə sistemləri məhv edilib
8-06-2026, 12:11
Xüsusi icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyən üçün test imtahanı keçiriləcək
8-06-2026, 11:21
Kamran Əliyev Nərimanov rayonunda vətəndaşları qəbul edəcək
8-06-2026, 10:44
Tbilisidə 500-ə yaxın Azərbaycan vətəndaşına Səyyar "ASAN xidmət" göstərilib
8-06-2026, 10:04
Bakıda keçirilən beynəlxalq tennis turnirinin qalibləri müəyyənləşib
8-06-2026, 09:36
Ceyhun Bayramov İstanbula səfər edib
8-06-2026, 08:43
KİV: ABŞ İsrailə Beyruta zərbə endirmək üçün razılıq verməyib
6-06-2026, 16:29
Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub
6-06-2026, 15:58
Bəhreyn XİN İranın hücumları barədə: Təhlükəsizlik raketlər və PUA-larla əldə edilmir
6-06-2026, 12:56
Bazar gününün havası açıqlanıb
6-06-2026, 11:56
Emin Əmrullayev rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramı məzunları ilə görüşüb